Amerikalılar ve Ruslar Afrin’de PYD’yi Türk ordusunun önüne attı!

Almanya’da İranlı 10 Ajana Yönelik Büyük Operasyon

Türkiyə düyməyə basıb

Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Rusiyanın Azərbaycana qarşı siyasəti

Azerbaycan, Rusya 30 Mayıs 2017
242

Rusiyanın Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqrensinin fəaliyyətini ləğv etdikdən sonra, iki ölkə arasında soyuq münasibətlərin üzə çıxması ilə nəticələndi. Bir müddət davam edən Azərbaycanla Rusiya arasında Qarabağ münaqişəsi və Avrasiya İttifaqı məsələsində konfidensial danışıqlarda ortaq məxrəcə gəlinməməsi, əlbəttə burada Rusiyanın daha güzəştlər tələb etməsi, danışıqların nəticəsiz bitməsinə səbəb olub. Aprel ayı Kremlin rəsmi və qeyri-rəsmi şəxslərinin Bakı səfərində də uğursuzluq, rəsmi Kremlin açıq demarşları və Ermənistana isə, reveransları artırdı. Qeyd etmək lazımdır ki, Moskva ilə Bakı arasında davam edən siyasi soyuqluq fonunda Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı danışıqların başlanması real görünmür. Bu vəziyyətdən Ermənistan razıdır və çalışılır ki, Moskva -Rusiya münasibətləri belə davam edərək, münaqişə ətrafında status-kvo qorunsun. Rusiya-Azərbaycan münasibətlərinin bu vəziyyətdə saxlanmasında Rusiya XİN rəhbəri Sergey Lavrovun rolunu xüsusi vurğulamaq lazımdır. Məhz Sergey Lavrov iki ölkə arasında münasibətlərə zərbə vuran açılaqlamalar verib, ermənilərə siyasi gedişlər edib. Hazırda iki ölkənin siyasi əlaqələrini yüksək səviyyəyə gətirmək, yenidən Rusiyanın təşəbbüsü ilə Qarabağ danışıqlarında müsbət irəliləyişlərin olması, yaxın perspektivdə mümkün görünmür. Astanada gözlənilən sammitdə Rusiya prezidenti V. Putinlə prezident Ilham Əliyevin görüşündə müəyyən danışıqlar aparılsada, Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunda irəliləyiş olmayacaq. Rusiya çalışır ki, tam danışıqları dondurub, vəziyyəti bu səviyyədə idarə etsin.
Azərbaycanın Türkiyə və Gürcüstanla üçlük hərbi formatda təlimləri, Ər-Riyadda keçirilən ərəb-islam-amerika konfransında iştirakı, Cənubi Qaz kəmərinin çəkilməsi, Rusiyanın Azərbaycana qarşı sərt mövqeyinin davam etməsi ilə nəticələnməkdədir. Hazırda Qarabağ münaqişəsinin həlli çıxılmaz vəziyyət səviyyəsindədir. ABŞ və Fransanın təsir imkanları zəifləyib, Rusiyada açıq münaqişəni dondurmaq siyasəti aparır, Ermənistanı fəal şəkildə silahlandırır. Azərbaycan buna cavab olaraq, NATO ilə əlaqləri açıq şəkildə inkişaf etdirilməsi istiqamətində işlər aparmalı və Səudiyyə Ərəbistanı vasitəsilə formalaşa biləcək” İslam NATO ” -da yer almalıdır. Azərbaycan çalışmalıdır ki, Səudiyyə Ərəbistanı və İsrail vasitəsilə ABŞ-la siyasi dialoq qrub, ölkəmizə dəstəyi artırsın və Minsk qrupu çərçivəsində ABŞ-ın fəallığlna səbəb olsun. Xüsusilə, ABŞ Minsk qrupunda fəal olarsa, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə, hımçinin münaqişənin həllinə çalışmağa cəhd edərsə, Rusiya aktivlənib, münaqişəni həll etməyə çalışar. Göründüyü kimi, ABŞ-ın fəaliyyətsizliyi, Rusiyanın mövqeyini gücləndirib.
Gələn ay Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Həmsədrlər çalışacaq ki, yay aylarında cəbhədə atəşkəsə əməl olunması üçün tərəflərlə danışıqlar aparsın. Minsk formatının hazırda fəaliyyəti sıfır vəziyyətində olmaqla yanaşı, status-kvonun qorunmasına hesablanıb. Real geosiyasi situasiya Qarabağda yenidən hərbi əməliyyatların başlanmasına rəvac verir.

Muhammed Asadullazade

Yorumlar