KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Neft bazarının durumu və bölgədə enerji rəqabəti

Neft bazarının durumu və bölgədə enerji rəqabəti

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
397 0

Neft bazarının durumu və bölgədə enerji rəqabəti
umud_shokri
Umud Şükri Amerikanın Səsinə neft bazarında yenilikləri şərh edir
Enerji sahəsində araşdırmaçı Umud Şükri Amerikanın Səsinə müsahibədə dünyanın neft və qaz bazarındakı dəyişiklikləri, eləcə də iqtisadiyyatının əsasən neft sektorundan asılı olan region ölkələrinin durumunu dəyərləndirib. Güneyli ekspert, həmçinin bölgə ölkələri arasında mövcud olan siyasi gərginliklərin enerji ticarətindəki əksini şərh edib.
Beynəlxalq Enerji Agentliyinin məlumatına istinad edərək 2016-cı ilin sonuna doğru neftin qiymətinin nisbətən artacağını bildirən ekspert bu artımın enerji ixrac edən ölkələrin iqtisadiyyatına ciddi təsir göstərəcəyini ifadə edir.

İran və Rusiya strateji ortaq olsalar da bəzən mənfəətləri bir-biri ilə tərs düşə bilər.
Umud Şükri
“2016 ilinin sonuna doğru neftin qiymətində bir artım görəcəyik. Görünür ki, bu ilin sonunda neftin qiyməti 50 və 70 dollar arasında olacaq. 50-dən aşağıya düşmə və 70-in üzərinə çıxma ehtimalı azdır. Qaz bazarı da istər istəməz neftdən asılıdır və neft bazarında dəyişiklik bir neçə ay sonra özünü qaz bazarında da göstərəcək… Əlbəttə bu ilin sonunda hələ neft ixrac edən ölkələrin durumunda önəmli bir yaxşılaşma olacağına inanmıram…”

Səudiyyə Ərəbistanının yeni enerji naziri ölkəsinin ən böyük neft ixracatçısı kimi rolunu saxlamağa davam edəcəyini deyir
Səudiyyə Ərəbistanının yeni enerji naziri ölkəsinin ən böyük neft ixracatçısı kimi rolunu saxlamağa davam edəcəyini deyir

Şükri keçən illərdə neft qiymətinin kəskin azalması nəticəsində bölgədə ən çox zərər görən ölkələrin daha çox neft ixrac etdikləri üçün Səudiyyə Ərəbistanı və Rusiya olduğunu önə çəkərək, Səudiyyə Ərəbistanının bu səbəblə üzləşdiyi iqtisadi problemləri şərh edib.

“İran sanksiyalara görə neft sata bilmirdi. Buna görə də, qiymətlərin azalması üzündən zərər görmədi… Azərbaycan özünə görə zərər gördü, amma gələcəkdə qaz bazarındakı durumu yaxşı ola bilə,” deyə o, İran və Azərbaycan Respublikasında durumu təsvir edir.

Bir tərəfdə Rusiya və İran, digər tərəfdə isə Səudiyyə Ərəbistanı arasında yaşanan siyasi gərginlik və həmin gərginlik səbəbilə ortaya çıxan enerji rəqabətini şərh edən Umud Şükri bunun qısa və uzun müddətdə hər iki tərəfə maddi zərər verəcəyini söyləyir.

“Bölgədə geosiyasi və məzhəb münaqişələri vardır. Hər ölkə beynəlxalq sahədə əlindən gəldiyi qədir təbii qaynaqlarından öz siyasətlərini yürütmək istiqamətində istifadə edir. Əlində olan nefti başqa ölkəni yıxmaq üçün işlədir, daha çox sataraq nefti ucuzlaşdırıb rəqib ölkəyə zərər verməyə çalışır, amma uzun müddətdə özü də problem yaşayır.”

Bölgədə geosiyasi və məzhəb münaqişələri vardır. Hər ölkə beynəlxalq sahədə əlindən gəldiyi qədir təbii qaynaqlarından öz siyasətlərini yürütmək istiqamətində istifadə edir.
Umud Şükri
Onun dediklərinə görə, İran və Rusiya siyasi müttəfiq olsalar da, enerji bazarında mənfəətləri bəzən üst-üstə düşməyə bilər:

“İran və Rusiyanın Xəzərdə ortaq çıxarları vardır. Misal üçün, hər iki ölkə Türkmənistanın Avropaya qaz ixracatına mane oldular… Ancaq neft məsələsində İrana qarşı sanksiyalar tətbiq edildiyi üçün Rusiya daha çox neft sata bilirdi. İndi sanksiyaların qalxması ilə beynəlxalq bazarlarda yerini itirməmək üçün iqtisadiyyatını ayaqda saxlamaq üçün daha çox neft satmağa çalışacaq. Buna görə, İran və Rusiya strateji ortaq olsalar da bəzən mənfəətləri bir-biri ilə tərs düşə bilər.”
http://www.amerikaninsesi.org

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir