Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Olası Afrin Harekatı hakkındaki düşüncelerimiz

Türk ve Müslüman düşmanı CIA ajanı Richard Clarke BAE emrinde!

ALTIN ORDA DEVLETİ’NİN RUSYA ÜZERİNDEKİ ETKİLERİ

Qarşıdakı müddətdə Türkiyəni nə gözləyir?

Manşet Üstü, Türkiye 10 Mayıs 2016
740

Qarşıdakı müddətdə Türkiyəni nə gözləyir?

Yakında Rus uçağı düşürülecek
Hasan Oktay: “Əhməd Davudoğlunun istefası Türkiyədə böyük bir siyasi böhrana yol açdı”

Ötən həftə Türkiyənin siyasi həyatında baş verən proseslər ölkədə şok effekti yaratdı. Baş nazir Əhməd Davudoğlunun gözlənilmədiyi halda istefa verməsi Türkiyənin siyasi həyatında ciddi hadisələrin yaşandığını ortaya qoydu. Davudoğlunun istefası eyni zamanda Türkiyədə siyasi böhranın mövcud olduğunu da təsdiqləmiş oldu. İndi Türkiyədə hər kəsi yalnız bir sual düşündürür. Bundan sonra nə baş verəcək? Bu və digər suallara aydınlıq gətirmək üçün Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdımalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik. Mərkəz sədri “OLAYLAR”-a verdiyi müsahibədə Əhməd Davudoğlunun istefasına səbəb olan amillər barədə də danışıb.

-Hasan bəy, keçən həftə Türkiyənin siyasi həyatında baş verənlər cəmiyyətdə bir şok effekti yaratdı. Uzun illər bir yerdə yol qət edən Rəcəb Tayyib Ərdoğanla Əhməd Davudoğlu demək olar ki, yollarını ayırdılar. Sizcə, bunun başlıca səbəbi nə idi?

-Sizin də qeyd etdiyiniz kimi baş nazir Əhməd Davudoğlunun istefası gözlənilmədiyi bir halda baş verincə cəmiyyətdə böyük bir şok yaşandı. Ancaq Ədalət və İnkişaf Partiyasını (AKP) yaxından təqib edənlər, eləcə də Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunu tanıyanlar belə bir prosesin baş verə biləcəyini söyləyirdilər. Əgər Rəcəb Tayyib Ərdoğan prezident üsul idarə sistemində ısrar edir və bunun tez bir zamanda həllini tapmasını istəyirsə, Əhməd Davudoğlu isə parlament sisteminin tərəfdarıdır. Vəziyyət belə olan halda prezident Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun ona qarşı bir hiylənin içində olduğunu görərək istefa etməsini, əgər istefa verməyəcəyi təqdirdə vəzifəsindən uzaqlaşdırılacağını bildirdi. Heç şübhəsiz ki, prezident Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlu arasında təkbətək keçirilən görüşdə nə barədə danışıldığı məlum deyil. Amma Ərdoğan və Davudoğlu arasında ciddi bir müzakirənin olduğu görülməkdədir. Ərdoğanın xarici aləmə vermiş olduğu görüntünü Davudoğlu bir az da olsa yumşalda bilir, tarazlaşdırırdı. Ancaq sistem məsələsində anlaşa bilmədikləri üçün artıq Davudoğlu dayana bilmədi və AKP-nin konqres keçirməsi və həmin konqresdə partiya sədrliyinə namizəd olmayacağı qərarını verdi.

-Əhməd Davudoğlunun istefası AKP-də hansı problemlərə yol aça bilər və partiyada ciddi böhran gözlənilirmi?

-Mayın 22-də baş tutacaq konqresdə Əhməd Davudoğlu partiya sədrliyinə namizəd olmayacağını açıqlayıb. Amma mayın 22-nə qədər çox şey dəyişə bilər. Çox

güman ki, Davudoğlu passiv dirənişə keçəcək. Sentyabr ayında erkən seçim olmasa, o halda Abdullah Gül, Ali Babacan və indiyə qədər AKP-dən ayrılanlarla bərabər Davudoğlu yeni bir təşkilatlanmaya başlaya bilərlər. Yox, bu baş verməsə partiya içərisində passiv dirəniş davam edər. Partiyanın rəhbərliyinə keçəcək şəxsi isə Rəcəb Tayyib Ərdoğan müəyyən edəcək və partiya konqresə tək bir namizədlə gedəcək. Namizədlər sırasında isə Binəli Yıldırım, Berat Albayrak, Numan Kurtulmuş, Mehmet Ali Şahin və 7 iyun seçkilərindən sonra qısa müddət ərzində Türkiyə Böyük Millət Məclisinə sədrlik etmiş və hazırda milli müdafiə naziri postunu tutan İsmet Yılmazın adları çəkilir. Təbii ki, Rəcəb Tayyib Ərdoğan bunlardan hansına dəstək verərsə həmin şəxs də AKP-nin sədri və baş nazir olacaq. Bundan sonra isə sürətli şəkildə konistitusiyaya dəyişikliklə bağlı müzakirələr aparılacaq və prezident üsul idarəsinə keçmək üçün lazım olan işlər görüləcək. Eyni zamanda erkən seçimlərin keçirilməsi məsələsi də gündəmə gələ bilər.

-Türkiyədə baş verən son proseslərin xarici aləmlə bir bağlılığı ola bilərmi?

-Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlarda baş tutacaq prezident seçkiləri öncəsi bu dəyişikliyi etməyə tələsir. Ərdoğanın sözçüləri Amerikada baş tutacaq prezident seçkilərində Hıllari Klıntonun qələbə qazanacağı və Klinton-Davudoğlu yaxınlaşmasının baş verəcəyi təqdirdə Ərdoğanın vəzifədən uzaqlaşdırılacağı əndişəsi yaşadıqları üçün Davudoğlunu Birləşmiş Ştatlarda baş tutacaq prezident seçkiləri öncəsi vəzifədən uzaqlaşdırdılar. İndi isə Trumpun seçkilərdə qələbə qazanma ehtimalına görə yeni bir plan axtarışına başlanılacaq. Bu yeni tabloya ən uyğun olan isimlər isə milli müdafiə naziri İsmət Yılmaz ilə Numan Kurtulmuşdur.

-Ümumiyətlə, Əhməd Davudoğlunun istefası Türkiyədə siyasi böhrana yol aça bilərmi?

-Heç şübhəsiz ki, Əhməd Davudoğlunun istefası Türkiyədə böyük bir siyasi böhrana yol açdı. Xüsusilə, bu hadisə dünyada çaşqınlıqla qarşılandı və Ərdoğanın təkbaşına idarəçiliyinin artıq qətiləşdiyi, hətta bunun diktatorluğa yol açdığı barədə fikirlər səslənməyə başlandı. Vəziyyət o həddə çatdı ki, Ərdoğanın adı Qəddafi, Əsəd və Səddamla birlikdə çəkilir. Belə bir vəziyyətin Türkiyəyə daha artıq zərər verməməsi, ölkənin üzləşdiyi bu vəziyyətin yoluna qoyulması üçün yeni siyasi proseslər baş verə bilər. Deyərdim ki, bu gün Türkiyə Suriya hadisələrinin başlanğıc günlərini yaşamaqdadır və dünya ictimaiyyəti bir müddət əvvəl Ərdoğanın Əsədə qarşı söylədiyi fikirləri bu gün Ərdoğan üçün gündəmə gətirir. AKP daxilindəki uzaqgörən insanlar isə belə bir mənzərədən narahat olduqları üçün hərəkətə keçə bilərlər. Bu da nəticə etibarilə sentyabr ayında Türkiyədə yeni bir siyasi proseslərin baş verməsinə gətirib çıxara bilər. Təbii ki, belə bir vəziyyətdə Milliyətçi Hərəkat Partiyasının (MHP) mövqeyi və davranışı çox önəmlidir. MHP Türkiyənin sığortasıdır. Bu partiya Türkiyənin nə Suriya olmasına, nə də Türkiyəyə qarşı kənar müdaxiləyə izn verməz.

Süleyman İsmayılbəyli
http://www.olaylar.az/news/interview/175650

Yorumlar