Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Olası Afrin Harekatı hakkındaki düşüncelerimiz

Türk ve Müslüman düşmanı CIA ajanı Richard Clarke BAE emrinde!

ALTIN ORDA DEVLETİ’NİN RUSYA ÜZERİNDEKİ ETKİLERİ

İŞİD-in əsas terrorçu bazası niyə Orta Asiyadır?

Gündem 18 Ocak 2017
362

SSRİ-nin dağılmasından sonra yaranmış ideoloji boşluğun təsiri ilə Orta Asiyada radikal islamçılıq yayılıb

İstanbulun “Reina” barında 39 nəfəri qətlə yetirən terrorçu 17 gündən sonra həbs olunub. Yanvarın 16-da polis İstanbulun Esenyurt rayonunda keçirdiyi əməliyyat nəticəsində terrorçunu gizləndiyi evdə yaxalayıb. Saxlanılan terrorçunun Özbəkistan vətəndaşı 1983-cü il təvəllüdlü Abdulkadir Maşaripov olduğu və artıq cinayətini etiraf etdiyi bildirilir.

Terrorçunun ələ keçdiyi evdə iraqlı bir kişi və biri misirli olmaqla, 3 qadın da ələ keçirilib. Terrorçu ilə birlikdə olduğu düşünülən 4 yaşlı oğlu isə tapılmayıb. İstanbul valisi terrorçunun 4 dil bildiyini və yaxşı hazırlanmış, Əfqanıstanda terror təlimi görmüş biri olduğunu, Türkiyəyə 2016-cı ilin yanvarında ayaq basdığını bildirib. Onun tutulduğu evdə 2 ədəd pilotsuz uçuş aparatı (dron) və 197 min dollar pul olub. Terrorçunun İŞİD üzvü olduğu dəqiqləşib. Adı Abdulkadir Maşaripov, ləqəbi Əbu Muhəmməd Xorasani olub və Türkiyədə gizli terror hücrələrindən birinin üzvü imiş.

Türkiyədə, xüsusən də İstanbulda Orta Asiyadan və postsovet respublikalarından minlərlə insan İŞİD və digər radikal qruplaşmalara qoşulub. Ümumiyyətlə, sovetlərdən sonra yaranmış ideoloji boşluq və din azadlığı nəticəsində təsiri ilə Orta Asiyada Əfqanıstan və ərəb ölkələrindən gələnlərin təsiri ilə radikal islamçılıq yayılıb. Üstəlik, Əfqanıstana coğrafi yaxınlıq öz təsirini göstərib, minlərlə özbək, tacik, qırğız Əfqanıstana və Pakistana gedərək islamçı qruplara qoşulub, radikalizm təlimi alıblar.

Image result for Ərəb Baharı

“Ərəb baharı”ndan sonra isə digər coğrafiyalardan olduğu kimi, Orta Asiyadan minlərlə islamçılar Türkiyəyə gələrək buradan İraq və Suriyadakı qruplara qoşulub. Bəzi ehtimallara görə, Orta Asiyadan gələrək İŞİD-ə qoşulanların sayı 5 min nəfərə yaxındır. Onların bir çoxu ailə və uşaqları ilə gəlib. İŞİD-in yeniyetmələrdən ibarət batalyonunun əsas üzvləri məhz Orta Asiya və uyğur əsillilərdən ibarətdir.

İstanbul və Türkiyənin başqa şəhərlərində son illərdə qurulan mədrəsələrə gələn əsasən gənclər burada bir müddət təhsil alır, cihad üçün yetişdirilir və bundan sonra Suriya və İraqa göndərilir. Bu insanların Türkiyədə qaldıqları müddətdə bütün xərclərini o mədrəsələr təmin edir. Ehtimal olunur başqa ölkələrdə olduğu kimi, Orta Asiyada da gizli şəbəkə mövcuddur və bu şəbəkə insanları seçərək Türkiyəyə göndərir, burdan isə onları Suriya və İraqa yollayırlar.
Türkiyə polisinin təkcə “Reina” terrorçusunu axtararkən 168 nəfəri həbs etməsi onu göstərir ki, ölkədə bu cür yüzlərlə şübhəli var. Bunların əksəriyyəti gizli “hücrə evləri” deyilən evlərdə qalır, mənsub olduqları təşkilat və ya dini qrupun liderindən əmr gözləyirlər.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı…

“Reina” terrorçusunun ləqəbinin Əbu Muhəmməd Xorasani olması bir neçə il əvvəl gündəmə gələn “Xorasan vilayəti” qruplaşmasını xatırladır. Qərb mediası 3 il əvvəl “Xorasan qrupu” adlanan qruplaşmadan bəhs edirdi. ABŞ kəşfiyyatı tərəfindən bu şəkildə adlandırılan radikal terrorçuların əsasən Əfqanıstan, Pakistan, Çeçenistan və Şimali Afrikadan və “əl-Qaidə” lideri Ayman əz-Zəvahiri tərəfindən Əfqanıstandan Suriyaya göndərildiyi, daha əvvəl “ən-Nusra” qruplaşmasında olduğu bildirilirdi. “Xorasan qrupu” daha çox partlayış və sui-qəsdlər üzrə ixtisaslaşıb.

Bu adamların İstanbulun məhz Orta Asiyadan gələn mühacirlərin yaşadığı bölgələrdə yerləşməsi onların daha rahat gizlənmələri, çoxluğa qarışmaları üçün fürsət yaradır. Xatırladaq ki, ötən il iyunun 28-də İstanbul Atatürk Hava Limanında Dağıstan, Özbəkistan və Qırğızıstan vətəndaşları tərəfindən terror törədilmişdi. Ekspertlərə görə, İŞİD-in məhz Orta Asiya və Qafqaz əsilliləri Türkiyədə terror üçün istifadə etməsi bu insanların daha az şübhə oyandırması, İstanbulda və Türkiyədə çox sayda olması ilə bağlıdır.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar