KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Netanyahunun Azərbaycana səfəri nə vəd edir? – POLİTOLOQ RƏYİ

Netanyahunun Azərbaycana səfəri nə vəd edir? – POLİTOLOQ RƏYİ

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
398 0

“Azərbaycanla İsrail arasında strateji tərəfdaşlıq var. Bu münasibətlərin əsası Benyamin Netanyahunun hələ 20 il öncəki səfəri zamanı qoyulub”. Bu fikirləri APA TV-yə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib.

E.Şahinoğlu bildirib ki, ötən bu müddət ərzində ölkəmizlə İsrail arasındakı əməkdaşlıq daha da genişlənib: “Azərbaycan İsraildən modern silahlar alır, Ceyhan limanı üzərindən neft satır, ortaq layihələr var. Görünür, bu məsələləri müzakirə etmək üçün Netanyahunun belə bir səfərə ehtiyacı var idi və Bakıda bu müzakirələr də aparıldı. Bildiyiniz kimi, Bakıdan sonra da Qazaxıstana səfəri olacaq. B. Netanyahu heç gizlətmir ki, Azərbaycan və Qazaxıstan müsəlman dünyasının iki vacib ölkəsidir. İsrail bu iki ölkə ilə əməkdaşlığa böyük önəm verir”.

Politoloq eyni zamanda İsrail baş nazirinin səfərinə İran rəsmilərinin yanaşmasını, habelə bu səfərin İranla olan münasibətlərimizə təsir imkanlarını da dəyərləndirib: “Çox təəssüf ki, İran-Azərbaycan münasibətlərində qeydə alınan müsbət dinamikaya rəğmən, İranda bəziləri yenə də Azərbaycanı müstəqil dövlət kimi qəbul etmək istəmir, bizim daxili işlərimizə qarışırlar. Bu, bilirsiniz mənə nəyi xatırladır? Bakıda “Eurovision” mahnı müsabiqəsi keçiriləndə çox sərt açıqlamalar, bəyanatlar verdilər, daxili işlərimizə qarışdılar. İndi də İsrailin baş naziri Bakıya gəlir, əməkdaşlıq barəsində fikir mübadiləsi aparmaq üçün Azərbaycan rəsmiləri ilə görüşür, iranlı rəsmilər, din xadimləri Azərbaycan əleyhinə açıqlamalar verirlər. Mən belə üç açıqlama eşitmişəm. Siz deyən kimi, İranın keçmiş səfirindən açıqlama var idi və daha sərt açıqlamalar da oldu. Ərdəbilin axundunun açıqlaması və başqa açıqlamalar oldu ki, Netanyahu Bakıya gəlməsin, azərbaycanlılar etiraz etsin. Bu cür yanaşmanı biz qəbul etmirik. Ona qalsa, bizim də İran-Ermənistan əlaqələrindən narahatlığımız var. Bəs onda niyə İran müsəlman torpaqlarını işğal edən Ermənistanla əməkdaşlıq edir və yaxud İran prezidenti Ermənistana səfərə hazırlaşır?”

Elxan Şahinoğlu bildirib ki, İran tərəfdən verilən bu açıqlamalar Azərbaycan üçün heç bir təhlükə törədə bilməz.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir