KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. SƏRKİSYAN “QARABAĞ KARTIN”DAN İSTİFADƏ EDİR

SƏRKİSYAN “QARABAĞ KARTIN”DAN İSTİFADƏ EDİR

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
338 0
Elhan Şahinoğlu

Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan özünü xilas etmək üçün “Qarabağ kartını” işə salıb. Onun son çıxışında belə bir ifadə var: “Mənim baş nazir seçilməyimin sadə səbəbi var: Bölgədə qarışıq geosiyasi durum mövcuddur və biz bu durumda Qarabağı qorumalıyıq”. Yəni bu adam demək istəyir ki, “mən başda olmasam Qarabağ əldən gedəcək”. Bu arada, Ermənistan hakimiyyətinə yaxın saytlar belə xəbərlər yayırlar ki, guya İrəvanda qarşıdurma fonunda Azərbaycan ordusu intensiv olaraq atəşkəsi pozur. Bu da Sərkisyanın cəmiyyətinə mesajıdır ki, “ay aman İrəvanda vəziyyət gərginləşsə Azərbaycan ordusu hücuma keçəcək”.

Bu durumda biz nə etməliyik? Əlbəttə təmas xəttində düşmənin itkilərini artırma siyasətimizi davam etdirməli, bir də Ermənistanda qarşıdurmanın alovlanması üçün nə faydalıdırsa, bu haqda düşünməliyik. Novruz Məmmədov baş nazir seçildikdən sonra Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin kimə tabe olacağı maraqlıdır. Çünki mən dediyim suallar haqqında ilk növbədə adını çəkdiyim Mərkəz düşünməlidir, düşünürmü – bunu bilən varsa bizə də xəbər etsin.
Elhan Şahinoğlu kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir