KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Lavrovun açıqlamaları nikbinlik üçün əsas verirmi?

Lavrovun açıqlamaları nikbinlik üçün əsas verirmi?

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
403 0

Lavrovun açıqlamaları nikbinlik üçün əsas verirmi?

Elhan Şahinoğlu
Elhan Şahinoğlu

Rusiya xarici işlər naziri Sergey Lavrov iyul ayında həm İrəvanda, həm də Bakıda oldu. Cəbhə bölgəsində aprel döyüşlərindən sonra Lavrov hər ay ən azı bir dəfə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Sergey Lavrov İlham Əliyevlə yanaşı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşüb. Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər. Dünənki və bugünkü görüşlərdə və mətbuata verilən açıqlamalarda aşağıdakı fikirlər diqqəti çəkir:
– Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınıq;
– Son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamika var;
– Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə ehtiyatla yanaşılmalıdır.
– Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail olmaq mümkündür;
– Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər.
Beləliklə, Bakıda səsləndirilən açıqlamalar sanki optimiz üşün əsas verir. Hətta Sergey Lavrovla görüşdə Elmar Məmmədyarov belə bir fikir də işlətdi: “Danışıqlar masasını mərhələli şəkildə, addım-addım mövcud problemlərdən təmizləməliyik”. Əslində bu ifadə ilə rəsmi Bakı danışıqların “mərhələli həll” planından kənara çıxmadığına işarə edir. Ancaq Lavrov Bakıda bir dəfə də “mərhələ” ifadəsi işlətmədi. Bu ondan xəbər verir ki, Kreml münaqişənin həllinin birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini hələ qəbul etməyib. Əks halda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Prezidentlərin Sankt-Peterburqdakı danışıqları “mərhələli həll” planı əsasında gedirdi” deyən Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Norvuz Məmmədovu təkzib etməzdi.
O ki qaldı, Bakıda səsləndirilən “kiçik ümid yaradan amillərə” ifadəsinə, söhbətin Dağlıq Qarabağa veriləcək aralıq statusdan getdiyini təxmin etmək olar. Belə bir status Azərbaycanın böyük bir güzəşti ola bilər. Bunun məğzi odur ki, Dağlıq Qarabağın müvəqqəti status olur, bu arada isə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır və azərbaycanlılar geri qayıdırlar və ermənilər əvvəlki həyat tərzlərinə davam edirlər. Ancaq problem ondadır ki, rəsmi İrəvan müvəqqəti statusa etiraz etməsə də bunun nə qədər çəkəcəyini bilmək və yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir. Bu isə bütün razılaşması pozur. Və heç bir işartı yoxdur ki, Kreml İrəvanı bu tələbdən vaz keçməyə məcbur etmək istəyir.
Tərəflərin danışıqların dinamizmi ilə bağlı optimizmi özünü doğrultmaya da bilər. Keçmiş illərdə də belə hallar olub. Hətta danışıqlarda elə bir il olub ki, ATƏT-in Minsk Qrupu həmsədrləri “münaqişə bu ilin sonuna qədər həll olunacaq” kimi açıqlamalar veriblər. Azərbaycan və Ermənistan prezidentləri 2008-ci ildə Moskvada Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə 5 maddəlik ortay bəyanat imzalamışdılar. O zaman da bu optimist açıqlamalar səslənmişdi. Ancaq bütün bunlar münaqişənin həllini və sülh anlaşmasının imzalanmasını sürətləndirmədi. Ona görə də əgər bu dəfə də danışıqlar konkret nəticəyə gətirib çıxarmasa, bir neçə aydan sonra cəbhə bölgəsindəki vəziyyət yenidən gərginləşəcək.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir