KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qaçqınlar

Qaçqınlar

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
328 0

“Mənim günahımdır ki, mən Kəlbəcərdən qaçqın düşmüşəm?!” Dünən müsahibə verərək, dolanışıqdan şikayət edən Kəlbəcərli müəllimənin bu fəryadı yəqin ki, bütün izləyənləri sarsdı. İşıq pulu, qaz pulu, keçim pulu, pis şərait bir tərəfdə qalıb, indi bu hökümətin üzvləri qaçqınları sözlə öldürürlər. Biri deyir “istidən pənəcərəni açıq qoyurlar”, o biri qərar verir ki, qaçqın pulu almasınlar, günə 1 manat onlara yetər, başqası deyir günə 1 manat düşən müavinətin hamısını xərcləməyin, bir az geriyə də saxlayın.

Bu milləti işsizlik, imkansızlıq öldürmədi, amma söz yarası öldürəcək. Bir evin xanımı, bir elin xanı olanlar gəlib ələbaxan oldular, danışmadılar, dəmir vaqonlarda yaşadılar, səfalət çəkdilər, dinmədiər. Bütün bunların mükafatı kimi ində də hər gün harınlamış məmurların dilindədirlər. Nə qədər dözsünlər daha?

Çox vaxt düzgün qiymət qoya bilmirik. Amma gerçəkləri görmək lazımdır. Son 30 ildə bu ölkə 2 milyona yaxın dəhşətli sarsıntılar keçirmiş, psixoloji dəstək almayan, yurdunu yuvasını dağılmış görən, əzizlərinin qəbrini düşmən əlində olduğunu bilən, gözünün qarşısında insan ölmüş, qan görmüş, ölüm görmüş, heç vaxt eşitmədiyi partlama səslərini duymuş, işgəncələr görmüş, ya da o işgəncələri birbaşa yaşamış insanı bağrına basdı, o insanlara qucaq açdı, istiliyində əritdi. Doğrusunu demək gərəkirsə, Heydər Əliyevin hakimiyyətdə olduğu zaman qaçqınların vəziyyəti nisbətən yaxşı idi. Amma İlham Əliyev gələndən sonra qaçqınlara və məcburi köçkünlərə münasibət çox pisləşdi. Hökümət bu insanların torpağını qaytarmadı, əsirlikdə olanlarla maraqlanmadı, işlə tam təminat yaratmadı, müavinətlərə möhtac qoydu. İndi 5-3 manat dövlət dəstəyini də kəsir. Hələ bir deyirlər ki, çox yeyirsiz, çox yandırırsız. Təqaüd yaşına çatdıqca da deyəcəklər ki, çox yaşayırsınız, ölün artıq…

Hökümət qaçqınların bir hissəsinə prefabrik ev tikməyi özü üçün böyük iş görülmüş kimi hesab edirsə səhv edir, o zaman dönsün nazirlərinin, millət vəkillərinin villalarına baxsın. Məmurların o insanların haqqı ilə tikilmiş evlərdə yaşadıqları zəngin həyatı görsün. Qaçqınlar ələbaxan deyillər, onlara günə 1 manatdan ayrılan pul lazım deyil, iş lazımdır, torpaq lazımdır, namuslu, başıdik həyat lazımdır. Ya bu həyatı onlara geri qaytarın, ya da ki, susun və gedin…

Çünki bu insanlar artıq təhqiramiz çıxışlardan, hörmətsiz münasibətdən yorulublar. İmkan verin həyatlarının sonunu Hadı Rəcəblilərin, Əli Həsənovların hədsiz danışıqlarına əsəbləşmədən yaşasınlar…
AYNUR İMRAN
24saat.org

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir