PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

“Macedonia: what happened, what’s happening, what might happen”

Ermenistan Başbakanı Paşinyan, Rus savaş uçağının “pilotu” oldu

Rusiya və Türkiyə “saatları tutuşdurur”

Rusya, Türkiye 3 Temmuz 2017
304

Bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiyanın müdafiə nazirini Sergey Şoyqunu qəbul edib. Görüş məşhur Tarabya sarayında baş tutub, əsas müzakirə mövzusu isə təbii ki, Suriyadır. Yeri gəlmişkən, Türkiyə və Rusiya prezidentləri iyunun 30-da telefonla danışaraq Suriya münaqişəsini müzakirə etmişdi.

Məsələ ondadır ki, iyulun 4-5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə növbəti Suriya danışıqları başlayacaq. Artıq Moskva və Ankara Astanaya Suriya mövzusunda yeni və razılaşdırılmış konkret həll variantı ilə gedir. Sergey Şoyqunun İstanbula gəlməmişdən əvvəl Moskvada Putinin qəbulunda olması və bu zaman əlindəki qalın qovluq obyektivlərdən yayınmayıb.

Belə görünür ki, İstanbul görüşü Astana toplantısı öncəsi son razılaşdırma və ya başqa deyimlə, “saatların tutuşdurlması” olacaq. Yeri gəlmişkən, Ərdoğan və Putin iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçirilən G-20 sammitində görüşəcəklər. Şoyqunun tələsik İstanbula uçaraq bazar günü Ərdoğanən qəbulunda olması heç şübhəsiz, Suriya məsələsində əldə olunacaq razılaşmalarla bağlıdır. Çünki bölgədə vəziyyət hər keçən gün dəyişir, Astanada ehtimal olunan razılaşma Suriya münaqişəsində həlledici əhəmiyyət daşıya bilər və bir sıra mühüm addımların atılması ilə nəticələnə bilər. Bu addımlar və ehtimal olunan fəaliyyətləri isə aşağıdakı kimi sıralamaq olar.

Rusiya, Türkiyə, ABŞ və İranın əldə etdiyi razılaşmaya əsasən, Suriyada 4 atəşkəs zonası yaradılıb. Bunlardan birinci Rusiya və İranın nəzarətində olan Dəməşq və ətrafı, Türkiyənin nəzarət edəcəyi İdlib və ətrafı (islamçı və dünyəvi müxaliflər), Hama şəhərinin cənubu və Hums şəhərinin şimal əraziləri (müxaliflər) və nəhayət cənubda Dəra və ətrafında isə ABŞ və İordaniya güclərinin nəzarətində olacaq.

Artıq Türkiyə ordu birləşmələrinin İdlibə gəldiyi və bölgədə atəşkəsin təmin olunmasına nəzarət edəcəyi deyilir. Bu anlaşma qüvvəyə minərsə, o zaman tezliklə müttəfiq ölkələr tərəfindən terror qruplaşmalarının ləğvi, Suriyada möhkəm atəşkəsin bağlanması və rabitənin bərpa olunması, mühasirə bölgələrinə yardımların çatdırılması, ən əsası isə əsas sülh danışıqlarının başlaması gündəmə gələcək. Hələlik ilkin mərhələ başlayıb, atəşkəs imzalanıb və bölgələr müəyyən olunub. Bundan sonrakı mərhələ terrorçu qrupların sıradan çıxarılmasıdır.

Suriyada hələlik tərəflərin anlaşdığı terror təşkilatları İŞİD, “ən-Nusra” (“Şamın Fəth Cəbhəsi” – “əl-Qaidə”nin Suriya qolu) və PKK-nın Suriya qolu olan YPG-dir. Maraqlıdır ki, ABŞ hazırda YPG ilə birlikdə Raqqaya əməliyyat həyata keçirsə də, Türkiyə bu təşkilatı terrorçu hesab edir. Çünki YPG hazırda Türkiyə ilə sərhəd ərazilərə nəzarət edir və İŞİD-in əlindəki digər ərazilər geri alındıqdan sonra faktiki olaraq kürdlər Türkiyənin Suriya ilə sərhəd qonşusu olacaq. Bu isə Ankaranı təhdid edir.
Görünən odur ki, Türkiyə barışmaq istəmir. Türkiyə mediası yazır ki, Ankara Suriyada ikinci hərbi kampaniyaya hazırlaşır. Bu dəfə hədəf kürd silahlıları olacaq. Çünki hazırda “Fırat Kalkanı” əməliyyatından sonra Suriyanın şimalında İŞİD-dən təmizlənən bölgə kürd bölgəsini bölüb. Ehtimal olunur ki, bu dəfə əməliyyat Azez şəhərindən qərbə doğru Afrin, Tel Rifat bölgələrini azad etməyə çalışacaq. Son məlumatlara görə, artıq ruslar da Afrindəki qüvvələrini geri çəkib. Bu isə Rusiya və Türkiyə arasında kürd məsələsində anlaşmanın olduğuna işarədir. Görünür ki, Türkiyə razılaşma müqabilində kürd məsələsində Rusiyanın dəstəyini almağa nail olub.

Ancaq gedişat göstərir ki, Rusiya və Türkiyənin anlaşmasına qarşı ABŞ və ərəb müttəfiqləri cəbhəsinin ciddi təxribatları qaçılmazdır. Ötən gün Dəməşqdə baş verən terror nəticəsində 9 nəfər ölüb 10-dan çox insan yaralanıb. Mümkündür ki, qarşıdakı günlərdə atəşkəs bölgələrində bu şəkildə terror hücumlarının sayı artsın.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar