Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Naxçıvan üzərindən yeni oyun cəhdi – Ermənilər münaqişəyə Türkiyəni cəlb etmək istəyir?

Azerbaycan, Ermenistan, Türkiye 8 Nisan 2016
750

Naxçıvan üzərindən yeni oyun cəhdi – Ermənilər münaqişəyə Türkiyəni cəlb etmək istəyir?
Təmas xəttində hərbi əməliyyatların başladığı ilk andan etibarən cəbhə xəbərlərinin gündəmi zəbt etməsi ilə yanaşı Rusiya mediasının münaqişə zamanı tutduğu qərəzli mövqe də geniş müzakirə mövzusu oldu. Belə ki, Ermənistan, xüsusən də Rusiyadakı erməni diasporası və Moskvada onları dəstəkləyən dairələr, o cümlədən media bu işdə Türkiyənin əlinin olduğuna dair informasiya yaymağa başladılar.
hasanoktay
Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay da qeyd edir ki, Ermənistan tərəfinin Naxçıvanda atəşkəsi pozması, atəşkəsin tərəflərin razılaşdığı formada davam etməyəcəyinə işarədir: “Ermənistan bu əməliyyatlarda məğlub psixologiyasına qapılıb və hər an hər hansı bir hücuma keçə bilər. Bunun ilk örnəyi Naxçıvanda müşahidə edildi. Qarabağda davam edən xırda əməliyyatları bölgədə müharibə səviyyəsinə gətirmək və həmin müharibəni Rusiya-Ermənistan-Azərbaycan-Türkiyə savaşına çevirmək istəyənlər də ola bilər. Digər ehtimal isə, Qarabağda uzun müddət davam edəcək müharibənin Rusiya torpaqlarına keçmə ehtimalıdır. Rusiya bu prosesləri yaxşı dəyərləndirib, Qarabağda davamlı bir sülhün əldə olunması üçün Azərbaycanın maraqlarını mütləq nəzərə almalıdır”.

Siyasi analitik Şahin Cəfərli hesab edir ki, məqsəd Türkiyə və Azərbaycanın birləşərək ermənilərin üzərinə hücuma keçdiyi barədə yalançı rəy formalaşdıraraq Rusiyanın hərbi müdaxiləsinə zəmin hazırlamaqdır: “Ermənilər güman edirdilər ki, Azərbaycan işğal olunmuş ərazilərini azad etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlayır. Bu səbəblə, Azərbaycanın qarşısını almaq üçün Rusiyanın müdaxiləsinə nail olmaq niyyəti ilə təbliğat kampaniyasına başladılar”.

Ermənistana kömək edən dairələr Rusiya ilə Türkiyə arasında hərbi toqquşmanın, hətta iri miqyaslı müharibənin baş verməsində də maraqlıdırlar. Ekspertin fikrincə, bu halda erməni millətçi dairələri öz ərazi iddialarını reallaşdırmaq üçün münbit zəmin əldə edəcəklərini düşünürlər.
Xatırladaq ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Ermənistanın bu dəfə Naxçıvan istiqamətindən atəşkəs rejimini pozması isə bir sıra maraqlı məqamları ortaya qoyur. Ekspertlər hesab edir ki, Ermənistan qüvvələrinin Naxçıvan istiqamətində fəallaşması təsadüfi deyil və bu cəbhə xəttində yaşanan proseslərə Türkiyəni cəlb edə bilməyən maraqlı qüvvələrin yeni taktikasıdır. Məqsəd, Naxçıvanla sərhəddə gərginliyi artıraraq Türkiyəni bu prosesə cəlb etməkdir. Sözsüz ki, Türkiyənin müdaxiləsi Rusiyanı da hərəkətə keçirəcək və Rusiya ilə Türkiyə qarşı-qarşıya qalacaq.
Şahin Cəfərli bildirib ki, 1921-ci ildə Rusiya ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında imzalanmış Moskva müqaviləsinə və ondan irəli gələrək Türkiyə ilə Qafqaz respublikaları arasında imzalanmış Qars müqaviləsinə yenidən baxılması, bu müqavilələrin müasir Rusiya tərəfindən denonsasiyası, yaxud tanınmaması ermənilərin çoxdankı arzusudur.

“Rusiyadakı erməni diasporası bu məsələni özünün əsas strateji vəzifəsi kimi qarşısına məqsəd qoyub. Buna nail olmağın yolu Rusiya ilə Türkiyə arasında münasibətlərin həddən artıq gərginləşməsindən, hətta mümkün olarsa, bu dövlətlər arasında müharibənin baş verməsindən keçir. Çünki, hadisələrin bu ssenari ilə inkişaf edəcəyi təqdirdə, Moskva müqaviləsinin ləğvi Rusiya tərəfindən ciddi şəkildə gündəmə gətirilə bilər. Yadınızdadırsa, ötən ilin noyabrında Rusiyanın “Su-24” təyyarəsinin Suriya ilə sərhəddə Türkiyə tərəfindən vurulmasından sonra bu mövzu Rusiya Dövlət Dumasında gündəmə gətirildi. Lakin Moskvadakı erməni lobbisi hələlik bu məsələdə Kremlin dəstəyini ala bilmir. Bu səbəblə, Rusiya ilə Türkiyəni hərbi toqquşmaya sürükləmək cəhdləri israrla davam etdirilir. Məlumdur ki, Moskva və Qars müqavilələrində müasir Türkiyənin şimal-şərq sərhədləri müəyyənləşdirilib, eyni zamanda Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılması təsbit olunub. Ermənilər çalışırlar ki, Rusiya bu müqavilələri tanımaqdan imtina etsin və nəticədə həm Naxçıvana, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərinə olan ərazi iddialarını gerçəkləşdirmək üçün fürsət əldə etsinlər. Naxçıvana qarşı provokasiya törətməkdə və ümumiyyətlə, Naxçıvan məsələsini aktuallaşdırmaqda məqsəd həm də budur”.
elhan
Atlaş araşdırmalar mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyada müəyyən qüvvələr və mərkəzlər təxribatla məşğuldurlar ki, məxsusi olaraq Türkiyə münaqişəyə cəlb olunsun: “Cəbhə bölgəsindəki vəziyyəti də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhriki kimi qiymətləndirirlər. Halbuki, Ərdoğanın bu münaqişəyə aid etmək üçün marağının məntiqi izahı yoxdur. Əksinə, işğala son qoymaq Azərbaycan ordusunun özünün qarşısına qoyduğu məqsəddir.
Rusiya mediası Türkiyənin münaqişəni alovlandıran tərəf kimi təqdim olunmasını məqsədli şəkildə reallaşdırılır: “Maraqlıdır ki, Rusiya tv-lərin böyük əksəriyyəti Kremlin nəzarəti altındadır. Demək ki, Rusiya hakimiyyətində kimlərsə rəsmən Azərbaycan əleyhinə açıqlamalar verməsə də, öz media vasitələri ilə birtərəf ermənipərəst mövqeyini Rusiya ictimaiyyətinin diqqətinə çatdırır. Amma bu Rusiyanın özünə də problemlər yarada bilər. Çünki vəziyyəti birtərəfli işıqlandırmaq Rusiyanın tərəfsizliyinə kölgə salır”.
Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan tərəfi Naxçıvanda atəşkəsi pozmaqla təxribatın miqyasını genişləndirmək istəyir. Azərbaycan ordusu gələcəkdə də uğurlu əməliyyatlar həyata keçirə biləcək. Ermənistan öz gücünə arxalanmadığı üçün Rusiyanı da bu proseslərə qatmaq istəyir. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Türkiyəni Rusiya ilə toqquşdurmaq istəyir. Çünki, Türkiyə ən azı Qars müqaviləsindən çıxış edərək Naxçıvanın uzun müddət atəş altında saxlanılmasına izləyici qalmayacaq. Şübhə etmirəm ki, yaxın günlərdə Türkiyə prezidenti Ərdoğan Naxçıvanla bağlı Ermənistana xəbərdarlıq edəcək. Ermənistan bundan sonra da Naxçıvana qarşı təxribatlarını davam etdirərsə, Qarabağ istiqamətində atəşkəsə riayət etməyə Azərbaycanın sadəcə səbəbi qalmayacaq”.

Vüsalə Əlövsətqızı
eurasiadiary.az

Yorumlar