KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. kitab qiymətləri bahadır və insanlar oxumur

kitab qiymətləri bahadır və insanlar oxumur

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
515 0

Azərbaycanda kitab qiymətlərinin bahalığı və insanların oxumağa marağının azalması barədəki müzakirələrlə tanış oldum. Mən “kitab qiymətləri bahadır və insanlar oxumur” diskursu ilə razı deyiləm. Amma əsas çatışmamazlığı xalq kitabxanalarının (public library) olmaması ilə əlaqələndirirəm. Onsuz da qiymətindən asılı olmayaraq, Bakıda satılan kitab mağazalarında çeşidlilik tapmaq çətindir. Amma bazarda tutunmağa çalışan kitab mağazalarını da sırf qiymətə görə tənqid etməyək. Mən oxumaq istəyən oxuyar prinsipi ilə yanaşıram və əgər populyarlaşmış, bəzən də bayağı (“eşqimin son qalası”, “qara xallı tükəzban” tipli) kitablardan başqa çeşidli kitablar axtarırsınızsa oxumağın alternativ yolları var:

1. Əgər ingilis dilində davamlı oxuyursunuzsa Amazon Kindle alın (münasibi paperwhite). Təxminən 120 ABŞ dollarına başa gələcək. Üç üstünlüyü var, satışda olan kitablardan kindle versiyasında qiymətlər ucuz olur. Bəzən 20, bəzənsə 50 faizə qədər. İkincisi kitabları gözləmədən əldə edirsiniz. Üçüncüsü isə həcmli kitabları daha rahat oxuyursunuz. Məsələn, Lawrence Friedmanın “ Strategy: a History” kitabı 800 səhifədir. Davamlı səyahət edirsinizsə və kitabınızın yanınızda olmağını istəyirsinizsə kindle ilə daha rahat oxuyacaqsınız. Ən sonuncu üstünlüyü kindle ilə kitab oxuyanda bilmədiyiniz sözləri xüsusi proqramı vasitəsilə daha tez mənimsəyəcəksiniz.
Bunun ən yaxşı alternativi Kobo ereaderdir. Üstünlüyü pdf formatındakı sənədləri də oxumağın mümkün olmasıdır. Kobo elektron kitabdan istifadə etməmişəm deyə istifadə edənlər daha detallı açıqlaya bilərlər.
2. ABŞ-dan kitab sifarış edə bilərsiniz. Məsələn mən camex vasitəsilə edirəm. Üstünlüyü çatdırılmanın daha tez və ucuz olmasındadır. Misal üçün əgər ortalama iki kitab mənə 30-35 ABŞ dollarına başa gəlirsə normal poçt vasitəsilə kitab Bakıya 3-4 həftəyə gəlir və daşınma xərci minimum 15-20 dolar olur. Camexlə bir həftəyə gəlir. Başqa bir üstünlüyü deyək ki, 50 ABŞ dollarına olan kitabın işlənmiş (second hand) formatda 3-8 dollara tapa bilsəniz, yenə də həmin şirkət vasitəsilə sifariş edə bilərsiniz. Normalda poçt vasitəsilə çox kitabı Bakıya gətirilməsinə nail ola bilməzsiniz.
3. Ancaq Türkçə oxuyursunuzsa, kitapyurdu ya da idefix vasitəsilə yenə camex ilə sifariş verə bilərsiniz. Əgər sayca çox kitab alsanız qiymətlər daşınma ilə birgə sizə sərf edəcək. Amma burda daşınma qiymətləri həcmə görə hesablanır deyə biraz bahadır. Türkiyədə 19 tl satılan kitabı Bakıda heçvaxt 10 manata əldə edə bilməyəcəksiniz. Əgər şərtləri yaxşılaşdırılsa bunu kitab mağazaları bəlkə edə bilərlər.
4. ADA Universitetinin kitabxanasına üzv ola bilərsiniz. Əgər tədqiqat ilə məşğul olursunuzsa, kitabxanada oxumaq şərtilə üzv ola bilərsiniz. Demək olar ki, kitabxanada axtardığım kitabların 60 faizini tapıram. Qeyd eləyim ki, “qara qızın nağılı” tipli kitabları tapa bilməyəcəksiniz. Elektron axtarış sistemindən ora getmədən axtardığınız kitabın mövcud olub olmadığına baxa bilərsiniz.

Ən sonda goodreads portalına qoşulun. Mən son aylarda çox kitabı ordakı dostlarımın rəyindən sonra alıb oxumuşam. Maraqlı rəylər və kitab tövsiyyələri olur. Həmdə ətrafınızdakı dostlarıza oxuduqları kitabları paylaşmalarını xahiş edin, sonra xoşunuza gəlsə həmin kitabı dostunuzun icazəsiylə oxumaq üçün əldə edin. Zaur Shiriyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir