PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

“Macedonia: what happened, what’s happening, what might happen”

Ermenistan Başbakanı Paşinyan, Rus savaş uçağının “pilotu” oldu

Rusiyalı ekspertdən vicdanlı mövqe – “Türk millətçiləri terror törətmir”

Rusya, Türkiye 7 Şubat 2016
637

Rusiyalı ekspertdən vicdanlı mövqe – “Türk millətçiləri terror törətmir”
Yaxın Şərq üzrə nüfuzlu ekspert və yazar Maksim Şevçenko “Kommersant” qəzetinin Ülkü Ocaqlarını terrorda ittiham edən xəbərini əsassız iddia adlandırıb

“Kommersant” qəzetinin Türkiyə Ülkü Ocaqlarını terrorda ittiham edən iddiası Rusiyada da qəbul olunmayıb. Xəbər verdiyimiz kimi, ötən həftə Rusiyanın nüfuzlu qəzeti Federal Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən ötən ilin oktyabrında Misirin Sina yarımadasında Rusiya sərnişin təyyarəsinə qarşı terrorda Türkiyənin Ülkü Ocaqlarına bağlı “Bozqurdlar” təşkilatının əli olduğunu iddia etmişdi.

Rusiyada tanınmış jurnalist və ekspert, Yaxın Şərq üzrə mütəxəssis Maksim Şevçenko Biznes Gazeta portalına verdiyi müsahibədə “Kommersant”ın iddialarını təkzib edib. Rusiyalı ekspert deyib ki, “Bozqurdlar”ın Rusiya sərnişin təyyarəsini partlatması üçün heç bir əsası olmayıb: “Bozqurdların Rusiya sərnişin təyyarəsini partlatması üçün nə siyasi, nə də başqa hər hansı bir səbəb görmürəm. Böyük ehtimalla bu bir uydurmadır. Təbii ki, “bozqurdlar” Rusiyanın fanatı deyillər. Amma onlar heç zaman Rusiyaya qarşı terror təşkil etmədilər. Onların indi bunu etməsi üçün hansı səbəb var ki? Üstəlik, partladılan mülki sərnişin təyyarəsi Rusiya-Türkiyə böhranından çox əvvəl terror edilmişdi” – deyə Şevçenko əlavə edib.

Eyni zamanda Şevçenko Rusiya və Türkiyə arasında münaqişənin daha da dərinləşəcəyini gözləmədiyini deyib. Onun sözlərinə görə, bu daha çox NATO və Qərb ölkələrindən asılı olacaq. Sitat: “Unutmaq olmaz ki, Türkiyə NATO ölkəsidir və NATO ilə ABŞ-ın razılığı olmadan heç bir addım atmaz. Türkiyənin özünün uzaq mənzilli radio kəşfiyyat təyyarələri yoxdur. Bu təyyarələr ABŞ-a məxsusdur. Yəni Türkiyə bu cür məsələlərdə müstəqil qərar vermir. Ərdoğanın arxasında ABŞ və NATO-nun dayandığını unutmaq lazım deyil”.

Qeyd edək ki, ilk dəfə bu iddia ortaya atılanda Türkiyənin “Kafkassam” Strateji Araşdırmalar Mərkəzi açıqlama ilə çıxış edərək iddiaların həqiqəti əks etdirmədiyini bəyan etmişdi. Eyni zamanda türk millətçilərinin radikal islamçı qruplarla əlaqələrinin olmadığı, əksinə kəskin görüş ayrılığına sahib olduqlarına diqqət çəkən mərkəz türk millətçilərinin hazırkı hökumətin Suriya siyasətini dəstəkləmədiyini, onu zaman-zaman sərt tənqid etdiyini, Suriyadakı türkmən qruplarını yetərli qədər müdafiə etmədiyini açıqlamışdı.

Sitat: “Türkiyə Suriya məsələsində Qərbdəki müttəfiqlərinin təkidi ilə aktiv rol alıb. AKP hökumətinin Suriya siyasəti MHP və ülkü ocaqları tərəfindən davamlı olaraq tənqid olunur. Hökumətdən fərqli olaraq ülkü ocaqları təşkilatları davamlı olaraq Suriyada çətin durumda olan türkmənlərə maddi və mənəvi dəstəyini davam etdirib. Bildiyiniz kimi, son illərdə minlərlə Türkiyə vətəndaşı Suriyada fərqli qruplarda savaşıb. Bir qrup millətçi gəncin də Suriyadakı türkmənlərin müdafiəsində iştirakı o qədər də gözlənilməz hadisə sayıla bilməz”.

Kənan, musavat.com

Yorumlar