Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

Qarabağ məsələsinin çözümü böyük dövlətlərin maraqları ilə birbaşa bağlıdır”

Azerbaycan, Ermenistan, Gündem, Türkiye 13 Ocak 2018
161

“Torpaqların geri alınması üçün bütün alternativləri “masamızın üstündə” hazır tutmlıyıq”
Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin İran üzrə bölməsinin rəhbəri Kərim Əsğərinin Versus.Az-a müsahibəsi.

– Kərim bəy, sizə də bəllidir ki, bu gün Ermənisatanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi 25 ildən çoxdur ki, davam edir və artıq bu məsələ beynəlxalq müstəvidə izlənilməklə müxtəlif aspektlərdə təhlil olunur və sanki çıxış yolları aranır. Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü və onun təmin edilməsi ilə bağlı nümayiş etdirdiyi mövqe nə dərəcədə ədalətli və nə dərəcədə sülhün bərqərar olmasına yönəlik addımlardır?

– SÜLH və ƏDALƏT kəlmələri nə qədər müsbət olsa da, təəssüflər olsun ki, ondan böyük güçlərin siyasətində bir vasitə kimi istifadə edilir. Bu prosesdə Qarabağ məsələsi də istisna deyil. Əgər sadəcə BMT-nin Qarbağ və ondan kənarda olan işgal olunmuş rayonlar haqqında verdiyi 4 qərar həyata keçirilərsə, ədalətin qismən bərpa olunduğunu deyə bilərik. Lakin istər bölgə güçləri, istərsə də beynəlxalq güçlər buna mane olurlar. Çünkü onların maraqları bunu tələb edir və nə yazıq ki, münaqişənin həllində vasitəçi qurum olan Minsk grupu da məhz bu ölkələrdən təşkil olunub. Lakin ədalətin təmin olunması üçün işqal olunmuş torpaqlar ya azad edilməli, ya da geri verilməlidir.

“…Azərbaycana təzyiq eləmək üçün Qarabağın işğaldan azad olunmasını istəmir”

– Sizin də qeyd etdiyiniz kimi BMT-nin Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələri icra olunmamış qalır. Azərbaycanın ərazi bütövlüyü tanınsa da, işğalçı dövlətə qarşı hər hansı təzyiq, sanksiyalar tətbiq edilməklə işğalçılıq mövqeyindən əl çəkməsi ilə bağlı heç bir addım atılmır. O zaman haqlı olaraq sual yaranır; Qarabağ ətrafında hansı oyunlar gedir?

– Qarabağın işğalı tam olaraq SSRİ-nin dağılmağa başladığı günlərdən başlayıb və 1994-cü ilə qədər davam edib. Rusiya və İran Qarabağın işğalı məsələsində çox əhəmiyyətli ölkələrdir. Bununla yanaşı, erməni lobbisinin ABŞ başda olmaqla düyadakı təsiri çox güclüdür. Proseslər göstərdi ki, 1991-ci ildə Azərbaycan Cümhuriyətinin müstəqillik əldə etməsi İranı bərk narahat edib. Çünki hər iki tərəf bunu dilə gətirməsə də, İranda 30 milyondan çox azərbaycanlının (Cənubi Azərbaycan) varlığı İranı narahat edib və bu məsələ hər iki ölkənin əlaqələrində birinci yerdə dayanır. Buna görə də İran dövləti öz narahatlığının təsirinə düşərək işğala məruz qoyulan müsəlman bir ölkənin yanında yer almayıb. Rusya isə Ermənistanı özündən asılı saxlayır və Azərbaycana təzyiq eləmək üçün Qarabağın işğaldan azad olunmasını istəmir. Türkiyə bu məsələdə nə qədər ədalətli olsa da, Qarabağ məsələsində əsas tərəfdə yer almış Minsk qrupuna, xüsusilə Rusiya və İrana gücü yetmir.

“Bunlar Azərbaycan dövləti və xalqının məsələyə sakit və səssiz qalacağı mənasına gələ bilməz”

– Kərim bəy, ATƏT-in Minsk Qrupu, eləcə də digər təşkilatlar münaqişənin həllində yalnız danışıqlar və sülh variantını önə sürürlər. Necə hesab edirsiniz, Ermənistan işğalçı adlandırılmadan onun sülhü qəbul edib, işğaldan əl çəkəcəyi nə dərəcədə real görünür?

– ATƏT-in Minsk Qrupunda iki önəmli ölkə var. Bu, ABŞ və Rusiyadır. Qeyd etdiyimiz kimi, Rusiya açıq şəkildə Ermənistanın yanında dayanıb, ABŞ-da isə erməni lobbisi var və öz təsirini göstərə bilir. Bu münaqişənin həll olunması və torpaqların geri alınması üçün bu dövlətin maraqları üst-üstə düşməlidir. Ancaq Qarabağ məsələsi azərbaycanlılar üçün nə qədər önəmli olsa da, maraqlı ölkələrin siyasi şərtləri hələ ki, məsələnin həlli ilə bağlı zamanın yetişmədiyini göstərir. Ona görə də ötən 25 ilə diqqət çəksək, münaqişənin nə zaman həll olunacağını proqnozlaşdırmaq çətindir. Amma bütün bunlar Azərbaycan dövləti və xalqının məsələyə sakit və səssiz qalması mənasına gələ bilməz.

– Bu gün Azərbaycanın işğal altında qalan əraziləri separatçılar tərəfindən ayrıca “dövlət” kimi dünyaya təbliğ olunur və vaxtaşırı müəyyən xarici təşkilatların nümayəndələrinin ərazilərimizə qanunsuz səfərləri təşkil olunur. Erməni separatçıları sülh yaratmaq niyyətində deyil və Azərbaycan beynəlxalq hüquqa söykənərək öz torpaqlarını işğaldan azad etməyə haqqı olduğu halda buna imkan verilmirsə, hansı variant işləməlidir?

– Bu günədək Ermənistan daxil hər hansı ölkə sözdə separatçıların yaratmaq istədiyi o dövləti tanımayıb. Amma erməni lobbisi və Ermənistan dövləti işqal olunmuş Azərbaycan torpaqlarının dövlət kimi tanınması üçün ciddi fəaliyyət göstərirlər. Bu səfərlər də o fəaliyyətlər çərçivəsindədir. Bundan öncə dediyim kimi, Qarabağ məsələsinin çözülməsi böyük dövlətlərin maraqlari ilə birbaşa bağlıdır. Amma sülh yolu başda olmaqla, bütün variantlar işlək ola bilər. Xüsusilə də qonşu Rusiya ilə ciddi “bazarlıqlar” tələb olunur.

“Bu, Ermənistanın işgalcı olduğu anlamına gəlir”

– Torpaqları işğalda olan və müəyyən laqeyd yanaşmalara məruz qalan dövlət olaraq beynəlxalq hüquq bizə hansı haqqı verir?

– BMT-nin Qarabağ və işqal olunmuş digər rayonlarının azad olunmsı ilə bağlı 4 qərarı vardır. 822, 853, 874 və 884 qərarlarında açıq şəkildə Azərbaycanın torpağı olan Qarabağ və digər rayonların işqal olunması qeyd olunub. Bu, Ermənistanın işgalcı olduğu anlamına gəlir. Onun üçün Azərbaycanın hüququ əksiklikləri yoxdur və əli güclüdür. Qarabağ məsələsi Azərbaycan və Ermənistandan böyük olan güclərin çıxar məsələsidir. Yəni siyasi bir məsələ.

– Kərim bəy, 20 YANVAR və erməni separatçılarının, Ermənistan dövlətinin Qarabağda – Xocalıda törətdiyi terrorun, qətliamın ildönümü yaxınlaşır. Dünya bu haqsızlığı niyə görə bilmir və niyə hələ də Ermənistandan hesab sorulmur?

– Təbii ki, dünya bunları görür, amma görünür ki, susmaq işlərinə yarıyır. Doğrudur, dünyada tək deyilik, amma yetərli lobbi gücümüz yoxdur. Onun üçün də torpaqların geri alınması üçün bütün alternativləri “masamızın üstündə” hazır tutmlıyıq.

T.Qafarlı
Versus.Az

Yorumlar