Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Papa erməniləri Məsihin kölgəsinə toplayır

Ermenistan 24 Haziran 2016
795

Papa erməniləri Məsihin kölgəsinə toplayır

asif
“Sizdən mənə dua etməyinizi xahiş edirəm. Çünki mən bir neçə gün sonra Şərqə – Ermənistana zəvvarlığa yola düşürəm”. Roma Papası Fransisk ötən həftə hər kəsdən Ermənistan səfəri üçün ona dua etməyi xahiş etdi.

Sabah – iyunun 24-də Roma Papası Ermənistana gedəcək. Maraqlıdır ki, daha öncə Papanın Cənubi Qafqazın hər üç ölkəsinə – Azərbaycana, Gürcüstana, daha sonra Ermənistana səfəri nəzərdə tutulurdu. Lakin səfərin proqramı dəyişdirildi və Azərbaycanla Gürcüstan səfəri bu ilin sentyabr ayına qədər təxirə salındı. Ermənistanın adı isə proqramdan silinmədi. Bu, Papanın səfəri proqramında diqqət çəkən ilk məqamdır.

Təbii ki, Roma Papasını öz xanədanın tərk etməsinin mühüm səbəbləri olmamış deyil və burada ehtimallar açıq görünür:

a) Papanın Ermənistan səfərini ləğv etməməsi, daha dəqiq desək, xüsusi münasibət sərgiləyərək, İrəvana ayrıca səfər etməsinin arxasında şəxsi məsələ dayanır. O, Papa seçiləndən sonra 1915-ci ildə hadisələri ilə bağlı “soyqırımı” sözünə leksikonunda yer ayırmır. Papanın Ermənistana ünvanlandığı sonuncu məktubda da bu ifadə səslənməyib. Lakin “xalqınızın tarixi və başına gələn hadisələr məndə heyranlıq və kədər hissi oyadır” deməklə ermənilərə öz “sevgisini” göndərib. Papanın bu sevgisinin kökləri bir qədər dərdindir. Fransisk erməni lobbisinin güclü dayaqlara sahib olduğu Argentinada doğulub və həyatının çox hissəsini orada yaşayıb. Ehtimallar var ki, bu, onun baxışlarına da təsirsiz ötüşməyib. Təsadüfi deyil ki, o, hələ Papa seçilmədiyi 2010-cu ildə argentinalı ravvin Avraam Skorka ilə birlikdə qələmə aldığı “Cənnətdə və dünyada” (Sobre el Cielo y la Tierra) adlı kitabında qondarma “erməni soyqırımı”ndan sevgi ilə bəhs edir, türkləri nasistlərə bənzədir.

“XX əsrdə özlərini tanrılar kimi görənlər bütün kəndləri yerlə bir ediblər. Türklər ermənilərə, nasistlər də yəhudilərə qarşı. İnsanları öldürmək üçün ilahi xüsusiyyətlərə istinad edən ifadələrdən istifadə etdilər”.

Papalıq Fransiskin keçmişini silməyib və bu sözlərin məhz onun qələmindən çıxdığını heç kim dana bilməz. Fransiskin taleyi onun səfər proqramında Ermənistana nədən bu qədər önəm verməsini aydınlaşdırır. Təsadüfi deyil ki, Papa səfərdən öncə “Mən Şərqə – Ermənistana gedirəm” deyərək, Ermənistanı xristianlığın Şərq sərhədləri adlandırır və katoliklərdən dua istəyir.

b) Papanın Ermənistanı Şərq sərhədi elan etməsi Vatikanın üfüqdəki siyasi hədəflərini də aydın göstərir.
Xristianlıq katolik, pravoslav və protestant olmaqla üç böyük qola ayrılıq. Lakin ermənilər yeganə xristian toplumdur ki, qriqorianlığı qəbul ediblər və burada məqsəd Məsihin yolunu davam etdirmək yox, erməni millətçiliyinə xidmətdir. Bu spesifikliyin irəli gəlməsində ümumiyyətlə dini inanc dayanmır. Çünki dövlətçilik kökləri olmayan ermənilər üçün kilsə tarix boyu əsas idarəçilik dayağı olub.

“Erməni dini liderlərinin dini fəaliyyəti az qala yox kimidir. Lakin bunun müqabilində, milli fikirlərin yayılması sahəsində çox böyük xidmətləri vardır”.

Bu sözləri vaxtilə Van və Ərzurumda Rusiyanın Baş konsulu olmuş general Mayevski yazırdı.

Qriqorianlıq həm də xristian dünyasının lideri olan katoliklərin rəhbərliyini qəbul etməyən pravoslavların öz tərəflərinə çəkmək istədiyi cərəyan olub. Lakin indiyə qədər qriqorianlığın nə pravoslav, nə də katoliklərə doğru tam inteqrasiya etdiyi müşahidə olunub. Sadəcə olaraq, Rusiya Ermənistanı siyasi və iqtisadi cəhətdən tam nəzarətə götürdüyü üçün, qriqorianlığın siyasətdə rolu azalıb.
Bu situasiya fonunda Papanın Ermənistan səfərində qriqorianlığın Vatikanın qanadları altına salınması hədəfi görünür. Papa Fransisk təxminən bir il öncə Türkiyəyə səfəri zamanı Ankaraya “Ermənistanla sərhədləri aç” çağırışı edərək, bu gedişi etmişdi. Lakin bu dəfə o, birbaşa Ermənistana gəlir və bu ölkədəki indiki anti-Rusiya əhval-ruhiyyəsi ona bu işdə yardım edə bilər. Aprel müharibəsindən sonra erməni ictimaiyyətində Moskvaya qarşı ciddi kin yaranıb və onlar İrəvandakı Kremlə yaxın hakimiyyəti də artıq qəbul etmirlər. Papa bu situasiya fonunda İrəvanda cəmiyyəti öz tərəfinə çəkmək, həmçinin, dini rəhbərliyi qanadları altına almaq fikrindədir. Bu, Vatikanın Şərq sərhədlərində gələcək hökmranlığı üçün vacibdir. Gözləniləndir ki, Papa İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcək. Təbii ki, bununla o, ermənilərin könlünü fəth etmiş də olacaq.

c) Papanın bu həmləsi Vatikanın xristian dünyasına dini liderliyini möhkəmləndirməklə yanaşı, siyasi hədəfə də hesablanıb. İndiyə qədər Qərb Ermənistanı Rusiyanın çətiri altından çıxarmaq üçün bütün vasitələrdən istifadə etsə də, bu, baş tutmayıb. Hesab etmək olar ki, bu missiyanı Vatikan öz üzərinə götürüb. Papa siyasi liderlərin edə bilmədiyini etməklə həm Vatikanın nüfuzunu gücləndirmək, həm də siyasət üzərində katolikliyin zəifləyən təsirini bərpa etmək niyyətindədir. Bu prosesdə məhz din faktorunun seçilməsi də təsadüfi deyil.
2008-ci il “beş günlük” müharibədə Rusiya Abxaziya və Osetiyanı ələ keçirmək planında din faktorundan yararlanmışdı. Belə ki, bu bölgənin əhalisi dini rəhbər olaraq Rusiya Pravoslav Kilsəsini qəbul edirdi. Bölgənin zəbt olunmasından sonra əhalinin dəstəyini qazanmaqda rus kilsəsi böyük rol oynadı. Bu ssenaridən çıxış etsək, ehtimal etmək olar ki, Papa qriqorianlığı Vatikanın qanadı altına alaraq, erməni cəmiyyətində Qərbin rüşeymlərini yerləşdirir. Bu bağlılıq İrəvanda rusmeyilli hakimiyyətin devriləcəyi təqdirdə, erməni cəmiyyətinin dəstəyini qazanmaqda əsas faktor olacaq. Bu ssenarinin məhz indi – ermənilərin anti-Rusiya kini ilə dolu olduğu bir vaxtda işə salınması da təsadüfi deyil.

Papa bununla həm katolikliyin pravoslav üzərində qələbəsini, həm də Vatikanın siyasi dairələr üzərində nüfuzunu bərpa etməyi planlaşdırır. Buna görə də o, Azərbaycan və Gürcüstana səfərini ləğv etsə də, Ermənistan səfərində dəyişiklik etmədi. Yaxud, Papa Ermənistana xüsusi səfər etmək üçün regionun digər iki ölkəsinə səfərinin tarixini dəyişdirdi. Məsələni bu cür də qoymaq olar.

Asif Nərimanlı

Yorumlar