Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

Putin Türkiyəyə gedir

Gündem, Rusya, Türkiye 8 Aralık 2017
182

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan son aylarda Rusiyaya xeyli səfər edib, rusiyalı həmkarıyla gah Moskvada, gah da Soçidə görüşüb. Növbə Putinindir, indi onu Ankarada gözləyirlər. Liderlər həmişəki kimi iki ölkə arasında həyata keçirilən böyük enerji layihələrindən danışacaqlar, Suriyada DAİŞ terroruna son qoyulması da gündəm mövzusu olacaq.

ABŞ prezidenti Donald Tramp Ərdoğan – Putin görüşünə yeni mövzu da verib, Türkiyə və Rusiya prezidentləri Vaşinqtonun Qüdsü İsrailin paytaxt kimi tanıması məsələsinə də toxunacaqlar. Putin bu məsələdə Ərdoğan qədər sərt mövqedə deyil, ona görə də onun Ankarada bu məsələ ilə bağlı verəcəyi açıqlama bir qədər ehtiyatlı olacaq. Çünki Putin Ərdoğandan fərqli olaraq İsraillə münasibətləri korlamaq istəmir.

Dağlıq Qarabağ mövzusuna gəldikdə isə Ərdoğanın bizim mövzunu israrla Putinlə geniş müzakirə edəcəyi proqnozlaşdırmıram. Ərdoğan iki dəfə təşəbbüs göstərdi, Putin Qarabağı türkiyəli həmkarıyla müzakirə etməyə həvəs göstərmədi.
Elhan Şahinoğlu

Yorumlar