Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Olası Afrin Harekatı hakkındaki düşüncelerimiz

Türk ve Müslüman düşmanı CIA ajanı Richard Clarke BAE emrinde!

ALTIN ORDA DEVLETİ’NİN RUSYA ÜZERİNDEKİ ETKİLERİ

RUSİYADAN İKİ QARABAĞ MESAJI…

Azerbaycan, Ermenistan, Gündem, Rusya 28 Aralık 2017
38

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağ yoxdur. Buna baxmayaraq, rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər Qarabağ münaqişəsinin həlliylə bağlı müxtəlif fikirlər və ideyalar səsləndirirlər. Bu sadəcə, bölgədə nəzarətin Rusiyanın əlində olmasını təsdiqləmək üçün Moskvaya lazımdır.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “İnterfaks” agentliyinə geniş müsahibəsində Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır.

Qriqori Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammitinin keçirildiyini xatırladıb. Rusiyalı diplomatın fikrincə, bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Qriqori Karasin misal olaraq həmsədrlərin noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirməsini, dekabrda isə Vyanada ATƏT XİN başçılarının Şurasının iclasında nazirlərin görüşünün təşkil olunmasını göstərib.

Rusiyalı diplomat etiraf edib ki, münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olunsa da, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Buna baxmayaraq, Moskva fəal vasitəçiliyinə davam edir və gələn ilin yanvarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada növbəti görüşü olacaq.

Qriqori Karasinin sözlərindən anlaşılır ki, birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın vasitəçiliyi davam edəcək, ikincisi, ancaq bu o demək deyil ki, vasitəçilik real nəticəyə hesablanıb.

Dekabrın 23-də Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirildi. Həmin simpoziumda rusiyalı iştirakçı tərəfindən belə bir fikir səsləndi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə-İran formatı faydalı ola bilər, ancaq bunun üçün zaman lazımdır.

Həqiqətən Rusiya-Türkiyə-İran formatı Suriyada birinci mərhələdə fayda verdi. Bu 3 ölkənin əməkdaşlığı sayəsində Suriyada terrorçular üzərində qələbə əldə edildi. Ancaq Suriyada hələ sülh əldə olunmalı və hakimiyyət bölgüsü həyata keçirilməlidir. Bu isə hələ baş verməyib. Bu, terrorçularla birgə mübarizədən az problemli məsələ deyil. Ona görə də Rusiya-Türkiyə-İran formatının Suriyada vəziyyətin stabilləşməsində növbəti addımlarının uğurlu olub-olmayacağını gələcək göstərəcək.

Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistanla həmsərhəddirlər və məntiqlə Qarabağ münaqişəsinin həllində faydalı ola bilərlər. Ancaq bunun üçün iki addım atılmalıdır.

Birinci addım. Rusiya-Türkiyə-İran formatı ATƏT-in Minsk Qrupunu faktiki əvəz etməli və ya həmsədrlərlə birgə çalışmalıdır. Bunun mümkünlüyü şübhə doğurur.

İkinci addım. Ermənistan Türkiyənin fəal vasitəçiliyinə razılaşmalıdır. Bunun üçün isə Rusiya Ermənistan hakimiyyətinə təzyiq edib İrəvanı razı salmalıdır.

Bu iki addım atılmadan Rusiya-Türkiyə-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçiyə çevriləcəyi praktik baxımdan mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar