KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Karabağda savaş mı barış mı yakın

Karabağda savaş mı barış mı yakın

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
315 0

Karabağda savaş mı barış mı yakın

Elhan Şahinoğlu
Elhan Şahinoğlu

Ermənistan rəsmiləri və siyasi ekspertləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıdakı görüşlərini və qarşılıqlı verilən açıqlamalara isti-isti münasibət bildirməkdə çətinlik çəkirlər. Yəqin onlar özləri üçün aydınlaşdırmaq istəyirlər ki, görəsən Azərbaycan rəsmilərinin Lavrovla danışıqlarda səsləndirdikləri “biz sülhə əvvəlkindən daha yaxınıq”, “danışqlarda müsbət dinamizm var” kimi ifadələrlə nəyi nəzərdə tutublar?
Hələliksə, Ermənistan rəsmiləri qəribə açıqlamalar verirlər. Məsələn Ermənistan prezidenti Serj Sərkisyan bu gün ərəb kanallarından birinə verdiyi müsahəbədə deyib ki, “əgər hətta bütün dünya Dağlıq Qarabağ əhalisinə desə ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşasınlar, xalq bunu yenə qəbul etməyəcək”. Yəni bütün dünya beləmi deyir ki, Sərkisyan narahatdır? Və ya xarici işlər nazirinin müavini Şavarş Köçəryan “münaqişənin paket həlli Dağlıq Qarabağın tanınmasından başlamalıdır” açıqlamasını verib. Köçəryan “paket həll”i yuxusundamı gördü, yoxsa bu yolla xarici diplomatlara mesaj göndərir ki, bizi “mərhələli həll” planını qəbula məcbur etməyin. Məncə, danışıqlar nə “paket həll” nə də “mərhələli həll” planı üzrə gedir, hər iki planın kombinasıyası ətrafında uzun-uzadı fikir mübadiləsi gedir. Bu gedişat isə növbəti toqquşmaya aparır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir