Suudi Arabistan’da darbe!

Rus uzman: Altınlarını ABD’den getiren Türkiye demek ki S-400 füzesini kesin alacak!

Rus milletvekili: Erdoğan S-400 konusunda ABD’nin baskısına boyun eğmeyecek

Rus uçakları Suriye’de kimyasal saldırı provokasyonuna hazırlanan teröristleri imha etmiş

İslam İnqilabı İrana nə qazandırdı?

Gündem, İran 13 Şubat 2018
52

Xəbər verdiyimiz kimi, bu il İran İslam Respublikası milli bayramı – İslam İnqilabının Qələbəsi Gününün 39-cu ildönümünü qeyd edir. Eurasia Diary mövzu ilə bağlı “Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri Elxan Şahinoğlunun şərhini diqqətinizə çatdırır.

“İranda Şah dövründə insan haqları kobud surətdə pozulurdu. Avtoritar bir rejim idi. Neftdən gələn gəlirlər ancaq bir qrupun əlində cəmləşirdi. Amerikadan asılılıq var idi. Bu da insanlarda haqlı olaraq narazılıq doğururdu. Amma orada narazı olan müxtəlif siyasi qüvvələr vardı. Solçular, kommunistlər, inqilabçılar. İnqilabdan sonra vəziyyət elə alındı ki, əsas rola islamçı qüvvələr hakim oldular. Və hakimiyyətə gələn kimi digər qüvvələr hamısını neytrallaşdırdılar. Keçən müddət haqqında nə demək olar?

Şah rejiminin siyasəti dəyişdi. Amerika ilə əvvəlki dostluq düşmənçiliyə çevrildi. İsrail ilə dostluq düşmənçillyə çevrildi. Çox təəssüf ki, ciddi bir dəyişikliyə nail olunmadı. Həmin azadlıqlar ki, Şah dövründə yox idi, onların çoxu yenə də yoxdur. Azərbaycanlılarla münasibətdə eyni vəziyyətdir, bəlkə də daha ciddidir. Şah dövründə azərbaycanlılar sıxışdırılırdı, indi də eynilə. azərbaycanlılar öz dillərində təhsil ala bilmirlər, mediaları yoxdur. Elə o mədəni haqlar ki, onlara İslam inqilabı zamanı vəd edilmişdi, onların çoxu sənədlərdə, qanunlarda göstərilir amma reallıqda onun çoxu yoxdur. İqtisadiyyatı götürsək, inqilabdan bu yana çox ciddi sanksiyalarla üz-üzə qaldı və iqtisadiyyat inkişaf etdirilmədi. Bunun da səbəbini gördük.

Keçən ilin sonunda insanlar klüçələrə sosial tələblərlə axışdılar. Neftdən gələn gəlirlə iqtisadi islahatlar sürətləndirilmir. Yalnız ərazaq alınır və üstəgəl, bölgədəki silahlı qruplaşmalara dəstək verilir. Halbuki o resurslar ölkənin içində xərclənə bilərdi. Yəni bu problemlər hələ də gündəmdədir”.

TAG:

Yorumlar