KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Niderland Avropanın günah keçisi olaraq Türkiyəyə qarşı yem edilir”

“Niderland Avropanın günah keçisi olaraq Türkiyəyə qarşı yem edilir”

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
394 0

Qafqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay Avropanın bir neçə dövlətinin Türkiyə ilə münasibətlərinin kəskinləşməsiylə bağlı “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.

– Referendum məsələsindən sonra Avropa Türkiyə ilə əlaqələrində bir sərinlik ortaya çıxdı. Səbəbi nədir?

– Türkiyənin Avropa Birliyi ilə əlaqələri rəsmi olaraq 50 ili, qərbləşmə məsələsi isə 200 ili keçib. AB Türkiyəyə qarşı davamlı soyuq davranmış və şübhə ilə yaxınlaşıb. Bu şübhəli yanaşmada Türkiyənin keçmiş tarixi, potensialı, gənc və dinamik əhalisinin əhəmiyyəti çoxdur. Bütün bunlara baxmayaraq Türkiyə- AB əlaqələri yaxın gələcəkdə çətin günlər yaşaya bilər. Amma Türkiyə üçün,eyni zamanda, AB üçün bu müsbət nəticə verməz. Yəni AB Türkiyəyə, Türkiyə AB-yə möhtacdır. Türkiyə AB ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında körpü rolunu oynaya bilər. Bu həm AB-nə, həm də Şanxaya böyük dvident gətirər. AB Türkiyəyə qarşı mövqeyini bu rteallığa baxmayaraq davam etdirərsə böyük səhvə yol verər. Avropa referendum müddətini bəhanə edərək Türkiyəyə qarşı rəftar etməkdədir. Referendum gərginliyi ilə AB günahını ört-basdır edir.

– Hollandiyanın Türk diplomatlarına qarşı sərt mövqe sərgiləməsi nə deməkdir?

– Türkiyənin AB ilə əlaqələrini ayrı, Hollandiyanın etdiyini isə ayrı qiymətləndirmək lazımdır. Bu an Niderland Avropanın günah keçisi olaraq Türkiyəyə qarşı yem edilir. Türkiyə isə bu oyuna getməməlidir, problem Niderlandın deyil, AB-nin mövqeyidir. Türkiyə bütün “kozur”larını Niderland ilə oynasa, sabah AB ilə əlaqələrində zəif qalar. Burada Hollandiyanın etdiyi qəbul ediləcək bir şey deyil, amma Türkiyə baş verənləri sırf Hollandiyanın üstünə yıxsa, böyük səhv edər. Hətta Rusiya ilə münasibətlərini möhkəmləndirsə dünya ictimaiyyətinə yaxşı bir çıxış edilə bilər. Türkiyə bir həftə Moskva danışıqlarını dünya ictimaiyyətində müzakirə etdirdi. Dünyadakı imicini düzəltdikdən sonra Hollandiya ilə mübarizə apara bilərdi. Çavuşoğlunun mövqeyindən sonra Türkiyə AB hədəfini qoyub, Hollandiyaya hücum etdi. Çavuşoğlu hadisəsini daha da böhrana çevirmək üçün Ailə Nazirliyinin rəhbərini tələm-tələsik Almaniyadan Hollandiyaya göndərdi və böyük çətinlik yaşadı.

– Türkiyə bunun cavabını hansı vasitələrlə verə bilər?

– Niderland burada günah keçisi seçilmiş bir qurbandır və Türkiyə bu oyunu görməlidir. Niderland bizimlə hər hansı bir məsələni müzakirə etmək obyekti deyil. Etdiyi antidemokratik və hüquq xarici tətbiqləri BMT-də, AB parlementində gündəmə gətirmək lazımdır. Bu an diplomatlar böhranın böyüməsini əngəlləməlidirlər.

– Hollandiyanın ardından Danimarka və İsveç də Türkiyəyə qarşı addımlar atdılar, bu addımlar Avropada genişlənə bilərmi? Yəni digər Avropa ölkələri də Türkiyəyə qarşı sərt mövqedə dura bilərmi?

– Bu dövlətləri Türkiyəyə qarşı çıxaran güc var – Avropa Birliyi. AB Türkiyəyə qarşı səhv mövqelərini ört-basdır etmək üçün belə süni böhranlarla Türkiyənin yolunu çaşdırmaq istəyir. İndi diplomatiya zamanı soyuqqanlı olmaq zamanıdır. Referendum zamanı xaricdəki bütün səslər “xeyr” olsa belə Türkiyədə 60 faiz “bəli” çıxacaq. Türkiyə əvvəlcə 16 Aprelə qədər soyuqqanlılığını mühafizə etməlidir. Əvvəl referendumda “bəli” çıxmalı, sonra diplomatik vasitələrlə AB ilə əlaqələri yenidən müzakirə etməlidir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir