KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Münhen Təhlükəsizlik” konfransında Azərbaycan və Ermənistan

Münhen Təhlükəsizlik” konfransında Azərbaycan və Ermənistan

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
441 0

“Münhen Təhlükəsizlik” konfransında Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Eduard Nalbadyan növbəti dəfə görüşərək, danışıqlar aparıb. Bu görüş ATƏT-in “Minsk qrupunun” həmsədrləri tərəfindən təşkil edilib və həmsədrlərdə bu görüşdə iştirak edibdir. Qeyd edim ki, XİN səviyyəsində “Münhen görüşü” irəlləyişə doğru addım kimi qeyd edilməməlidir. Çünki, dəfələrlə bu formatda olan görüşlərdən sonra, Ermənistan cəbhədə atəşkəsi mütəmadi pozaraq, diversiya həmlələrinə cəhd edib. Sadəcə olaraq, “Minsk qrupu” bu il başlayandan nəri, belə bir görüşü təşkil etməklə, özünün “fəaliyyətdə” olduğunu göstərir. Bu görüş barədə həmsədrlərin bəyanatına gəldikdə isə, ənənəvi olaraq, şablon sözlərdən istifadə edilib. Burada atəşkəsin qorunub saxlanmasına çağrılır. Vyana və Santk-Peterburq görüşlərində əldə olunan razılaşmaya çağrı qeyd edilir. Xüsusilə “Misk qrupu” çalışır ki, cəbhədə atəşkəsin aşkar edilməsi mexanizmləri işə düşsün və bununla nisbi sakitliyə əməl edilsin. Məhz, həmsədr institutunun üzvüləri birmənalı olaraq, Aprel döyüşlərindən sonra Ermənistanın maraqlarına cavab verən addımlar atıblar. Bəyanatda , münaqişənin tənzimlənməsi istiqamətində danışıqların aparılması qeyd edilir. Amma irəlləyişə nail olmaq üçün ilkin olaraq Ermənistanın işğal olunmuş ərazilərin qaytarılması barədə bir kəlmədə qeyd edilmir, yendə status-kvonun saxlanması üçün “diplomatik” gedişlər edilir. Bəyanatda Ermənistanın bir növ dəstəyi ilə Dağlıq Qarabağda separtaçıların keçirəcəyi “referendumada” toxunulsada, Ermənistanın bu siyasətinə ayrıca vurğu yapılmır. Münaqişəni çətinləşdirdiyi üçün, belə bir mənasız “referendumun” qarşısın alınması barədə bir söz deyilmir. Çünki, “Minsk qrupunun” üzvüləri bir müddət bundan əvvəl Ermənistanın leyhinə bəyanatlar səsləndiriblər. Bu bəyanat və görüşlər Ermənistanda keçiriləcək parlament seçkiləri qabağı daxili sabitliyə hesablandığı üçün, danışıqlar görüntüsü yaratmaqla, Azərbaycanın Ermənistana cəbhədə mümkün hərbi təzyiqlərindən yayınmağa hesablanıb. Hazırda bu qrumun fəaliyyəti qənaətbəxş deyil.

Rusiyada çalışır ki, Moskvada XİN rəhbərlərinin görüşünü təşkil etsin.Tərəflərə əlvə həll variantlarını təqdim etməyə çalışır. Qeyd edim ki, XİN rəhbərləri tərəfindən aparılan və aparılacaq danışıqlar prosesi münaqişənin həllində irəliləyişə töhfə verməyəcək. Rəsmi Kreml çalışır ki, Ermənistana vaxt tanınsın, qarşıdan gələn parlament seçkiləri normal keçsin. Çünki, yeni hərbi əməliyyatlar fonunda işğalçıların məğlubiyyəti danılmazdı və buda Sarkisyan iqtidarının devrilməsi ilə nəticələ bilər. Daxili sabitlik pozulması fonunda Qərb Ermənistanda təşəbbüsü ələ ala bilər. Rusiya çalışacaq ki, iki ay müddətində cəbhədə nisbi sakitliyə riayət olunsun. Buna görədə M. Zaxarova və Putinin yaxın adamı S. Markov tərfindən Moskvadan XİN başçılarının görüşü barədə olumlu mesajlar verilir. Hesab edirəm ki, rəsmi Kreml artıq, münaqişənin həllində maraqlı deyil. Ötən ilin yay aylarında Rusiya tam münaqişəni həll etməyə yaxın idi. Ümidlər də var idi. Həmin təşəbbü əldən verən Rusiyaya artıq, inam yoxdur. Azərbaycan yalnız güc yolu ilə real nəticələrə sahib ola bilər. Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir