KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nadir Şah sünni dövlətimi qurmaq istəyirdi?

Nadir Şah sünni dövlətimi qurmaq istəyirdi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
465 0

Səltənətdən öncə Nadir şiələrə və Səfəvi kültürünə qarşı bir duruş sərgiləməmişdi. Nadirin şiə toplumuna və mollara qarşı duruş sərgiləməsi Muğan qurultayından sonra başlar. Səltənətdən sonra yalnızca Səfəvi görüşlərini deyil, xəlifələrə lənət söyləyib söyüş verməyi də yasaqladı. Səfəvi qarşıtlığı və xəliflərə söyüş verməyi yasaqlaması Nadirin görüşünün iki rüknünü oluşdururdu. Nadir fərqli imamiyyə məzhəbini təşkil etmək niyyətndə idi. Kimsəyə söyüş verməyən, Səfəvi modeli ədəbsizlik etmədən, Şah İsmayıl kimi başqa məzhəblərə xınc, öfkə və nifrət qusmayan bir imamiyyə məzhəbi. Düşmənlik çağrışdıran şiəlik deyil, başqa islami görüşlərə sayqı və səbirlə, böyük dözüm və toleransla yanaşan imamiyyə məzhəbi. Zatən Səfəvi çirkinliyinin gətirdiyi Peyğəmbərin xanımlarına və ilk üç xəlifəyə lənət söyləmədikdən sonra şiəliyin İslam dünyasında bir sorun olduğu söz qonusu olamaz. Şah İsmayıl ədəbsizliyinin təsis etdiyi nifrət və kin olmadıqdan sonra imamiyyə də bir İslam axımı olaraq görülə bilər. Səfəvi ədəbsizliyi ortada olan fərqlər üzərinə tərbiyyəsizlik, sayqısızlıq, öfkə və kin yüklədi. Nadir Şah əhalinin məzhəbi və dini anlayışına qarışmırdı. Səfəvi ədəbsizliyi şiəliyi problemli duruma gətirmişdi. Nadirin imperatorluğunun genişliyi dörd milyon kvadrat kilometr idi. Sünnilər çoxluqda idi. Bu geniş iperatorluq ərazisində şiələrin məscidlərdə Peyğəmbərin xanımını aşağılaması, sünnilərin sayqı duyquqları xəlifələri lənələmələri ilə ölkəni yönətmək mümkün ola bilərdimi? Səfəvi ədəbsizliyi kəndiliyindən bir iç savaş məlzəməsi hazırlayırdı. Bu üzdən Nadir hər şeydən öncə ölkəsinin içində iç barış sağlamalıydı. İç barış sağlanmanın yolu Səfəvi ədəbsizliyinin tarixdən silinməsiydi. Nadir, ədəbsizlik etməyən imamiyyə-şiə məzhəbinə qarşı deyildi. Nadir zorla bir sünni imperatorluğu qurmaq fikrində deyildi. O, dinlə siyasəti bir-birindən ayırmış, dünyəvi dövlət qurmuşdu. Ancaq sünni yurddaşlarının da inanclarından dolayı durub durduqları yerdə Səfəvi ədəbsizliyi tərəfindən aşağılanmasını da qəbul etmirdi. Çünkü Peyğəmbər qadınlarını aşağılamaq və xəlifələri söymək sünni xalqları rahatsız edirdi. Kimin kəndi evində, hətta camilərdə necə ibadət etdəcəyinə qarışmırdı. Ancaq minlərcə insanın bit yerə toplaşaraq sünnilərin sevdikləri Əbubəkirə, Ömərə, Hz. Aişəyə lənət oxumalarını ədbsizlik olaraq dəyərləndirir, bunun İslamla bir ilişkisinin olmadığını düşünürdü. Bu üzdən bu ədəbsizliyi kəsin bir iradəylə yasaqladı. İlginc olan Nadirin Səfəvi şiəsini yasaqlamasının heç bir kütləvi dirənişlə qarşılaşmaması idi. Nadir məzhəb özgürlüyünə inanır və insanları din qonusunda sərbəst buraxırdı. Tək amacı Səfəvi çirkinliyini və ədəbsizliyini bərtərəf etmək idi. Nadir Şahın şiələr üçün “yeni məzhəb təsis etmə uyqulaması” da sırf bu üzdən idi. Sünnilərin məzhəbləriylə Nadirin sorunu yox idi. Çünkü sünnilərdə şiə dəyərlərini təhqir edən, şiənin qutsal saydığı imamları aşağılayan davranışlar və iç savaş söyləntiləri yox idi. Böyləcə Nadir Şah iqtidarın legitimlik qaynağını da kpkündən dəyişdirirdi. Səvəfi öyrətilərinə görə, gerçək iqtidar Mehdinindir. Mehdi gələnə qədər də onun naibləri və seyyid soyundan olan naiblər dövləti yönətməliydilər. Bu anlayışla Nadir, Səfəvilərdən təqribən iki qat böyük olan ölkəsini yönətəməzdi. Özəlliklə Avşar imperatorluğunda şiələr artıq azlıqdaydılar. Bu səbədən Səfəvi mehvərli məşruiyyət qaynağını tarixdən silməyə çalışdı. Nadirin öldürülüşündən sonra Qacarlar Avşarla yolunu deyil, təkrar Səfəvi xurafələrinə döndüklərindən Səfəvi bəlası varlığını sürdürdü. Səfəvi qaynaqlı məşruiyyət anlayışını yox saymağı Muğan Qurultaından sonra açıqca duyurdu. Səfəvi din anlayışının davamından yana olan Molla başını öldürməklə dövlətin iradəsini və yeni vizionunu açıqca ortaya qoydu. Nadirin dini sorunu yox idi. O, siyasi və hərbi açıdan ölkəsinin güvənliyini düşünür və Səfəvi mirasını ölkəsinin güvənliyi üçün təhdid olaraq görürdü.
Güntay Gencalp

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir