İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

Putinin “sirr küpü”nü kim aradan götürdü

Rusya 28 Aralık 2016
496

Rusiya prezidenti Vladimir Putinin “qara qutusu” hesab olunan Oleq Erovinkin öldürüldü. “Rosneft” şirkətinin sahibi İqor Seçinin sağ qolu Oleq Erovinkinin Moskvanın mərkəzində avtomobilində ölü tapılmasından sonra irəli sürülən əsas versiya onun məhz qətlə yetirilməsi ilə bağlıdır.

Bu, səbəbsiz deyil: Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov kameralar önündə qətlə yetirildi. Dekabrın 25-də Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarını Suriyaya aparan Tu-154 təyyarəsi müəmmalı şəkildə qəzaya uğrayaraq, Qara dənizə düşdü. Bir gün sonra – 26 dekabrda Oleq Erovinkin avtomobilində ölü tapıldı.

“Rosneft”in mətbuat xidmətinin rəhbəri Mixail Leontiyev 61 yaşlı Erovinkinin ürək tutmasından öldüyünü desə də, dünyanın siyasi mənzərəsi fonunda bir həftə içində yaşanan bu hadisələr heç nəyin təsadüf olmadığı fikrini gücləndirir.

Qara dənizə qərq olan sirli sui-qəsdin şifrələri – TƏHLİL
SSRİ-dən qalma təyyarə ömrünü başa vurmuşdu

Putin cəzalandırılırmı?

Baş verənlər sualın bu cür qoyuluşunu tələb edir. Xüsusilə Oleq Erovinkin ölümünün Rusiya üçün Karlovdan və Tu-154-dən daha böyük itki olduğu diqqət çəkir.

O.Erovinkin dörd ildir “Rosneft” sahibinin müavini postunda təmsil olunurdu. Onu bu vəzifəyə Vladimir Putin təyin edib. Məlumatlara görə, Putinin ətrafında şirkətlərə nəzarət edən xüsusi şəxslər var. Onlara “kəşfiyyat hasarı”, “enerji şirkətlərində agent olan ikinci şəxslər” və “Kremlə məlumat vermədən təlimat verə biləcək gücə sahib olanlar” deyilir. Oleq bu şəxslərdən biri idi.

Niyə “Rosneft”?

2003-cü ildə ABŞ-a yaxınlığı ilə tanınan biznesmen Mixail Xadorkoviski “Yukos” adlı neft şirkətinin vergidən yayındığı ittihamı ilə həbs olundu. Xadorkoviski İqor Seçinin ona tələ qurduğunu iddia edirdi. Onun şirkətləri hissələrə bölünərək, dağıdılmağa başlandı və 2006-cı ildə ümumiyyətlə iflas etdi. Qərbyönümlü Xadorkoviskinin “vurulması”ndan sonra Qərb Seçini hədəfə aldı. Əslində, Xadorkoviski Qərb sərmayəsini Rusiyada idarə edirdi. Qərb Rusiya iqtisadiyyatını ələ almaq və ölkəni içəridən fəth etməyi düşünürdü. Lakin plan baş tutmadı və anti-Qərb fəaliyyətində rol alan şəxslərdən biri də Seçin idi. Hətta Vaşinqton 2014-cü ildə İqor Seçinə “Ukraynadakı hadisələrdə əli var” ittihamı ilə sanksiyalar tətbiq etmişdi.

Putinin strategiyasına zərbə

O.Erovinkinin işlədiyi “Rosneft” Rusiyanın Avropadakı radikal sağçılara kredit verən əsas qurumdur. Fransada radikal sağçı “Milli Cəbhə” partiyasına 9 milyon avro kredit verən “First-Czech – Russian Bank” ilə “Rosneft” arasında yaxşı əlaqələr mövcuddur. Bankın 94 faiz səhmlərinə sahib olan “Stroytransgaz” şirkəti “Rosneft”lə ortaqdır. Hər iki şirkətin ikinci adamı Putinə yaxın olan keçmiş agentlərdir.

Sual yaranır: niyə şirkətin rəhbəri Seçin yox, Oleq? Çünki Seçin nə qədər rəhbər olsa da, əsas “maliyyə qutusu” Oleq, yəni birbaşa Putinin təyin etdiyi şəxs idi.

Hesab etmək olar ki; Oleqin ölümü ilə Putinin Avropanı parçalamaq siyasətinin qarşısını almağa çalışırlar. Yaxud ən azından Rusiya liderinə “irəli atdığın hər addım ən yaxınındakı bir nəfərin ölümünə səbəb olacaq” mesajı verirlər.

Əslində, Oleq Erovinkinin cansız cəsədinin tapılması dünyanın yenidən şəkilləndirilməsi pazlında bir hissədir.

ABŞ-da Putinlə yaxşı əlaqələrə sahib olan Donald Tramp hakimiyyətə gəldi və yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq. Yanvarın 20-dən sonra ehtimal olunan dünya mənzərəsi belə ola bilər: ABŞ və Rusiya münasibətlərini yaxşılaşdıracaq və Rusiyanın Avropaya doğru yolu açılacaq; Kreml “Köhnə Qitə”ni parçalamaq üçün Avropa İttifaqına qarşı olan radikal sağçıları dəstəkləyəcək; 2017-ci ildə Almaniya və Fransada prezident seçkilərində Tramp və Putinin dəstəyi ilə radikal sağçılar qalib gələcək; Onlar Avropa İttifaqı və NATO-dan çıxmaq məsələsini gündəmə gətirəcəklər; Bu, Brüsselin sonu deməkdir.

Beləliklə: dünya ruslarla amerikalıların arasında bölüşdürülür; daim qütb olmaq istəyinə doğru can atan Almaniya rəhbərliyindəki Avropa İttifaqı sıradan çıxarılır; Vaşinqton və Moskva Çinə qarşı birləşirlər.

Bu baxımdan, Oleq Erovinkinin ölümünün arxasında kimlərin dayandığı sual diqqət çəkir.

1. Trampın liderliyini qəbul etməyən və Rusiyaya qarşı hücumları dəstəkləyən Amerika elitası. Bura ABŞ kəşfiyyatı da daxildir.
2. Avropa İttifaqına qarşı təhdidləri qəbul etməyənlər. Bu, Almaniya da ola bilər.
3. Rusiya və ABŞ-ın yaxınlaşmasını gələcəyi üçün təhlükə görən Çin. Bu, daha az ehtimal olanan versiyadır.

İndi əsas diqqət Amerika elitasına və Avropaya yönəlib. Burada diqqət çəkən əsas məqamlardan biri də “Rosneft” rəhbəri İqor Seçinin “Exxon Mobil”in rəhbəri, Trampın Dövlət katibi postuna namizəd göstərdiyi Reks Tellersonla çox yaxşı əlaqələrə sahib olmasıdır. Tellersonun Trampın komandasına əsas şəxslərdən biri olacağı ehtimal olunur. Onun Rusiya ilə, şəxsən Vladimir Putinlə çox yaxşı münasibətləri var. Tellerson Dövlət katibi postuna əyləşərsə, Rusiyanın ABŞ-la münasibətləri daha da inkişaf etməklə yanaşı, Ukrayna müharibəsindən sonra Moskvanın “qovulduğu” Avropanın enerji bazarına istədiyi şərtlərlə qayıtması da baş tuta bilər.

“Rosneft”in ikinci, lakin əsas adamının ölümü ilə Rusiyanın perspektiv hədəfinin də sıradan çıxarılması addımı da atılmış ola bilər.

Bütün hallarda Rusiyaya qarşı yeni hücum dalğasının başlandığı göz önündədir. Hər şey Andrey Karlova açılan güllə ilə başladı. Ölümlərin ardı gələ bilər.

Asif Nərimanlı

Yorumlar