KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. RUS QAFALI, ŞOVİNİST GƏNCLİK NECƏ YETİŞİRVƏ ONLARIN BU VƏTƏNƏ “XEYİRLƏRİ” NƏDİR?

RUS QAFALI, ŞOVİNİST GƏNCLİK NECƏ YETİŞİRVƏ ONLARIN BU VƏTƏNƏ “XEYİRLƏRİ” NƏDİR?

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
429 0

Facebook bir sosial şəbəkədir. Bu şəbəkəni yaradanlarn xeyirxah bir məqsədləri olub ki, insanlar burada fikir mübadiləsi etsin, bir birini tanısın, öyrənsin, öyrətsin. Necə deyərlər bir dostluq kulubu yaratsınlar. Mən də bu məqsədlə şəbəkəyə qoşulmuşam və fikirlərimi, səfərlərim haqqında təəssüratımı, elmi məqalələrimi burada paylaşıram. Facebook vasitəsilə özümə xeyli sayda fikirdaş tapmışam. Bəzən burada tanış olduğum insanlarla aramızda fikir ayrılğı da olur, mübahisə də edirik. Bütün bunları normal qarşılayıram.
Son dövrlər isə facebookda irad, fikir ayrılığı əvəzinə, kin-küdurət saçan cümlələrə, qarşıdakını əzmək, alçaltmaq istəyən fikirlərə rast gələndə isə üzülürəm. Görürəm ki, xeyirxah bir məqsədlə yaradılmış facebookdan bəzi insanlar dostluq üçün deyil düşmənçilik üçün istifadə etməyə çalışır.
20 yanvar günlərində mən də fikirlərimi facebookdakı dostlarımla bölüşdüm. 20 yanvarın mənim üçün çox əlamətdar bir gün olduğunu yazdım. Hətta TRT Avaz kimi çox ciddi bir kanalda yayınlanmış müsahibəmi paylaşdım. Həmin gün ölənlərimizə Allahdan rəhmət dilədim və 20 yanvarın qüssə, kədər günü olmadığını, xalqımızın qəhrəmanlıq tarixinin bir səhifəsi olduğunu göstərdim. Bu gün də mən o düşüncədəyəm ki, azadlıq, insan haqları, demokratiya uğrunda mübarizə aparan dinc əhalinin əli silahli nizami orduya qarşı dirəniş göstərməsi bir qəhəmanlıqdır. Xalqımızın bu qəhrəmanlığı SSRİ-nin dağılmasının, 14 respublikanın müstəqillik əldə etməsinin əsasını qoydu.
Tək partiyalı, totalitar bir rejim dağıldı, əvəzində çoxpartiyalı, demokratik, senzura mətbuatı olmayan, insanları dünyaya sərbəst çıxa bilən 15 ölkə yarandı. Bu mübarizədə qazanan müstəmləkə altında olan 14 respublikanın əhalisi ilə yanaşı, Rusiyada yaşayan xalqlar da oldular.
Mənim istər çar Rusiyası dönəmində, istərsə SSRİ dönəmində yaşamış rus xalqına da nifrətim və qəzəbim yoxdur. Mənim etirazım müstəmləkəçilərə, totalitar və diktatura rejimlərini müdafiə edənlərə, hakimiyyətlərini qorumaq üçün xalqlar arasında nifaq salanlaradır.
20.01.2017 tarixində Facebookda Türkiyəli bir millətsevərin profilində 20 yanvar hadisələrinin mahiyyət və önəmini çox gözəl anlamış olaraq etdiyi bir paylaşımın altında Arzu Gojayev adlı bir istifadəçinin “Evet hocam 20 Ocak 1990 yılında ermeni-rus asgerleri tarafından Bakü’de büyük katliamın yapıldığı günden 27 sene geçiyor… Rahmet, minnetle anıyoruz” rəyini gördüm. Mən də hadisəyə münasibətimi paylaşmaq məqsədilə: “ Arzu, hansı erməni? Ən yaxın keçmişimizi belə bilirsinizsə… məncə ən azından susun ey… nəsə…” yazdım. Bu rəyi yazmaqda məqsədim o idi ki, 1990-cı ildə hələ Sovet höküməti yıxılmamışdı. Bakını hücumla alan da Sovet ordusu idi. Azərbaycan ilə Ermənistan arasında milli zəmində münaqişəni yaradan, sonra onu alovlandırıb müharibəyə çevirən də Sovet rəhbərləri idi. Qarşılığında aldığım cavaba çox üzüldüm. 1998-ci il təvəllüdlü birisinə vəziyyəti izah etməyi bir ziyalı kimi özümə borc bildim və “Məncə siz Lebedinskinin xatirələrini oxuyun və Sovet ordusu ilə Erməni əsgəri məsələsini də ayrıd edin beyninizdə… O günlərdə ölkə Sovet ölkəsi idi və bizim sərhədlərimizi qoruyan yüzlərlə erməni əsgəri var idi… hiss edirəm ki, çox xəyalpərəstsiniz və oxuyub öyrənib bilmədən, qulaqdan dolma bilgilərinizi sırımağa çalışırsınız, amma mən bunu qəti qəbul edə bilmərəm…” şəklində açıqlama yazdım.
Məni təəccübləndirən isə Arzu Gojayevin atesh.az saytında bir məqalə yazıb orada açıqşəkildə “bu tip insanları ifşa edək, dövlət bunlardan xəbərdar olsun və Azərbaycan güc sturukturları bu insanları araşdırsın. Əslində bu cür insanların elm ocağında olması millətimiz və xalqımız üçün təhlükədir” ittihamları oldu. 1920-ci ildən sonrakı azərbaycan mətbuatında bu cür ittihamları çox oxumuşam. 1920-ci ildə xalqımızın öndə gedənlərini, milləti üçün dövlət quranlarını, 1923-cü ildə yüksək mənəviyyatlı və dərin savadlı din adamlarını, 1937-ci illərdə ziyalıları, sonrakı illərdə isə “antisovet” adlandırdıqları fərqli və sərbəst düşüncəliləri çox məh ediblər. Axı Arzu Azərbaycanın müstəqilliyi illərində doğulub, azadfikirli bir cəmiyyətdə tərbiyə alıb. Bəs görəsən ondakı bu Sovet dövründən qalma şantajçılıq, hədə-qorxu psixologiyası haradandır?! Saytda onun məqaləsini hazırlayan redaktor məgər bunları görməyib?!
Mənim facebookda demək istədiyim şey çox açıqdır. Hər halda 20 Yanvarda Bakıya hücum edən orduya rəhbərlik edən Ermənistan Müdafiə Naziri deyildi. Arzu bəy heç olmasa, SSRİ Müdafiə Naziri Yazovun müsahibəsini oxusun. Sovetlərin tərkibində Ermənistan da var. Ermənilərdən də, tatarlardan da, başqırdlardan da, ukrayınlardan da, türkmənlərdən də, qazaxlardan da, özbəklərdən də, bir sözlə SSRİ-də yaşayan bütün xalqlardan Bakıya yeridilən ordunun işərisində olması təbii idi. Necə ki, Qala aeroportundan Bakıya hücüm edən ordunun başında Altay türklərindən olan, general-mayor Aleksandr Lebed dururdu. Əfqanstan müharibəsində dinc əhaliyə qarşı göstərdiyi “hünərə” görə orden medallarla təltif olunmuş, rütbsəsi yüksəldilmişdi. Bakıda törətdiyi qırğından sonra o, 1992-ci ildə Dnestryanında və Çeçenistanda da, eləcə də 1989-cu ilin aprelində Tbilisidə dinc əhaliyə odlu silahlarla divan tutulmasına rəhbərlik etmiş komandirlərdən biri olmuşdu.
Mənim nə dediyimi, nə demək istədiyimi Sovet dövründə yaşayanlar çox gözəl bilir, anlayırlar. Yeniyetmələr və uşaqların bunu anlamamasını qınamıram. İndi neyləyək ki, bu yeniyetməmizin qanı çox sürətlə axdığından yazdığımın öz mənasını çıxarmaq əvəzinə “AMEA-nın əməkdaşı erməniləri qoruyur” başlığı ilə məqalə yazıb və bunu da atesh.az saytına göndərib.
Sayt da məsələnin mahiyyətinə varmadan, sensassiya yaratmaq və aranı qızışdırmaq üçün tez-tələsik həmin yazını saytda yerləşdirib. Artıq bu saytın professionallığı haqqında bütün ixtiyarı sizə verirəm.
Bu yazını 1998-ci ildə doğulmuş bir gənc yazmasaydı elə düşünərdim ki, keçmişin nostalgiyası ilə yaşayan, SSRİ-nin həsrətində olanlar hazırlayıb. İstədiyim tək şey müəllifin də, sayt rəhbərlərinin də, məqaləni oxumadan rəy yazanların da bir az məntiq sahibi olmasıdır ki, əminəm ki, zamanla buna nail olacaq. Belə odlu-alovlu, vətənsevər gənclərə çox ehtiyacımız var. Amma çox istəyərdim ki, çxardığı məntiqi məna doğru olsun. Gənc yaşlarında şantaj, hədə qorxu yolunu tutmasın. Bir az çox oxuyub, mühakimə yürütsün. Heç olmasa Rusiya xarici işlər naziri Lavrovun son günlərdəki bəyanatını oxusun.
Rusiya hərbi qüdərti böyük olan bir dövlətdir. Azərbaycan ona qarşı duracaq gücdə deyil. Ona görə də Azərbaycan hökumətinin bəzi məsələlərdə susması, özünü eşitməməzliyə vurmasını təbii sayıram. Bu o demək deyil ki, biz vətəndaşlar da, xüsusən ziyalılar Rusiya hakim dairələrinin bəd əməllərinə göz yumaq, susaq. Əgər mənim Rusiya hökumət dairələrinin xalqlar arasında nifaq toxumu səpdiyini, qarşıdurma yaratdığını, Azərbaycanı yenidən müstəmləkəsinə çevirməyə çalışdığını deməyim kimlərəsə erməniləri müdafiə etmək kimi gəlirsə mən onlara da açıq bildirirəm: Mən sadə erməni xalqının, aydın təfəkkürlü ermənilərin düşməni deyiləm və onlara nifrət etmirəm. Mənim mübarizəm faşist təfəkkürlü, şovinist və xarici güclərin əlində oyuncağa çevrilmiş Ermənistan hakimiyyəti və onların irticaçı siyasətini dəstəkləyən xaricdəki havadarlarına qarşıdır.
Mən anladım ki, tanımadığım adamlar ilə facebookda “insan yerinə qoyub” fikir mübadiləsi etməyim verməyim yanlış bir addımdır.
Atesh.az saytının rəhbərləri isə yəqin yetkin, siyasi hadisələrdən baş çıxaran insanlardır ki, onlara sayt aşmağa icazə veriblər. Onlar buna SSRİ-nin dağılması nəticəsində nail olduqlarını gərək unutmayalar. SSRİ dövründəki təkpartiyanın sözünü təkrarlayan, senzur nəzarəti altında inləyən mətbuatımızın keçdiyi yolu göz önünə gətirəydilər. Belə olsaydı facebook yazışmasını sensassiyaya çevirməzdilər.
Bu qısa yazımın sonunda Arzu Gojayev ilə facebook yazışmamızın tam mətnini verirəm.
Aynur Qəzənfərqızı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir