KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiya həm problemi həll etmək istəyir, həm də həll üçün öz modelini təklif edir

Rusiya həm problemi həll etmək istəyir, həm də həll üçün öz modelini təklif edir

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
430 0

Rusiya həm problemi həll etmək istəyir, həm də həll üçün öz modelini təklif edir
nazım
“Qarabağda proseslər bir neçə istiqamətdə inkişaf edir”. Bu açıqlamanı APA TV-yə Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin sədr müavini Nazim Cəfərsoy verib.
Onun sözlərinə görə, hadisələr ilk növbədə hərbi istiqamətdə cərəyan edir: “Getdikcə cəbhədə müxtəlif səviyyələri atəşkəs pozuntuları, vəziyyətin gərgin olduğu, hətta, döyüşlərin olduğuna dair iddialar var – bu, işin hərbi istiqamətidir. Bir də işin hərbi istiqaməti xaricində diplomatik sahədəki istiqaməti var. Diplomatik sahədəki istiqamətdə əslində mətbuata çox az məlumatlar sızır. Amma, sızan iddialardan, məlumatlardan belə məlum olur ki, Rusiyanın təşəbbüsü ilə ciddi şəkildə müəyyən bir sülh razılaşması, yaxud müəyyən bir planın razılaşdırılması ilə bağlı danışıqlar gedir. Amma, bunun fonunda bir də proseslərin başqa bir istiqaməti var. Siyasi cəhətdən də müəyyən qarşılıqlı həmlələr olur”.

Nazim Cəfərsoyun fikrincə, məlumatların təhlili ortada Rusiyanın təşəbbüskarı olduğu bir sülh modelinin olduğundan xəbər verir: “Kazan prinsipləri çərçivəsində ifadə edilən bir modeldən bəhs edilir. Və ya mətbuata müəyyən açıqlamalar gedir ki, mərhələli plan çərçivəsində beş rayonun, ardından iki rayonun boşaldılması, onunla paralel çərçivədə sülh prosesinin yeni mərhələyə keçirilməsi və ya Qarabağın statusu ilə bağlı müəyyən müzakirələrin aparılması istiqamətində müəyyən xəbərlər yayılır. Təklif edilən modellə bağlı müəyyən reaksiyalardan belə başa düşmək olar və ya bunu təxmin etmək mümkündür ki, erməni tərəfinə müəyyən təkliflər ifadə olunur. Bu təkliflər Qarabağdakı dörd günlük müharibənin nəticələri ətrafında cərəyan edir, yəni, onun fonunda təklif edilir. Bunu Ermənistan tərəfinin mətbuata sızan və ya o ətrafda cərəyan edən hadisələrlə birlikdə düşündüyümüz zaman yetərincə aydın olur”.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallıq göstərməsinə toxunan Nazim Cəfərsoy bildirib ki, Moskva 2008-ci ildən sonra bu zonada özünə uyğun bir inteqrasiya modeli yaratmaq və ya siyasi nizamlanma prosesi həyata keçirmək istəyir: “Bununla bərabər, Rusiyanın Qafqaz, xüsusən də Azərbaycan və Ermənistan siyasətində müəyyən tarazlıq ünsürlərini çox açıq şəkildə görmək mümkündür. Putinin gəlişi ilə Rusiyanın həm Azərbaycan, həm də Ermənistan siyasətində həm intensivləşmə var, həm də tarazlıq yaratma. Dörd günlük savaş da bunun məntiqi nəticəsi idi. Üstəlik, ermənilərin etirazlarına baxmayaraq, Azərbaycana silah satacağını bəyan etməsini də bu kontekstdə qiymətləndirmək olar. Rusiyanın ağıllı güc siyasətinin burada həyata keçirilməsinin təməl mahiyyəti də həm sərt, həm də ağıllı gücün doğru bir şəkildə sintez edilməsidir. Əslində bunun bizdəki adı “kökə və kötək siyasəti”dir. Bu mənada da Rusiyanın Qarabağ siyasətindəki son dövrlər fəallığını bu kontekstdə qiymətləndirmək olar. Rusiya bu problemi həll etmək istəyir, ancaq, həll etmək üçün öz modelini təklif edir”.

http://apa.tv/video/29293

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir