KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiyanın və İranın regional siyasətinə tənqidi münasibətim

Rusiyanın və İranın regional siyasətinə tənqidi münasibətim

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
343 0

Rusiyanın və İranın regional siyasətinə tənqidi münasibətim bəllidir. Bu iki dövlət əllərində kifayət qədər imkanlar olduğu halda Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirmirlər. Buna baxmayaraq, bu gün Tehranda baş tutan prezidentlərin üçtərəfli görüşünü müsbət qiymətləndirirəm. Bu görüş siyasi ağırlıqlı deyil, prezidentər əsasən şimal-cənub dəmiryol xəttinin tikintisini müzakirə etmək üçün Tehrana toplaşıblar. Bu layihə Bakı-Tbilisi-Qars layihəsi kimi Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsindən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda görüşüb Azərbaycandan keçəcək digər dəmiryolu layihəsini müzakirə etməsi Ermənistanın təcridini daha da gücləndirəcək. Bizə də elə bu lazımdır.

Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmiryolunu Ermənistandan uzatsınlar. Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiya və İran nə qədər Ermənistanın başını tumarlasalar da, reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Bir də ki, kasıb Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən pul dilənmir, tam tərsinə Gürcüstana və İrana kreditlər verdi ki, dəmiryollarının tikintisi sürətləndirsin. Bəzi iqtisadçı dostlarım hər iki layihənin səmərəsinə şübhəylə yanaşırlar. Əsaslandırmalarıyla tanışam, şübhələrinin tam əsassız olduğunu iddia etmirəm. Ancaq hesab edirəm ki, ilkin illərdə gəlir gözlənildiyi qədər olmasa da, hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür. Zamanla dəmiryolları tam gücüylə işlədikdə bunun təsirini daha çox hiss edəcəyik.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir