KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qərb bizim təklifləri qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı

Qərb bizim təklifləri qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
355 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvadakı universitetlərin birində çıxışı zamanı belə bir fikir söyləyib: “Qərb bizim təklifləri qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı”. Lavrov yəqin demək istəyib ki, NATO Şərqə doğru genişlənməsəydi, Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramını irəli sürməsəydi və ya ABŞ Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirməsəydi, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdı.

Dağlıq Qarabağ münaqişəsinin yuxarıda sadalanan mövzulara nə dəxli var? Nə Ermənistan, nə də Azərbaycan NATO-ya üzvlüyə can atır, ərazilərində Qərbin hərbi bazaları da yoxdur. Qərb Cənubi Qafqazda yalnız Gürcüstanda varlığını qoruyur. Rusiya istəsə Dağlıq Qarabağ münaqişəsinin həllini bir günün içində sürətləndirə bilər. Vassalı olan Ermənistan hakimiyyətinə deməlidir ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldın. Kreml bunu İrəvana demək istəmir və münaqişənin uzanmasına görə topu Qərbə atır. Bəli, Qərb Ukraynanı və Gürcüstanı Rusiyadan uzaqlaşdırıb, eyni sözləri Azərbaycana və Ermənistana şamil etmək mümkün deyil. Qərb Rusiyanın bütün təkliflərini qəbul etsəydi belə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcəkdi. Qərblilər özləri deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Ona görə də Qərbi bizə “xoxan” kimi sırımasınlar. Azərbaycanda buna yalnız rusiyapərəst “5-ci kolon” inanar və başqalarını da bu mifə inandırmağa çalışar.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir