ŞEYH EFENDİ’NİN RÜYASINDAKİ TÜRKİYE

Rus televizyonuna konuşan ABD’li akademisyen: Arap ülkeleri İsrail ile tartışmak istemez

Akıllara Zarar bir Coğrafya ve Türklerin Bağımsızlık Mücadelesi

Makedonya’ya İngiliz çengeli!

Lavrovun erməni həmkarı Edvard Naldandaynı qısa zaman ərzində ikinci dəfə Moskvaya çağırmasının səbəbi bəlli oldu

Ermenistan, Rusya 23 Şubat 2017
349

Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Naldandaynı qısa zaman ərzində ikinci dəfə Moskvaya çağırmasının səbəbi bəlli oldu. Lavrov Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında iki fikri xüsusi vurğulayıb. Lavrov əvvəlcə deyib ki, Azərbaycan və Ermənistan Minsk Qrupu həmsədrlik insitutunun fəaliyyətini imzaları ilə təsdiq edib. Lavrov bunu ona görə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev həmsədrlərin fəaliyyətindən narazılığını hər zaman bildirir və bunu son dəfə Münhen təhlükəsizlik konfransında da təkrarlayıb. Yəni Lavrov Nalbandyan vasitəsilə Azərbaycan dövlət başçısına cavab mesajı göndərib.

Beləliklə, Moskva ilə Bakı arasında qiyabi prolemika davam edir. Lavrov iki həftə öncə demişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”. 10 gün sonra İlham Əliyev Lavrovun adını çəkmədən “Dağlıq Qarabağ Azərbaycanın daxili işidir” dedi. İndi də Lavrov Azərbaycan dövlət başçısına cavab verdiyini düşünür. Lavrovun Nalbandyanla keçirdiyi mətbuat konfransında Bakıya bir başqa mesajı da var idi. Sirr deyil ki, bir çoxları yaxınlaşmaqda olan aprel ayında cəbhə bölgəsində gərginliyin artmasından danışır. Lavrov isə Moskvadan bizə belə bir mesaj göndərib: “Münaqişənin danışıqlar yolu ilə həllindən başqa alternativi yoxdur”. Bunu da cavasız qoymaq olmaz. İlham Əliyevin bir neçə dəfə təkrarladığı “erməni hərbçilərinin Ağdamda, Fuizulidə nə işi var” fikrini Azərbaycan XİN bəyanat formasına gətirməli və əsas fikir də bu olmalıdır: “Erməni hərbçiləri Dağlıq Qarabağ ətrafındakı əraziləri tərk etmədikcə işğalçının canlı qüvvəsi və hərbi texnikası vurulacaq”. Elhan Şahinoğlu

Yorumlar