Rusya Savunma Bakanlğı basın danışmanı, Bakan Şoygu’nun Akar, Fidan ile görüşmelerin fotoğraflarını yayınladı

Rusya Savunma Bakanlığı’ndan Akar ve Fidan ziyareti açıklaması: Görüşmeler yapıcı şekilde gerçekleştirildi

Balkan barışını dinamitleyen Sırp politikacı suikastı

ARADA KALAN TÜRKİYE: AFRİN-RUSYA/ MENBİÇ-ABD

NATO Avropada savaşa hazırlaşır

Azerbaycan, Rusya 28 Mayıs 2016
394

NATO Avropada savaşa hazırlaşır

farukmemmedov
Bu gün Rusiya Soyuq müharibə dönəminin ikinci hissəsini yaşayır.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, Qərb və NATO Rusiyanın aktivləşəcəyi situasiyaya hazırlaşır:

“NATO genişlənməyə üz tutan hərbi siyasi alyansdır. Alyansa dövlətlərin özləri Rusiya təhlükəsindən qorunmaq üçün müraciət edirlər. Digər bir tərəfdən isə NATO demokratik əsaslara və qaydalara uyğun fəaliyyət göstərən qlobal gücdür. Bu isə Şimali Atlantika Alyansını daha da güclü edən tərəfdir. Alyansın fəaliyyəti onun genişlənməsinin zəruriliyini ortaya atmış olur. Varşava sammiti də məhz həmin genişlənmənin növbəti dayanacağıdır. Rusiya bundan narahatdır, çünki dünya dövlətləri Rusiyaya deyil, Qərbə üstünlük verirlər. Rusiya hələ də aqressiv siyasət yürüdür. Bu gün Rusiya Soyuq müharibə dönəminin ikinci hissəsini yaşayır. Müttəfiqlərinin seçim spektri onun dünyada nüfuzunun getdikcə aşağı düşməsinə gətirib çıxarır. Lakin bu aqressiyanın da bir sonu var. Rusiya ya böyük savaşa başlayacaq, ya da beynəlxalq qaydalara əməl edəcək. Bu baxımdan Qərb və NATO haqlı olaraq bütün vəziyyətlərə hazırlıq görürlər. Avropada NATO-nun möhkəmlənməsi və əlavə müdafiə tədbirləri görməsinin səbəbi də məhz budur. NATO masasında tezliklə yeni üzv dövlətlər görəcəyik. Bu sırada Monteneqro və Gürcüstan əsas yer tutur. Ukrayna hələ ki NATO yolunda çox addımlamalıdır. Biz tezliklə geosiyasi vəziyyətin dəyişəcəyini görəcəyik”.

Qeyd edək ki, NATO-nun Varşava sammiti bu ilin iyulunda keçiriləcək.

Yorumlar