Güc mərkəzlərinin arasında qalan Azərbaycan: Bakının seçimi necə olacaq?

Petersbug Ekonomi Forumu

Teşkilatı Mahsusa’nın kurduğu Gürcistan Cumhuriyeti 100 yaşında!

ABD Savunma Bütçesi Pentagon-Beyaz saray mücadelesi

Qarabağ münaqişəsinin həllində Rusiyanın fəalllığı

Azerbaycan, Rusya 19 Eylül 2016
586

Qarabağ münaqişəsinin həllində Rusiyanın fəalllığı və yeni planlar irəli sürməsi danışıqlar prosesini irəlləyişə aparmaq əvəzinə Ermənistana yeni silahlar verməklə danışıqlara ciddi zərbə vurmuş oldu.Bununlada Rusiyanın “sülh”missiyası faskoya uğramış old.Ermənistanın paytaxtı Yerevanda hərbi parada hazırlıq zamanı nümayiş etdirdiyi hərbi texnika Rusiyanın Aprel müharibəsindən sonra Ermənistana verdiyi yeni silah partiyasıdır.Bura”İskənder M”raketləri və muxtəlif növ yenilənmiş”Buk”raket sistemləri,havadan müdafiə və yeni radiokalasiya vasitələri,tırtıllı zirehli texnikalar daxildir.”Smerç” və digər yaylım atəş raketlərinində ötürülməsinin də gerçəkləşəcəyi anons edilir.Rusiya hərbi balansı saxlamaq adı ilə Ermənistana danışıqlar prosesini davam etdirmək missiyasını vurğulamaqla bu kimk silahları düşmən tərəfə ötürməsi,nümayişkaranə şəkildə Azərbaycana qarşıdır .Çünki,hazırda Ermənistan rəhbərliyi ciddi şəkildə danışıqlardan yayınır,Rusiyada Ermənistanın bu, siyasətinə qarşı demək olar şərikdi.Yay aylarında danışıqlar prosesi intensiv xarakter daşıdığı dönəmdə vurğulamışdım ki,Rusiya bu, danışıqları uzadacaq və yeni silah partiyalarını Ermənistana verəcək.İyul ayında məlum okdu ki,iki ölkə arasında razılaşdırılmış 200-milyonluq silahlar partiya şəkilində Ermənistana artıq ötürülür.
Ermənistan bundan istifadə edərək,danışıqlardan yayınması xəttini götürməkdədir.Görünən odur ki,danışıqlar iki aydı üst rəhbər heyəti tərəfindən aparılmır və demək olar,danışıqlar qrılma xəttindədir. Bu həsas situasiyada Ermənistanın hərbi paradda yeni silahlar nümayiş etdirirsə bu,güzəştin olmayacağını bildirir.Ermənistan belə raketlərə arxayın olması isə özünün məğlubiyyətə düçar etməsi deməkdir. Bu,raket sistemlərinin qalxdığı an Azərbaycanın raketden müdafiə sistemləri onları dərhal məhv etməyə qadirdir. Ermənistan bu,silahlarnan heç bir vaxt müəyyən güclə Azərbaycana təsir edə bilməz.İsraildən alınan dəmir qalxanlar Ermənistanın mümkün raket həmlələrini dəf etməyə qadirdir.
Ermənistan raket silahlarını Qarabağda yerləşməsini istisna etmirəm.Bunu işğal olunmuş ərazilərdə yerləşdirməklə,Azərbaycana psixoloji təsir etmək üçün müəyyən provokativ addımlar ata bilər. Azərbaycan MN bunu diqqətlə nəzarətdə saxlamalıdır. Azərbaycan Rusiyaya Ermənistana verdiyi 200 milyonluq silahların işğal olunmuş ərazilərdə yerləşdirilməsi barədə Rusiyaya öz etirazını bildirmişdir.Təbii ki,bu silahlar ölkəmizə qarşıdır.Amma,qeyd etdiyim kimi həmin raketləri anında məhv edəcək silahlarada sahibik . Rusiya Ermənistanı silahlandırmaqla regionu öz nəzarətində saxlamaq siyasətini aparır və təbii ki,Azərbaycana qarşı təcavüzə dəstək verir.Bişkekdə MDB sammiti çərçivəsində Sarkisyanın yalan bəyanatı prezident Əliyevin ona sərt münasibəti və ikili görüş keçirməməsi,artıq danışıqların səmərə vermədiyini göstərir. Məhəmməd Əsədullazadə

Yorumlar