İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

“Reina” və Sankt-Peterburq terroru – Niyə məhz qırğız əsilli terrorçular seçilir?

Rusya, Türkiye 5 Nisan 2017
458

Xəbər verdiyimiz kimi, Sankt-Peterburqda metroda baş verən terror aktının Qırğızıstan əsilli Rusiya vətəndaşı tərəfdarı tərəfindən törədildiyi təsdiqlənib. Yeni il gecəsi Türkiyədə “Reina” gecə klubunda baş verən terror aktı da Qırğızıstan vətəndaşı tərəfindən törədilmişdi.

Bəs iki böyük terror hadisəsinin eyni ölkənin vətəndaşları tərəfindən törədilməsi təsadüfdürmü?

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, Mərkəzi Asiya mənşəli şəxslər həm Türkiyə, həm də Rusiyaya vizasız sərbəst şəkildə gedə bilirlər: “Terrorçu İŞİD qruplaşması üçün Rusiya ərazisində terror törətmək çətin deyil. İŞİD Rusiya ərazisində Mərkəzi Asiya mənşəli insanlardan istifadə edir. Çünki Mərkəzi Asiya mənşəli insanlar rus dilində sərbəst danışırlar. Həmçinin Moskva, Sankt-Peterburq və digər şəhərlərdə işləyirlər.

Eyni zamanda onlar vizasız Rusiya ərazisinə daxil ola bilirlər. Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında viza rejimi yoxdur”.

Politoloq qeyd edib ki, İŞİD-in Suriya və İraqdakı qruplaşmalarında Mərkəzi Asiya mənşəli xeyli terrorçu var: “Ancaq İŞİD üçün vacib deyil ki, məhz həmin şəxsləri terror törətmək üçün Rusiyaya göndərsin. Rusiyanın özündə İŞİD-ə rəğbəti olan xeyli Mərkəzi Asiya mənşəli insan var. Elə Sankt-Peterburqda terror hadisəsini törədən qırğız gənc Suriya və İraqda olmayıb, sadəcə İŞİD-ə rəğbəti olub və partlayışı da buna görə tərədib.

Eyni vəziyyət Türkiyədə də hökm sürür. Mərkəzi Asiya ölkələri vətəndaşları viza almadan Türkiyəyə gedə və orada bir müddət yaşaya bilirlər”.

Elxan Şahinoğlu Türkiyə üçün təhlükənin Rusiyaya olan təhlükədən az olmadığını vurğulayıb: “Çünki İŞİD Türkiyədə terror törətmək üçün üzvlərini Suriya sərhədindən keçirə bilər. Türkiyədə İŞİD-ə rəğbət bəsləyənlər az deyil. Onlar ya İŞİD-dən birbaşa təlimat alaraq hərəkətə keçirlər, ya da özbaşına qərar verərək terror törədirlər. Məsələn, İstanbulda yeni il gecəsində terror törədən Mərkəzi Asiya mənşəli terrorçu əmri Suriyadan almışdı”.

Sevinc Yasinqızı
Bakı Post

Yorumlar