KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Lakin Paşinyan hakimiyyətə gəlmiş olsa belə yenədə Rusiya ilə münasibətləri saxlayacaq

Lakin Paşinyan hakimiyyətə gəlmiş olsa belə yenədə Rusiya ilə münasibətləri saxlayacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
362 0


Moskva – Kreml mitiqlərdə anti-rusiya şüarlardan qaçınmağa çalışır. İrəvan Moskvanın hərbi və iqtisadi yardımına möhtacdır və ermənistanda baş verən bu “rəngli inqilab”ın Moskvaya heç bir təhlükəsi olmamasına çalışılır.
Keçən günlər ərzində Moskva 2006-cı ildən indiyədək Ermənistanda prezident vəzifəsini icra etmiş və bu il 10 günlük baş nazir vəzifəsinə keçmiş Serj Sarkisyanın istefa ilə nəticələnən inqilablar hələdə bitmək tükənmək bilmir və siyasi böhrana səbəb olub.
Xarici İşlər naziri Sergey Lavrovun başçılıq etdiyi Ermənistan rəsmiləri Moskvada qarşılandı və müzakirələrə başlanıldı. Ermənistanda yaranmış böhran həmçinin Cənubi Qafqazda sabitliyin pozulmasıdır.
Mövcud vəziyyət onu göstərir ki, sonunda iqtidara kim gəlmiş olursa-olsun, mütləq Rusiya ilə bağları olan, onu dinləyəcək şəxs olmalıdır.
Ermənistanın əsas problemi təhlükəsizlikdir və Azərbaycanla ciddi qarşılıqlı münaqişə şəraitindədir. Dağlıq Qarabağ məsələsi həll olunmadığı müddətcə Ermənistan Rusiyadan davamlı asılı olacaq. Deyə bilərik ki, Dağlıq Qarabağ məsələsinin yaxın dönəmklərdə həll olunmasını gözləmək yanlışdır. Azərbaycan və Ermənistan arasında münaqişəli zona olan Dağlıq Qarabağ onilliklərdir ki, qalmaqdadır. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hissəsi kimi tanınır, separatçı ermənistan isə bu ərazi iddialarından əl çəkmir. Qarabağda sərhəd boyu cəbhə xəttində daimi atəşkəs pozulması davam edir. Hal-hazırda Azərbaycan yetəri qədər üstünlüyə malikdir, hətta Ermənistanda yaranmış şəraitdən istifadə edərək hücuma keçə bilər, bu da Ermənistana böyük risk deməkdir və bu səbəbdəndə Moskva tez bir zamanda Ermənistanda müəyyən qədər sabitliyi bərpa etməyə tələsir.
Əslində baş verən hadisələri Moskvanın qurduğu “demokratiya ssenari”si kimi ifadə edə bilərik. Lakin görünüşə görə bu heçdə istədikləri kimi getmir.
Ermənistan- Serj Sarkisyanın uzun çəkən mitinqlərin ardından istefa etməsini təmin edən etirazların lideri Nikol Paşinyan, parlamentdə sabah səs veriləcək tək namizəd olaraq qatılır. Hal-hazırda Ermənistanda “rəngli inqilablar” dövrü yaşanır. Və bu ərazidə ABŞ – Rusiya qarşı durması nəzərə çarpır. Nikol Paşinyanda tipik amerikan inqilabları nəticəsində hakimiyyətə gətirilən şəxs tipi var. Bu hadisələri daha çox ABŞ-ın müdaxiləsi kimi qiymətləndirə bilərik: irqçi, özündən razı birinin hakimiyyətə gətirilməsinə çalışılması… Paşinyanı Baş nazir olaraq seçərlərsə erməniləri daha pis günlər gözləyir.
Sevda Məmmədova
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir