KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
401 0

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərinə saatlar qalınca, İran siyasilərinin və din xadimlərinin Azərbaycan əleyhinə açıqlamalarının sayı artır. Bu gün artıq İrandan gələn üçüncü anti-Azərbaycan açıqlamanı oxudum. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib ki, guya Netahyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir. Hələ Möhsün Pakayi bir az diplomatik münasibət bildirib. Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan Netanyahunun Bakıya səfərini daha sərt şəkildə tənqid ediblər.

Netahyahunun Azərbaycana səfəri İran rəsmilərini və din xadimlərini elə qorxudub ki, sanki İsrailin baş naziri Bakıya ona görə gəlir ki, Azərbaycandan İrana hücum təşkil etsin. Bu mənə “Evrovision” yarışmasının Bakıda keçirildiyi günləri xatırladır. Həmin yarışma ərəfəsində də iranlı rəsmilər və din xadimləri avropalı müğənnilərin Azərbaycana gəlişini sanki İranın əsas təhlükəsizlik problemi elan etmişdilər. Niyə anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müsir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrail dronlarının işğalçıya necə böyük zərər vurduğunu hamı gördü. Üstəgəl İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır. Buna baxmayaraq, Netahyahunun səfəri ilə bağlı yayılan məlumatda belə bir hissə də var ki, Bakıda Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq. Xəbərdə elə belə də yazılır: “Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək”. Əslində bu rəsmi Bakının Tehrana mesajıdır ki, bizdən əl çəkin, qoyun işimizi görək, baxın, Fələstinin problemini də diqqətdə saxlayırıq.

Ən maraqlısı odur ki, dünən Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti “Boeing”lə müqavilə imzalanıb. İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək. Bəs nə oldu, iranlı rəsmilərin və din xadimlərinin təbirincə desək, Amerika ən böyük şeytan idi, şeytana da 17 milyard dollar pul ödəyərlər? Ona görə də gedin işinizlə məşğul olun, “şeytandan” nə qədər təyyarə almağınız bizi maraqlandırmır, siz də bizim işlərimizə qarışmayın. Qarışsaz nə olacaq ki? İran Azərbaycandan İsrailin bizdən aldığı qədər neft alacaq, yoxsa modern silahları var ki, bizə satsın? Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir