KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Rusiya və NATO-nun Qafqaz savaşı başlanır

Rusiya və NATO-nun Qafqaz savaşı başlanır

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
451 0

Rusiya və NATO-nun Qafqaz savaşı başlanır
Hasan Oktay: “Ukrayna böhranı ilə başlayan Qərb-Rusiya gərginliyində yeni cəbhələr açılacaq”
Yakında Rus uçağı düşürülecek
Elnur Soltan: “Hərbi cəhətdən Rusiya buna cavab verəcək”
Gürcüstanda NATO-nun daimi qoşun hissəsi yerləşdiriləcək. Bu barədə ölkənin müdafiə naziri Tina Xidaşelii deyib. Onun sözlərinə görə, həmin dəstə mayın 11-dən başlayan “Noble Partner – 2016” hərbi təlimlərindən sonra təqdim olunacaq: “Məhz bu təlimlərin bitməsindən sonra Gürcüstanda NATO çevik operativ reaksiya qüvvələrinin sertifikatlamış dəstəsi yerləşdiriləcək. Bu NATO nişanları daşıyacaq ilk rəsmi dəstə olacaq”.
Qeyd edək ki, “Noble Partnet-2016” təlimləri mayın 26-na qədər davam edəcək və təlimlərdə 1300 nəfər, o cümlədən 600 amerikalı, 500 gürcü və 150 britaniyalı hərbçi iştirak edir.
Bəzi siyasilərin fikrincə, Gürcüstanda NATO-nun daimi qoşun hissəsi yerləşdirməsinə Rusiya sərt reaksiya verəcək. Yəni, regionda Rusiyanın daha aqressiv hərəkəti gözlənilir.
Azərbaycan Diplomatik Akademiyası Universitetinin müəllim, politoloq Elnur Soltan hesab edir ki, bu, bir qədər qəribə informsiyadır: “Çünki, mediada Gürcüstan müdafiə nazirinin daha fərqli ifadələrinə yer verilir. Ancaq informasiya doğrudursa, bu, Rusiya ilə gərginliyin yüksəlməsi baxımından çox qəribə eskalasiya olacaq. Gürcüstanda ABŞ və ingilis hərbiçilərinin hərbi təlim keçməsi Rusiya üçün ciddi hadisədir. Çünki, bunun Baltikyanı ölkələri çıxmaq şəriti ilə MDB məkanında presedenti olmayıb. Xüsusən də Qərblə indiki münasibətlər fonunda Rusiyanın ən həssas yanaşdığı Gürcüstanda bunun gerçəkləşməsi ciddi addımdır.
Beynəlxalq təhlükəsizlik ədəbiyyatında bu hadisəyə verilən ad eskalasiyasıdır. Ukraynada olan hadisələrdən sonra rus təyyarələrinin NATO ölkələrinə, ABŞ gəmisinə yaxınlaşması göstərir ki, Ukrayandan başlayan dinamizm yüksələn xətt üzrə davam etməkdədir. Beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik baxımından xoş hadisə deyil. Rusiyanın əhəmiyyət verdiyi Cənubi Qafqazda istəmədiyi nəyinsə gerçəkləşməsi iki nüansdan xəbər verir. Birincisi, Rusiyanın bölgəni bəlkə də yaxşı hesablamadığı anlamına gəlir. Çünki, Rusiyanın aktivliyinin səbəbi NATO və Qərbi sərhədlərindən uzaqlaşdırmaq idi. Amma bu addımları hətta NATO-nu onun sərhədlərinə belə yaxınlaşdırırsa, belə vəziyyət Rusiyanın siyasətinin uğurlu olmadığı mənasına gəlir. Ona görə də özlərinə suallar verəcəklər ki, biz həqiqətən də doğru yoldayıqmı?
Politoloq əlavə etdi ki, Gürcüstan ərazisində hərbi baza yerləşdirilməsinin mənasını çözmək lazımdır: “Gürcüstanın Rusiya ilə alıb-verəcəyi nəsə qalmayıb. NATO-nun ora gəlməsi fonunda Cənubi Osetiya və Abxaziya mövzsunda hərbi istiqamətdə hansısa addımların atılacağı real deyil. Ona görə də məsələ bir qədər psixolojidir. Yəni, ABŞ-ın regionu Rusiyanın təsir dairəsi kimi görüb-görmədiyi məsələsi var. Odur ki, qısa zamanda Rusiyada buna reaksiya verəcək. Onlar da bir-iki hərbi təlim keçirəcəklər. Çünki, heç kəs Rusiya ilə ABŞ və ya Rusiya ilə NATO arasında hərbi qarşıdurma gözləmir. Amma siyasi tərəfdən nəticələri Rusiyanın əleyhinə işləyə bilər. ABŞ bölgə ölkələrinə “burda varam” siqnalını göndərsə, Rusiyanın yaratdığı siyasi koalisiyalarda çatlamalar əmələ gələ bilər. Çünki, alternativ lider meydana çıxır. Yəni, təlimlər, eskalasiyanın yerləşdirilməsi siyasi cəhətdən ciddi hadisədir. Hərbi cəhətdən isə Rusiya buna cavab verəcək”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, “soyuq müharibə” dövründə NATO-Varşava paktı gərginliyinin ən böyük zərərini cəbhə ölkələri – Türkiyə, Ermənistan və Gürcüstan gördülər: “Türkiyə NATO cəbhəsində, Gürcüstan və Ermənistan isə Varşava xəttində olduğu üçün bu rəqabətin çətinliyini yaşadılar. “Soyuq müharibə” bitdikdən sonra NATO-nun genişlənmə anlayışı əhatəsinə daxil olan Gürcüstan cəbhə ölkə oldu. İndi bütün rəqabət Gürcüstan üzərində getməkdədir.
2008-ci il döyüşü də bu məqsəd üçün ortaya çıxmışdı. Mixail Saakaşvilinin iqtidarından sonra Rusiya ilə Qərb arasında balans yaratmağa çalışan Gürcüstan rəhbərliyi indi NATO ilə əlaqələri inkişaf etdirmək istəyir. Rusiya isə keçmiş SSRİ ərazisində NATO-nun genişlənməsinə müsbət baxmır və Gürcüstanı bu mövzuda qırmızı xətti olaraq görməkdədir. NATO Gürcüstanda bir irəliləyiş əldə etdiyi təqdirdə Rusiyanın bu strategiyaya qarşı bəzi hücumları ola bilər. Bu, aqressiv reaksiya və hərbi müdaxilə şəklində olacağı kimi diplomatiya yoluyla da reallaşa bilər. Rusiyanı dünya gündəmində çətin vəziyyətə salmaq üçün reaksiya verəcəyini bilə-bilə NATO Gürcüstan məzmununda genişləmə hərəkatını başladı. İndi gözlənən odur ki, Rusiyan buna həddindən artıq reaksiya göstərməsi ilə meydana gələcək mühitdə Qərb Rusiyaya qarşı hərəkətə keçsin. Ukrayn böhranı ilə başlayan Qərb-Rusiya gərginliyində yeni cəbhələr açılacaq. Türkiyə-Rusiya arasındakı problem də bu gərginliyin bir əks olunmasıdır. İndi NATO Gürcüstan və Qarabağ üzərindən Rusiyanı təkrar sıxışdıracaq”.

Mübariz BAYRAMOV
http://www.movqe.az/80803.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir