KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Rusiya və ABŞ, NATO yenidən soyuq savaş dönəminə qayıdır

Rusiya və ABŞ, NATO yenidən soyuq savaş dönəminə qayıdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
458 0

ABŞ və onun NATO-da tərəfdaş ölkələri Şərqi Avropada Rusiyanın hərbi aqressiyasına qarşı, Polşa və Biribaltikaya Rusiya ilə sərhəddə 4 minə yaxın hərbçidən ibarət 4 tabor yerləşdirir.
Baltikyanı ölkələrə iki taboru ABŞ, daha iki taboru isə Almaniya və Böyük Britaniya göndərəcək.
ABŞ müdafiə nazirinin müavini Robert Uork NATO-nun Baltika ölkələrində yerləşdirməyə planlaşdırdığı hərbçilərin sayını hələ ötən ilin aprel ayı təsdiqləyib.
Qeyd edim ki, NATO-nun bu hərəkəti, Rusiyanın regionda artan aktivliyinə cavabdır. Hazırda ABŞ, Almaniyaya gəmilər vasitəsilə yenidən üç min canlı qüvvə 80 yaxın tank, zirehli transpyotralar gətirərək, dəmiryol vasitəsilə Polşanın Rusiya sərhəddi yaxınlığına gətirilib. Bununla əlaqdar Rusiyadan ciddi narahatlıq doğuran bəyanatlar verilməyə başlayıb. Kreml sözçüsü Dmitri Peskov “bizim maraqlarımıza və təhlükəsziliyimizə hədə yaradır” bəyanatı ilə ABŞ-a narazılıqlarını bildirib. Qeyd edim ki, Rusiya son illər Şərqi Avropaya qarşı təcavüz siyasət sərgiləməkdədir. Norveç və Bribaltikanın hava sərhəddləri Rusiyanın qrıcı təyyarələri tərəfindən müxtəlif günlərdə pozulub. Həmçinin Ukraynaya hərbi təcavüz və Krımın anneksiyası, Şərqi Ukraynada müharibənin davam etməsi, artan təhlükəsizlik riski, Polşa və Bribaltikanın müdafiəsini aktual edirdi. ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya bu tərzdə cavab verilməsəydi, Putin Qərbə qarşı mübarizədə Latviya və Polşaya öz hərbi kəşfiyyatı olan “yaşıl adamlarını” göndərərək, Rusiyanın müdaxiləsinə zəmin yaradıb, münaqişə ocaqları yaratmaqla bu regionu yenidən öz təsir dairəsinə salacaqdı. Hətta, bu ssnerari planı Rusiya Müdafi Nazirliyinin Baş Hərbi Kəşfiyyatında (QRU) -da hazırlanmışdı. Bu təhlükəni görən Latviya, Litva və Polşa daima Rusiyanın bu kəşfiyyat xarakterli təcavüzündən narahatlığını bildirirdi. Həqiqətən də Rusiya Gürcüstan və Ukraynaya hərbi müdaxiləsindən Qərbin passvliyinə görə növbə Bribaltika ölkələri idi. Burada yaşayan rusların “təhlükəsizliyi ” adı ilə müdaxilə ola bilərdi.

Rusiyanın təcavüzü, Şərqi Avropada NATO tərəfindən qarşısı alınmasa, bu təhlükə Cənubi Qafqazda da biruzə verə bilərdi.
Rusiyanın artıq, ABŞ, NATO- nun hərkətlərinə adekvat cavab verəcəyi gözlənilir. Ölkənin qərb sərhədlərinə xeyli sayda canlı qüvvə, reaktiv artilleriya sistemi, raketlər yerləşdirilməkdədir. Bu artan təhlükə onu göstərir ki, NATO və Rusiyanın hərbi raketəri bir birinə qarşı tuşlanıb. Sərhəddin o biri tayında NATO əsgəri, bir tayında rus əsgəri birbirlərini düşmən kimi baxır və hər an atəş açmağa əlləri tətikdə gözləyir.
Bu, soyuq savaşın başlanmasıdır. Soyuq savaşın qaynar və ön cəbhəsi isə, Polşa və Bribaltika sərhəddindən keçir.

Rusiya rəhbərliyinin siyasəti ABŞ- la Avropanın müttəfiqliyini zədələmək, Avropanı qorxu içində saxlamaqdır. Rusiyaya zamanında cavab verilir. Qeyd edim ki, ABŞ-da 21-yanvardan sonra prezident olacaq Tramp, ABŞ-ın Şərqi Avropada bu siyasətinə sadiq qalacaq.Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir