Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Putinin Suriya siyasəti və Rusiyanı gözləyən üç təhlükə – Kreml nələri səhv edir?

Manşet Üstü 3 Ekim 2016
1.041

2013-2015-ci illərdə Obamanın xüsusi köməkçisi, Ağ Evin Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üzrə koordinatoru olmuş beynəlxalq münasibətlər üzrə ekspert Filip Qordon Rusiya prezidenti Vladimir Putinin Suriya siyasətini şərh edib.

Admiral.Az xəbər verir ki, Qordon “The Vaşintqon Post” qəzetində dərc olunan məqaləsində Putinin Suriyada səhv etdiyini və Rusiyanın bu səhvlərin əvəzini ödəyəcəyini yazıb.

“ABŞ-ın vitse prezidenti Co Baydenin xarici siyasətə dair maraqlı məsəli var: “Heç vaxt başqasına onun marağına zidd olanları demə”. Bu çox yaxşı ümumi qaydadır. Ağ Evdə Yaxın Şərq üzrə işləyərkən mən onun bu sözü necə təkrarladığını tez-tez eşidirdim. Lakin Rusiya və onun Suriyadakı fəaliyyətindən danışarkən, hesab edirəm ki, bu qaydanı də pozmaq lazımdır. Rusiya prezidenti Vladimir Putin özünü böyük strateq təsəvvür edə bilər, lakin o, Suriyada onu və Rusiyanı hələ gələcəkdə uzun müddət izləyəcək böyük səhvlər buraxır”.

F. Qordon qeyd edib ki, atəşkəsin imzalanmasında Obama Administrasiyası Suriya məsələsində Putinə elə təkliflər irəli sürdü ki, Moskva bunu öz qələbəsi kimi izah edə bilərdi:

“Gələcəyə dair sülhün əldə olunmasından sonra Dəməşqdə rejimin dəyişdirilməsinin qarşısını almaq olardı. Rusiya bununla Yaxın Şərqdə öz imperiyasını yenidən möhkəmləndirmiş olardı. Rusiya və ABŞ arasında terror qruplaşmasına qarşı hərbi və kəşfiyyat idarələri arasında əməkdaşlıq fəallaşardı. Rusiya Aralıq dənizində bazasını saxlayardı. Lakin Suriyada Bəşər Əsəd rejimini dəstəkləmək və Hələbə silahlar daşımaqla Rusiya atəşkəs haqqında razılığı pozmuş olur. Putin bu əməli ilə yalnız köməksiz suriyalıları deyil, eyni zamanda Rusiyanın özünə də ziyan vurmuş olur. Rusiya Suriyada mübarizə aparan terrorçuları “mülayim” müxaliflərdən ayırmağın çətin olduğunu bildirir. Bundan əlavə, “Cəbhət Fəth aş-Şam” və “İslam dövləti” sülhü pozmaqda kifayət qədər səbəbləri var. Onlar yaxşı anlayırlar ki, Rusiya-ABŞ hərbi əməkdaşlığı onlara qarşı birgə mübarizəyə yönələcək. Atəşkəs elan olunduqdan sonra Hələbə kömək aparan BMT-nin karvanlarını bombaladıqları üçün Rusiyadan daha çox Suriya rejimi məsuliyyət daşıyır. Suriyanın belə bir addımla koalisiya qüvvələrindən qisas alması istisna deyil. ABŞ üçün müttəfiqləri idarə etmək həmişə asan olmayıb. Əfqanıstan və İraq ərazisində minlərlə amerikalı hərbiçilərin olmasına baxmayaraq, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayini və İraqın keçmiş baş naziri Nuri əl-Malikini nəzarət altında saxlamaq elə də asan deyildi. Eləcə də Rusiyanın Əsədi nəzarət altında saxlaması da belə çətin ola bilər”.

Ekspert Rusiyanın Suriyada səhvlərini sıralayıb.

“Birincisi, geniş miqyaslı bombalanma əməliyyatı keçirmələrinə baxmayaraq, Rusiya və Əsəd qalib gələ bilməz. Suriya ərazisini tutmaq və onu əldə saxlamaq üçün onların canlı qüvvəsi çatmaz. Böyük sayda insan tələfatına və köçə baxmayaraq, Suriya sünnilərin mərkəzi olaraq qalacaq və ərəblərin, türklərin, qətərlilərin köməyi, silahları ilə rejimlə mübarizəni davam etdirəcək. Hələbi yer üzündən silməklə Rusiya yəqinki 1999-cu ildə Çeçenistanın başına gətirdiyi müsibətləri gətirmək istəyir. Putinin Suriyada kütləvi şəkildə dinc əhalini qırması terrorçuların Rusiyada terror aktları törətməsinə gətirirb çıxara bilər.

İkincisi, Rusiya Hələbə görə, Avropa və ərəb dünyası ilə əlaqələrini itirə bilər. Rusiya iqtisadiyyatı Qərb sanksiyaları, neft qiymətləri və bahalı hərbi xərclərə görə ciddi zərər çəkib. Hazırda isə Qərb sanksiyalarının aradan qaldırılması, həmçinin, Avropa və Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlıq perspektivləri ciddi şəkildə zəifləyəcək. Bununla da, iqtisadi çətinlik daha da artacaq.

Üçüncüsü, ABŞ-ın cavab reaksiyası sərt ola bilər. Sirr deyil ki, Vaşinqton Suriya müharibəsində birbaşa iştirak etmir. Amma anti-Rusiya mövqeyində olan qüvvələri dəstəkləyir. İndi bu dəstəyi gücləndirə bilər. Misal üçün, daşınabilən zenit-raket kompleksini bu qüvvələrə verə və Rusiya, eləcə də Suriya təyyarələri Hələb üzərində vurula bilər. Belə olanda Rusiya da hərbi xərcləri artırmağa çalışacaq”.

Gülnar Babazadə

Yorumlar