KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Memarlıq, bir xalqın ümümi durumu və mədəniyyətindən xəbər verir”

Memarlıq, bir xalqın ümümi durumu və mədəniyyətindən xəbər verir”

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
424 0

Riza Zərgəri universitetdə mühəndislik oxuyub, Memari tarixinin Phd (doktorant) tələbəsidir və 15-ə yaxın elmi məqaləsi, iki kitabı var. Şeyx Səfi sitının idarə heyətinin üzvü, tədqıqatçı və universitetdə müəllimdir.
Onunla İran Azərbaycanının memarlığı, onun tarixi, sosial yeri, mədəniyyətə bağlı olan elementləri barəsində söhbət etmişik:

– Bizə bir az Azərbaycanının memarlıq tarixindən və insanın ilk yaşamından bəhs edin.
– Azərbaycanda insanın məskənsalma tarixi çox qədimdi. Bu səbəbdən ilk memarlıqlar, məsəla, Dolmənlər burda çox gözə dəyir. Azərbaycanda və onun müxtəlif yerlərində islamdan əvvəlki tarixə və ya orta əsrlərə – Hurrilər, Urartular, İşguzlar və Madlara aid memari əsərlərə rast gəlmək mümkündür.

– Bu ölkənin memarlığı hansı dövrdə əzəmətli olub və səbəbi nə imiş?
– Memarlıq bir xalqın ümümi durumu və mədəniyyətindən xəbər verən bir sənəd kimidir. Bu səbəbdən onun yayılması, artımı və ya dayanmağının səbəblərini gərək sosial təkamüllərdə və siyasətdə axtaraq. Çünki Azərbaycan həmişə müxtəlif hadisələrə məkan və şahid olub, çoxlu sərvətləri var. Ancaq qədimdən qalan əsərlər və onların miqdarına əsasən Elxani dövrü üstün görünür.

– Bu memarlığın İranın digər yerlərinin və habelə digər ölkələrin memarlığı ilə hansı bənzər və fərqli cəhətləri var?
– Hər ölkənin memarlığı tarix boyu canlı vücud kimi dəyişiklər və təkamüllər görüb. Bu cəhətdən Azərbaycan Avrasiya mövqeyində qərar tapdığı üçün mübadilələr coğrafiyasında yerləşib və öz iqtisadiyyatı, mədəniyyət və iqlimi ilə uyğun olan elementlər qəbul eləyib və ya digər yerlərə köcürdüb. Azərbaycanın memarlığı ilə orta Asiyanın, xususilə də Anadolu memarlığı arasında bənzərliklər çoxdur. İranın yayının da bu mütənasibliyə təsiri var.

“Hər ölkənin memarlığı tarix boyu dəyişiklər və təkamüllər görüb”

– Bu memarlığın məşhur örnəklərini hansi binalarda görmək olar?
– Sultaniyə günbəzi, Şeyx Səfiyəddin Ardəbili məcmuəsi, Təbrizin göy məscidi, Urmiyənin came məscidi və Marağanın günbəzləri ən ərzişli memarilərdəndilər. Bu arada Şeyx Səfi məcmuəsi bir neçə nadir binanın kolleksiyası olduğu üçün ən önəmli binadı. Bu binada istifadəçi və tamamlanma cəhətindən ən uzun fasiləsizlik var. Bundan əlavə indiyə qədər lazımi diqqət görməmiş bu məcmuə həmişə, xüsusilə, Səfəviyə dövründə digər binaların tikilməsində bir model imiş.

– Hansı memari elementləri təkcə İran Azərbaycanında görmək olar?
– Kəlile azari ən şaxis elementlərdəndir ki, burda yenilik olub. Ursi pəncərələr və habelə urartayı 40 sütun. Sonuncunu Altın təpədə görmək olar.

– Ölkənin müxtəlif şəhərlərində yerləşən tarixi evlərin durumu necədir?
– Bu evlərin vəziyyəti yaxşı deyil və çoxlu zərər görüblər. Indiyə qədər onların çoxu dövlət tərəfindən nə alınıblar, nə də nəzarət olunurlar. Nəzarət altında olanların da çoxu istifadələri dəyişilmə səbəbilə yaxşı şəraitdə deyillər. Az hissəsi şəraiti yaxşıdı. Bu binaların hər biri gərək mədəniyyətin xəzinəsi hesab olunsun. Bu arada Urmiyənin tarixi zənginliyinə baxın. Ağır zərbələr görüb və çox az tarixi bina qalıb, o cümlədən, Hidayət məktəbi də.

– Son illərdə binaların bəzisində dirçəltmək üçün istifadə funksiyalarını dəyişiblər. Belə dəyişiklikərə uğramayan binaların vəziyyəti necədir?
– Əksəri uyğun şəraitdə deyil. Həmçinin Mənafzadə evi məktəbə çevrilib, yaxud Rizazadə evi, ki, içərisi tamamilə məhv olub. Amma bəzi evlər, məsəla, Mehran evi Təbrizdə yaxşi istifadə olunur. Zəncanda da vəziyyət digər şəhərlərdən daha yaxşıdır.

– Dünyada tarixi binaların təmirinə aid nəzəriyyələrə baxsaq, burdakı bərpaetmə zamanı əsərin identikliyi qorunur?
– Təbii ki, əgər bir əsərin bərpası ixtisaslaşdırılmış icra olunsa, praktik əsasların icrasına səy olunacaq. Amma maliyyə mənbələrinin məhdud olmağı və bəzən ekspertin bilgisizliyi bir sıra dəyişikliklərə səbəb olur ki, bu da əsərin orjinallığını itirməsinə gətirib çıxarır.

– Şəhərlərimizin şəbəkəbəndi ya bölünmə tarixi və fəlsəfəsi necədir?
– Ən əvvəl şəbəkəbəndilər o şəhərlərdə olub ki, qədimi bir tarixə sahibdilər. Bir yol, məbəd və hökumətin oturduğu yerin arasında tikilirmiş. Bu səbəbdən də, məsələn, Ərdəbil şəhərində bunu aydın görmək olar. Orta əsrlərdə bu şəbəkəbənd ki, məhəllələrin inkişafı və bir-birinə yaxınlaşması ilə genişlənirmiş.

– Sizcə bir cəmiyyətin tarixi memarlığı və mədəni-sosial davranışlarının arasında nə əlaqələr var?
– Tamamilə düz əlaqələr var. Memarlıq cəmiyyətin bütün fikri təkamülunü özündə yetişdirib, sonrakı nəslə ötürür. Bu, memarlığın, keçmişdə söylənməyənləri kəşf etməsinə, qeyri-müəyyənləri deməsinə səbəb olur. Mən yeni kitabımda İran Azərbaycanında bu mövzunu araşdırmışam və məlum olur ki, bütün tarixi hadisələr, xususilə Səlcuqi dövründən elxani dövrünə qədər, Teymuri, Ağgoyunlular və xususilə, Səfəviyə dövrü sosial girayişlərinin nəticəsi imiş.

– Azərbaycanının memarlığında məzhəbin təsiri nə qədərdi?
– Məzhəbi digər təsirli elementlərdən ayırmaq olmaz. Həmişə dinlər olduqları məkanın memarlıq mexanizmlərində icra olunub. Buna səbəb sifarişçilər də ola bilərdi. Ikinci səbəb isə memarların bir çox elmlərdən xəbərdar olması və öz biliklərini əsərlərində əks etdirirdilər.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir