KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Prezident İlham Əliyev Adam Delimxanovu qəbul edib

Prezident İlham Əliyev Adam Delimxanovu qəbul edib

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
427 0

imagePrezident İlham Əliyev iyunun 8-də Rusiya Dövlət Dumasının deputatı, Çeçenistanın rəhbəri Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib. Son zamanlar Azərbaycan rəsmiləri ilə Çeçenistan nümayəndələri arasında təmaslar artıb. Ramzan Kadırov Cənubi Qafqazın ən varlı ölkəsi Azərbaycanın Çeçenistana investisiya qoymasını istəyir. Rusiya prezidenti Vladimir Putin neft sahəsində Kadırova xeyli səlahiyyət verib. Kadırova Çeçenistanda çıxarılan neftə sahib olacaq. Bu mənada Çeçenistan SOCAR-la əməkdaşlıqda maraqlı ola bilər. Kadırov Putinə ən yaxın fiqurlardandır. Bu mənada Putin də Azərbaycanın Dağıstana və Çeçenistana investisiyalarını artırmasında maraqlıdır.

Rəsmi Bakı Dağıstan və Çeçenistanla siyasi və iqtisadi əlaqələri genişləndirmək qarşılğında Putinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağının artacağına ümid edir. Ancaq rusiyalı və şimali qafqazlı rəsmilər bir tərəfdən Azərbaycanla iqtisadi və ticarət əməkdaşlığının genişlənməsini istəyərkən, digər tərəfdən Azərbaycanın kənd təssərrüfatı məhsulları Rusiya ilə sərhəddə günlərlə saxladılır və mallar xarab olur. Görünür, Rusiya daxilində Azərbaycanla əməkdaşlığa birmənalı yanaşma yoxdur, şimal qonşumuzda ikitirəlikdir, əməkdaşlığa mane olmaq istəyənlər də var. Əgər Çeçenistan və Dağıstan rəhbərləri Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirlərsə həmin pozucu qüvvələrlə mübarizə aparmalıdırlar.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir