İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

Qafqaz Qartalı” şərti adı ilə Türkiyə-Azərbaycan-Gürcüstan Tatbikatı

Azerbaycan, Gürcistan, Türkiye 14 Haziran 2017
400

“Qafqaz Qartalı” şərti adı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xüsusi təyinatlılarının Gürcüstan ərazisində birgə hərbi təlimləri, Cənubi Qafqazda sülh və Təhlükəsizliyə xidmət edir. Təbii ki, bu təlimlər Ermənistan və Rusiyada soyuq duş effekti yaradır. Bu təlimlərdə məqsəd, ilk növbədə üç ölkə arasında siyasi-hərbi əlaqələri möhkəmləndirmək, qarşı terrorizm və təxribatlara qarşı koordinasiyalı fəaliyyət göstərməkdi. Həmçinin NATO üzvü olan Türkiyənin Cənbubi Qafqaz regionunda maraqlarının artmasıdır. Gürcüstanda bu təlimlər İyunun 14 kimi davam etməsi gözlənilir. Bununla paralel Naxçıvanda Azərbaycan-Türkiyə hərbi taktiki təlimləri keçirilir. Göründüyü kimi Azərbaycanın bilavasitə təşkilstçılığı ilə keçirilən təlimlər Ermənistana qarşı mesajdır. Qeyd edim ki, Rusiya Gümrüdə öz hərbi bazasını genişləndirilməsi istiqamətində işlər həyata keçirir. Bura yeni zirehli texnika və qırıcı təyyarələr yerləşdirir. Ermənistanda Rusiyanın militarist siyasəti bir başa işğala dəstək verməkdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iğal altında olan Ağdamın Uzundərə istiqamətində keçirilən mütəmadi hərbi təlimlər, top və raket atışları heçdə Ermənistan Silahlı qüvvələrinin keçirdiyi təlimlər deyil. Bu təlimləri Rusiyanın Ermənistandakı hərbi bazaları keçirir. Ermənistanın maliyyə vəziyyəti ildə bir neçə dəfə hərbi təlimlər keçirməsinə imkan vermir. Qeyd edim ki, ölkəmiz Kreml faktorunu nəzərə alıb, Türkiyə ilə böyük hərbi müttəfiq müqavilə bağlamırıq. Rusiyanın Azərbaycana qarşı demarşları və Ermənistanla sıx hərbi müttəfiqliyinə qarşı Türkiyə ilə böyük hərbi müttəfiq müqavilə bağlamanın zamanıdır.
Muhammed Asadullazade

Yorumlar