Rus askeri istihbaratının (GRU) yeni kuşak silahları Systema ve Nooscope!

Черкесское политическое движение продолжает усиливаться. Это сравнительно недавний феномен, последних пары десятилетий.

Նիկոլ Փաշինյանի պատմական այցը. բարձր նոտա Թբիլիսիում

DR. BABEK CAVANŞİR: “TÜRKİYE’DEN SONRA EN FAZLA TÜRK NÜFUSUNA SAHİP OLAN ÜLKE İRAN’DIR.”

Peterburq görüşünün əsas gündəmi Suriya münaqişəsi oldu

Gündem 10 Ağustos 2016
719

Nəhayət ki, gözlənilən görüş baş tutdu. 15 iyul qiyamından sonra Türkiyə prezidenti Rusiyaya səfər edərək Putinlə görüşdü. Peterburqda baş tutan görüş yüksək səviyyədə keçdi və hər iki liderin isti mesajları, dostluq çağırışları ilə yadda qaldı.

Görüşdən sonra keçirilən mətbuat konfransında prezident Ərdoğan bildirib ki, Putinlə görüşdə 12 məsələ ilə bağlı razılaşma əldə olunub. Bunlar: yüksək səviyyədə əməkdaşlıq Şurasının fəaliyyətinin yenidən canlandırılması, çarter uçuşlarının bərpası, kənd təsərrüfatı məhsulları da daxil olmaqla ikitərəfli ticarətə qoyulan məhdudiyyətin ortadan qaldırılması, Türkiyə iş adamlarına qoyulan məhdudiyyətlərin götürülməsi, vizasız rejimin bərpa olunması istiqamətində çalışmaq, Akkuyu Nüvə Stansiyasına strateji yatırım statusu verilməsi, Türk-Rus yatırım fondunun qurulması, müdafiə sənayesində əməkdaşlıq, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli sammitinin mexanizminin qurulması, Ankara-Moskva xəttinin qarşılıqlı etibar və dostluq xəttinə çevrilməsi, Türk Axını layihəsinin sürətli şəkildə həyata keçirilməsi.

Maraqlıdır ki, liderlər ikinci dəfə özəl olaraq Suriya üçün yenidən bir araya gəliblər. Putin görüşə görə Türkiyə prezidentinə təşəkkür edib və bildirib ki, terrorla birgə mübarizə aparacaqlar. Eyni zamanda Rusiya lideri həm bölgədə, həm də dünyada sülh üçün birgə çalışacaqlarını əlavə edib. Prezident Ərdoğan da media üçün açıq olan görüşdə iqtisadi əlaqələrlə yanaşı regional münaqişələrin həlli ilə bağlı da Rusiya ilə əməkdaşlıq edəcəklərini bildirib.

Əslində Peterburq görüşünün əsas ana gündəminin Suriya olacağı hələ iyul ayında, iki ölkə prezidentinin görüşü xəbərləri yayılan günlərdən məlum idi. Rusiya rəsmiləri Putinin bu görüşdə əsas mövzulardan birinin Suriya olacağını və Suriya münaqişəsində anlaşmanın iki ölkə əlaqələrinin yenidən bərpa olunmasında əsas şərt olduğunu bildirirdilər. Məlum olduğu kimi, təyyarə böhranından sonra Rusiya və Türkiyə arasında iqtisadi, ticari və ikitərəfli əməkdaşlığın bütün sahələrində durğunluq yarandı. Bu mənada Türkiyə, eləcə də Rusiya üçün ikitərəfli əməkdaşlıq, iqtisadi məsələlər mühüm əhəmiyyət daşıyır. Ancaq regional problemlər, xüsusən də Suriya məsələsi daha ön planda idi.

Suriya məsələsinin Ərdoğan-Putin görüşünün əsas mövzusu olduğunu isbat edən bir neçə önəmli məqamlar bundan ibarət idi: Birincisi, liderlər ikitərəfli əməkdaşlıq, münasibətlərin müxtəlif sahələrdə yenidən bərpası, eləcə də beynəlxalq və regional əməkdaşlıq məsələlərini bir görüşdə müzakirə etdikdən sonra ikinci dəfə xüsusi olaraq Suriya məsələləri ilə bağlı ayrıca görüşdülər. İkinci tərəfdən, məhz Suriya münaqişəsi, regionda yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya ilə Türkiyə arasında yaranmış gərginlik, sonda rus təyyarəsinin vurulması və iki ölkə arasında gərginliyin artmasına səbəb oldu. Qısa desək, Türkiyə-Rusiya gərginliyinin səbəbi də Suriya və oradakı yaranmış vəziyyət idi. İndi yenidən barışmaq üçün bir araya gələn dövlət başçılarının Suriya mövzusunu ayrıca müzakirə etmələri təbii idi. Əslində təbii olmaqdan çox zəruri idi.

Putinin Suriya məsələsindəki narahatlığı, fəallığının səbəbləri aydındır. Rusiya ilk növbədə Suriyada hazırkı hakimiyyəti qoruyub saxlamaq istəyir, dolayısı ilə Yaxın Şərqdəki ən yaxın müttəfiqini müdafiə edir. Rusiyanın ikinci narahatlığı İŞİD və digər terrorçu qruplardır. Terror qruplarının təhdidini nəzərə almasaq belə, hər kəsə aydındır ki, İŞİD və onun kimi qrupların hədəfi Rusiyadır, növbəti savaş Rusiya ərazisində olacaq. Bu səbəbdən də Rusiya daha uzaqda, öz ərazisində – Şimali Qafqazda terror baş qaldırmamış Yaxın Şərqdə onlara qarşı mübarizə aparmağı fürsət bilir.

Nə qədər qəribə də olsa indi Türkiyənin Suriya məsələsində ciddi narahatlıqları var. Bu narahatlıqlar Türkiyəni Rusiyaya yaxınlaşdırır, anlaşmağa məcbur edir. Çünki artıq Suriya münaqişəsi Türkiyənin özünü təhdid edən ciddi problemə çevrilib. Məsələ heç də terror qruplarının Türkiyəni hədəf alması, savaşdan daha çox qaçqının Türkiyəyə sığınması deyil. Türkiyə dövləti bu problemlərlə müəyyən mənada mübarizə apara bilir. İndi Suriya məsələsi Türkiyə dövlətini birbaşa təhdid edir. Söhbət Suriyanın şimalında son illərdə sürətlə güclənən və daha böyük əraziləri ələ keçirən PYD qruplaşmasından gedir.

Bu yazını yazmadan az əvvəl regional siyasət üzrə tanınmış türkiyəli mütəxəssislərdən biri ilə facebook üzərindən Ərdoğan-Putin görüşünün regiona təsiri ilə bağlı fikir mübadiləsi aparırdıq. Türkiyənin Yaxın Şərq siyasəti, Rusiya ilə barışıqdan sonra Ankaranın Suriya siyasətində ola biləcək dəyişiklikləri müzakirə etdik.

Türkiyəli mütəxəssis kürdlərin Ankara ilə anlaşmağa çalışmadığını və qarşılıqlı etimadın qalmadığını bildirdi. Amma daha ciddi problem ondan ibarətdir ki, artıq Türkiyə prezidenti heç kimə, o cümlədən kürdlərə inanmır. Son bir ilin hadisələri də sübut etdi ki, Türkiyə prezidenti inanmamaqda haqlıdır.

Məsələ ondadır ki, Suriyada müharibə başladıqdan dərhal sonra daha əvvəldən təşkilatlanan kürdlər sürətlə silahlandılar və PYD özünün silahlı qolu YPG-ni yaratdı. Kürdlər ilk vaxtlarda aktiv savaşlara qatılmır, daha çox Qamışlı və Suriyanın şimal-şərqindəki daha iki kantonda (əyalət) “dinc kürd əhalini hücumlardan qoruduğunu” nümayiş etdirirdi. Hətta PYD rəhbərliyi Dəməşqlə də ciddi münaqişəyə girmir, o cümlədən Ankara və Avropa ilə yaxından əməkdaşlıq edirdi.

Ancaq 2014-cü ildə Suriyanın şimalında hökumətə qarşı savaşan qruplar arasında müharibənin başlaması, yayda isə İŞİD-in İraqda Mosulu almaqla bölgədə yeni gücə çevrilməsi kürdlərin fəaliyyətinə də təsir etdi. İŞİD və YPG arasında Kobanidə savaş başladı. Eyni zamanda Qərb İrana yaxın hesab etdiyi Bağdada, eləcə də radikal islamçı qruplara dəstək verməsi səbəbilə Ankaraya deyil, sahədə birbaşa İŞİD-lə savaşan kürdlərə dəstək verməyə başladı. Kobani Amerika koalisiya qüvvələrinin hava dəstəyi ilə İŞİD-in hücumundan müdafiə oluna bildi. Sonrakı aylarda isə Qərb ölkələri, o cümlədən AB, ABŞ, Kanada, hətta Avstraliya kimi müxtəlif ölkələr açıq şəkildə kürdlərə silah və təchizat dəstəyi təmin etməyə başladılar. Eyni zamanda, ABŞ başda olmaqla müxtəlif ölkələrdən könüllülər və hərbi təlimatçılar kürdlərlə görünməyə başladı.

Artıq Suriyanın şimalında 4 əyalətə nəzarət edən, məclisi, silahlı gücü, hətta konstitusiya layihəsi belə olan kürd federal subyekti mövcuddur. Həm də yalnız kürdlər deyil, “Suriya Demokratik Qüvvələri” adı altında kürd, assuriyalı, türkmən və digər azsaylı xalqları özündə birləşdirən, amma əslində kürdlərin idarə etdiyi bir quruluş var. Hazırda bu qüvvələr Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşən və mühüm strateji əhəmiyyət daşıyan Menbic qəsəbəsini ələ keçirmək üzrədir.

Ankara ilk vaxtlarda müəyyən danışıqlara getsə də, sonradan PKK-nın Suriya qanadı elan etdiyi PYD ilə bütün danışıqları dayandırdı. Daha sonra Türkiyə PYD-nin Fəratın sol sahilə keçməsini ölkə sərhədləri üçün birbaşa təhdid adlandıraraq “qırmızı xətt” elan etsə də, ABŞ ordusu rəhbərliyi Ankaranı kürdlərin SDQ qüvvələri tərkibində Menbicə, yəni Türkiyə sərhədlərinin 20-25 kilometrliynə gəlməsinə razı saldı. Ankara PYD ilə PKK-nın birgə fəaliyyətidən, ideoloji və hərbi güc olaraq bir yerdə olmağından, bu səbəbdən PYD-nin Suriyada federal subyekt yaratmasından çox narahatdır.

İndi isə artıq Ankara nə Vaşinqtona, nə də onun Suriya siyasətinə etimad etmir. Ankara kürdlərin məhz amerikalıların dəstəyi ilə Suriyanın şimalında federal subyekt elan etməsini və sərhədlərin bir hissəsinə nəzarət etməsini ölkənin bütövlüyü üçün təhdid olaraq görür. Pentaqonun kürdləri açıq şəkildə dəstəkləməsi, üstəlik 15 iyul hadisələrindən sonra artıq Ankaranın Vaşinqtona inanmadığı aydın görünür.

Məhz bu səbəbdən, indi Türkiyə üçün Suriyada siyasi keçid olaylarından daha mühüm olan kürdlərin ordakı durumudur. Türkiyə hakimiyyəti yaxşı bilir ki, Bəşər Əsəd və Suriyanın hakim siyasi elitası kürdlərə muxtariyyət verməyə isti yanaşmır. Eyni zamanda ruslar da keçmişdən qalmış əməkdaşlıq əlaqələrini çıxmaqla Suriyada kürdlərlə ciddi əməkdaşlıq etmir. Çünki kürdlər Pentaqonun nəzarətindədir. Ankara indi Putinlə anlaşıb kürdlərin planını pozmağa çalışır.

Doğrudur, Ankara daha əvvəl olduğu kimi, Suriyada problemin həlli kimi Əsədin hakimiyyətdən getməsi şərtinə sadiq olduğunu bildirir. Ancaq eyni zamanda özü üçün daha ciddi problemlər yaranıb. Bu mənada Ərdoğanın Peterburqda Putinlə Suriya məsələsini özəl olaraq müzakirə etməsi aydındır. Görünən odur ki, indi Suriya böhranının tez bir zamanda həll olunması həm Rusiya, həm də Türkiyə üçün çox vacibdir. Artıq hər tərəfin maraq sərhədləri də bəllidir. Ortada qalan yeganə anlaşmazlıq mövzusu Bəşər Əsədin taleyidir.

Türkiyə, Rusiya, İran Suriyada yeni hakimiyyətin formalaşması və Əsədin taleyi mövzusunda ortaq fikrə gəlməldirlər. Bunun isə iki yolu var: Ya tərəflər B.Əsədlə keçidin (ən azı ilk dövr üçün) baş verməsində razılığa gələ, ya da hazırkı hakimiyyətin yeni hökumətdə payını müəyyən edərək, Əsəd tərəflərin təminatı ilə 3-cü ölkəyə göndərilə bilər. Buna qədər isə Suriyada terror təşkilatlarının ləğv olunması, sivil müxalifətin müəyyən olunub (bütün tərəflərin qəbul edəcəyi) siyasi dialoqda tərəf olmasını təmin etmək lazımdır. Bu mənada qarşıdakı dövrdə Suriyada antiterror əməliyyatlarının daha da sürətlənəcəyi və siyasi danışıqların sürətlənəcəyi gözlənilir.

Kənan Rövşənoğlu, Ankara
Musavat.com

Yorumlar