KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı

Hasan Oktay Hasan Oktay - - 1 dk okuma süresi
472 0

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı
elhan
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı göstərir ki, nə Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Rusiya prezidenti bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür. Bir neçə cümlədən ibarət birgə bəyanat məna yükü az olan ifadələrdən ibarətdir. “Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafına şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər” – cümləsinin sonuncu hissəsi diqqəti çəkir. O hansı “məsələlərdir” ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib? Yəqin prezidentlər cəbhə bölgəsində eskalasiyaya yol verməyəcəklərini bəyan ediblər. Bunun da adını qoyublar “bır sıra məsələlər”. Prezidentlərin Paris görüşünü xatırlayın, onda da “bir sıra məsələlər” razılaşdırılmışdı. Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi və Paris “razılaşmalarının” üstündən xətt çəkdi. Bu dəfə hərbi təlimlər növbəsi bizdədir…
Elhan şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir