KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qedim Gence

Qedim Gence

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
309 0

Mən 13. 07. 2017 tarixinde “Yerinde tarix” ekotur çerçivesinde Gedim Gencenin ziyaretine getmişdim. Bir şekilde meni gösterir, eyni zamanda da tarixi, ezemetli Qedim Genceni arxa planda teqdim edirler. Men de bu ezemetli, heyatımda tekrarı olmayan, belke de bundan sonra da olmayacaq görüşle elaqedar dünyanın sosyal mediyasına aşağıdakı qürurverici mesajı vermişem.

“Arxada Qədim Gəncə qalası
4000 yaşlı qala dünyada çoxmu?
Bu, Azərbaycan Türkünün dünya mədəniyyət
xəzinəsinə töhvəsi”
Professor Həsənbala Sadıqov

Profil yazıma, mesajıma və rəsmimə baxaraq Feysbokdan
Ali Azer Bandoj Ahadov soruşur:

“Professor, axı 4000 il qabaq Gəncədə türk yox idi?”

Bir tecrübeli tarixçi kimi dünya Türkoloji edebiyyata ve tedqiqatlara esaslanaraq qeyd olunan şexsin sualına cavab vermeyi özüme borç bildim. Cavab olaraq aşağıdakıları bildirirəm:

Gence en Qedim zamanlardan Türk yurdu olmüşdur.

“Türk millətinin tarixi insanlıq tarixi qədər qədimdir. Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. Türklərin Ana Vətəni Mərkəzi Asiya və Sibir hesab olunur. Türklər ən qədim dövrlərdən başlayaraq Sibirdən Avropaya, Çindən Afrikaya, Mərkəzi Asiyadan Mesapatomiyaya qədər olan ərazilərdə əslində maneə hiss etmədən, mane ola biləcək bir qüvvə ilə rast gəlmədən saat kəfkiri kimi Şərq-Qərb istiqamətində hərəkət etmiş, təsərrüfat fəaliyyətlərini davam etdirmiş, heyvan sürülərini təmin edəcək geniş otlaqlar olan ərazilərə yerləşirdilər. Türklərdə cahan hakimiyyəti ideyası tarixdə yaşadıqları gerçəklikdən doğmuşdur.

Türklərin tarixin ən qədim xalqlarından olmasını göstərmək üçün Türk mənbələrini deyil, Türkün varlığına məhəbbətlə baxmayan, yanaşmayan Qərb- Avropa mənbələrini SİZƏ təqdim etmək istəyirəm.

Bir sıra mənbələrdə eradan 12000 il əvvəl Orta Asiyada Türklərin yaşadığı bildirilir.

Orta Asiyada tarixən iqlim dəyişməsi(qlobal isinmə kimi-HHS) ilə əlaqədar olaraq türklər əksər hallarda Qafqaz vasitəsi ilə Mesapatomiyaya, Anadoluya, İran yaylasının Şimal və Qərbinə, Şərq istiqamətində Çinə, Sibirə yerləşdiklərini yeni mənbələr təsdiq edir.

Onu da qeyd edirlər
ki, türklər Berinq boğazından keçib Amerikaya yerləşiblər.

Qərb mənbələrində göstərilir ki, eradan 3000-2500 əvvəl Türklər Yaxın Şərqdə, Qafqazda, Anadoluda varlığını isbat edən çox sayda maddi asarlar-mədəniyyət abidələri yaratmişlar.

4000 yaşlı Gədim Gəncə qalası ve şeheri Azərbaycan türklərinin dünyaya bəxş etdikləri misilsiz asarlardan-abidelerden biridir. Bütün zamanlarda Gəncə Türk yurdu olmuşdur.

Türklərin 2800 il siyasi təşkilatlanma, 2700 il ədəbiyyat, 2500 il yazı tarixinə malik olmaları onların dünya tarixindəki rolunu hərtərəfli göstərir.

Son zamanlar Anadoluda xaricilərin də cəlb edildiyi geniş arxeoloji qazıntılar aparılmışdır. Türk tarixçiləri də arxeoloji ekspedisiyaya daxil edilmişlər. Son arxeoloji qazıntılardan sonra alimlərin qənaəti bundan ibarətdir ki, günümüzdən 5000 il əvvəl Qafqazda və Anadoluda türk xalqları məskunlaşmışlar və gerçək tarix yaratmışlar.
Son illər “Gəncə-4000” il layihəsində də uğurlar əldə edilmişdir. Türk yurdu Qədim Gəncə ərazisində arxeoloji ekspedisiyanı ABŞ-ın Smitson İnstitutunun Milli Mədəniyyət Muzeyinin direktoru direktoru Pol Teylor tərəfindən aparılıb. Gəncə şəhərinin 4000 illik keçmişi layihəsinin rəhbəri Misir Respublikası İskəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin və Pol Teylor Türk yurdu Gəncənin yaşının 4000 ildən artıq olduğunu müasir elektronik tədqiqatlarla isbat etmişlər.
Son zamanlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də beynəlxalq tədqiqatın nəticələrinə əsaslanaraq bildirmişdir ki, Gəncənin yaşı 4000 ildir. Gəncənin yaşı ilə əlaqədar beynəlxalq tədqiqatların təşkil edilməsində AMEA Gəncə Bölməsinin akademik katibi akademik Fuad Əliyevin xidmətini qeyd etmək lazımdır.

Həsənbala Sadıqov
Tarix elmləri doktoru, Professor
Azərbaycan Respublikasının Əməkdar Müəllimi
27 iyun 2017
Qədim Gəncə

İstifade olunan edebiyyat

1. B. Golden, Peter (1992). An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-formation in Medieval and Early Modern Eurasia and the Middle East. Wiesbaden: Otto Harrassowitz.
2. Jump up↑ Affinity Bloc — Turkic Peoples :: Joshua Project
3. Ekrem Memiş, N.Köstüklü. Tarih boyunca Ortadoğu Anadolu ilişkileri. Konya 1992ş

Reyinizi rica ediyorum

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir