Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Olası Afrin Harekatı hakkındaki düşüncelerimiz

Türk ve Müslüman düşmanı CIA ajanı Richard Clarke BAE emrinde!

ALTIN ORDA DEVLETİ’NİN RUSYA ÜZERİNDEKİ ETKİLERİ

“İsrail bütün dünyaya olduğu kimi Ermənistana da silah sata bilər

Ermenistan 28 Temmuz 2017
81

10 ildə ilk dəfə israilli nazirin Ermənistana, özü də 3 günlük səfərə getməsi müəyyən suallar doğurur. Əlbəttə, İsrail müstəqil dövlət kimi istənilən dövlətlə münasibət qurmaqda sərbəstdir. Ancaq niyə işğalçı Ermənistan və niyə indi? Hələ üstəlik Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan sanki Azərbaycana mesaj yollayırmış kimi “İsrail bütün dünyaya olduğu kimi Ermənistana da silah sata bilər” açıqlamasını səsləndirib.

Birincisi, İsraildən silah almaq üçün pul lazımdır, İrəvanın pulu olsaydı silah almaq üçün ağası Rusiyaya dilənməzdi. Irəvan Rusiya puluna elə Rusiyadan silah alıb. Çünki bu Rusiyanın Ermənistana kredit verməsinin əsas şərti olub. Moskva Rusiyanın krediti hesabına İrəvana İsraildən silah almağa imkan verməz. Odur ki, Ermənistan istəsə belə İsraildən bahalı silahlar ala bilməyəcək, ancaq nəsə də ala bilər.

İranın da mövqeyi maraqlıdır. Ayrı vaxt Bakıya hər gələn israilli nazirə görə bizi topa tuturlar, bəs İsrailin regional əməkdaşlıq naziri, özü də keçmiş kabinetlərdə xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən naziri Tsaxi Haneqbinin Ermənistana 3 günlük səfərinə niyə reaksiya bildirmirlər? Bizə qaldıqsa isə mənə elə gəlir ki, diplomatik kanallarla Tel-Əvivdən İsrail-Ermənistan hərbi əməkdaşlığında nə dərəcədə maraqlı olduğunu öyrənməyə ehtiyac var.
Elhan Şahinoğlu

Yorumlar