KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiya Ermənistanın əli ilə Azərbaycana təzyiq edir

Rusiya Ermənistanın əli ilə Azərbaycana təzyiq edir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
382 0

Dekabrın 29-da, Azərbaycanın dövlət sərhəddinin şimal-qərb istiqamətində, Çinarlı kəndi ərazisində Ermənistanın silahlı qüvvələrinin bölmələrimizə diversiya- kəşfiyyat xarakterli hücumu nəticəsində sərhəddə ciddi döyüşlər gedib, erməni tərəfi ciddi itkilər verərək, geri çəkilib. Ermənistanın Qarabağdan kənar dövlət sərhəddində bu kimi, təxribatlara əl atması, bir sıra məqamlardan xəbər verir. Bunun Santk -Petetburqda KTMT iclasında Ermənistanın rotasiya qaydası ilə sədirliyinin baş tutmamasından sonraya baş verməsi təsadüfi deyil. Belə bir təxribatın məqsədli şəkildə işğal olunmuş Dağlıq Qarabağ ərazisindən kənarda törədilməsi, KTMT-nın bu münaqişəyə cəlb etmək, və təşkilatın daima Ermənistanın yanında olacağını mesajını verməkdir. Ermənistan çalışır ki, Azərbaycan əks həmlə ilə Ermənistan ərazilərini atəşə tutsun və KTMT münaqişəyə cəlb edilərək, tərəf olsun. Bununlada, Qarabağ danışıqlarını sabotaj etməyi planlaşdırsın. Həmçinin münaqişəni Qarabağ istiqmətindən kənarda etməklə , diqqəti beynəlxalq təşkilatlardan yayındırmış olsun. Qeyd etmək lazımdır ki, Azərbaycan işğal olunmuş ərazilərdən kənarda, dövlət sərhədində bu kimi təxribatlarda maraqlı deyil, onun hədəfi yalnız işğal olunmuş ərazilərində yerləşən düşmən mövqeləri və ərazisini geri almaqdır. Həmçinin Azərbaycan Ermənistanın sərhədləri daxilində əməliyyatda maraqlı olmamasının səbəbi KTMT faktorudur. Buna baxmayaraq, Ermənistan hücumları intensivləşdirsə, bu, bütün cəbhə boyu əraziləri əhatə edəcək . Azərbaycanın əks həmləsi ilə, Ermənistanın Aprel məğlubiyyətinə düçar edəcək. Ermənistan hazırda, bilərəkdən dövlət sərhəddində münaqişə etməklə, KTMT diqqətini bu insidentə çəkdi. KTMT baş katibindən ziddiyyətli bəyanatların verilməsi, ölkəmizi günahlandırması, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi planlaşdırılmış bir siyasət olduğunu göstərir.
Qeyd edim ki, baş katibin açıqlamaları, bir başa rəsmi Kremlin göstərişi idi. Baş katib Bordjua, belə bir ciddi bəyanatla çıxış etməzdi.

Rəsmi Bakının son aylar Pakistan və İsraillə silah anlaşması, Kremldəki dairələri ciddi narahat etməkdədir. İsrailin baş naziri B. Netanyahunun Bakıya səfəri çərçivəsində beş milyard dollarlıq imzalanan silah anlaşması, şimal qonşumuzun qəzəbinə səbəb olub. Ardınca Rusiya öz emissarı D. Roqozini yeni silah anlaşması üçün Bakıya göndərdi. Görünür, yeni silah müqaviləsi, Rusiyanı qane etməyib. Azərbaycanın istədiyi silahları isə, Rusiya verməyib.

Görünür, Azərbaycanın Qarabağla bəyanatları, bu dairələri narahat etməkdədir. Ermənistanın bəzi siyasətçilərinin Qarabağla bağlı kompromis çıxışları, Ermənistan və Rusiya hakimiyyətinin qəzəbinə tuş gəlir və münaqişəni qızışdırmaqla vəziyyəti kritikləşdirirlər.

Hələ, Netanyahunun ölkəmizə səfər proqramı çərçivəsində imzalanacaq müqavilələrdən sonra, cəbhə xəttində təxribatların olacağını qeyd etmişdim. Rusiya işğal olunmuş ərazilərdən kənarda, Ermənistanı bu kimi , diversiya hərəkətlərinə təhrik etməklə, Azərbaycana ciddi təzyiq etməyi düşünür. Və Azərbaycana mesaj verir ki, münaqişəni dövlət sərhəddində qızışdırmaqla, KTMT prosese cəlb edər və özünün “qanuni” iştirakına zəmin yaradar. KTMT baş katibinin tələm-tələsik Azərbaycanı iddiham etməsi, belə bir ciddi plandan irəli gəlir. Belə bir münaqişədə KTMT tərkibində Qırğızıstan, Kazakhstan, Tacikistan və Belarusiya heç vaxt Azərbaycana qarşı hərbi hərəkətlilikdə iştirak etməyəcək. Burada, yalnız Rusiyanın dolayı yolla iştirakı gözlənilə bilər. İndiyə qədər Kazakhstan və Belarusiyanın manevr imkanları olduqları üçün KTMT iclaslarını baykot edirlər. Qırğızıstan və Tacikistan Rusiyadan maliyyə və təhlükəsizlik məsələlərində asılı olduğundan müəyyən konfranslara qatılır. Bu, o demek deyil ki, bu iki respublika Ermənistanı dəstəkləyəcəklər.

Son aylar Rusiya, Azərbaycana qarşı təzyiqləri gücləndirir. Sərhəddə bu kimi, ciddi döyüşlər münaqişəni yenidən alovlandıra bilər. Azərbaycan ABŞ və Avropa İttifaqını təcili məlumatlandırmalı, məhz Ermənistanla dövlət sərhəddində işğal olunmuş ərazilərdən kənar ATƏT-in Minsk qrupunun təklif etdiyi və Ermənistanın razılaşdığı müşahidə kameraları yerləşdirməsini tələb etməlidir. Ermənistanın buna razılıq verəcəyi isə görünmür. Bu günki, döyüş göstərdi ki, Ermənistan kompromisə və danışıqlara hazır deyil. Məqsəd prosesi uzatmaq, işğalı davam etdirməkdi. Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir