Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Rusiya səfiri Andrey Karlovun Ankarada vurulması

Gündem 19 Aralık 2016
968

Rusiya səfiri Andrey Karlovun Ankarada vurulması və ağır yaralanması sözsüz Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır. Əlbəttə, Rusiya tərəfinin lik reaksiyası bu olacaq ki, Türkiyə tərəfi sərgiyə qatılan səfirin təhlükəsizliyini təmin etməli idi. Səfirin kimin atəş açdığı da vacibdir. Əgər Rusiya səfirini DAİŞ deyil, Suriya silahlı müxalifətinin təmsilçisinin vurduğu təsdiq olunarsa. Moskvanın Ankaradan tələbi Suriyanın silahlı müxalifətinə dəstəkdən əl çəkməsi olacaq. Moskvanın Ankaraya ünvanlayacağı əsas mesaj bu olacaq: “Bu da Sizin dəstək verdiyiniz hərbi müxalifət. Onların DAİŞ-dən heç bir fərqi yoxdur”. Türkiyənin problemi az idi, biri də əlavə olundu.

Buna baxmayaraq, bu olayın təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə mənfi təsir edəcəyini düşünmürəm, tam əksinə Ankara əlindən gələn hər şeyi edəcək ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin. Çünki, Ankara səfirin vurulmasına görə üzərində mənəvi məsuliyyət hiss edəcək. Elhan Şahinoğlu

Yorumlar