Suudi Arabistan’da darbe!

Rus uzman: Altınlarını ABD’den getiren Türkiye demek ki S-400 füzesini kesin alacak!

Rus milletvekili: Erdoğan S-400 konusunda ABD’nin baskısına boyun eğmeyecek

Rus uçakları Suriye’de kimyasal saldırı provokasyonuna hazırlanan teröristleri imha etmiş

İranın Yaxın Şərqdə siyasi çevrəsi daralır.

İran 20 Mayıs 2017
485

İranın Suriyada, Livanda, İraqda, Bəhreyndə və Yəməndə siyasi-hərbi qüdrətinin artması, Yaxın Şərqdə ABŞ -İsrail və Səudiyyə Ərəbistanın ortaq siyasi bir platformada birləşməsinə gətirib. İranın beş ərəb ölkəsində dəstəklədiyi yarı gizli və açıq siyasi-hərbi təşkilatları var. İran Səudiyyə Ərəbistanı ilə faktiki “Husilər” vasitəsilə Yəməndə açıq hərbi münaqişədə və Bəhreyndə siyasi mübarizədədir. Bundan əlavə, İraqda “Həşdi Şabi” və Livanda “Hizbullah” hərbi təşkilatları vasitəsilə, İraq və Suriyada geosiyasi mübarizə uğrunda savaş aparır. Tehranın əsas məqsədi regionda öz təsir nüfuzunu artırmaq, Səudiyyə Ərəbistanını zəiflətmək və İrana qarşı müdaxilələri önləməkdir. Qeyd edim ki, İran xaricdə hərbi təşkilatlar vasitəsilə öz mövcudluğunu dahada qorumaq planına uyğun hərəkət edir.

Rəsmi Tehranın bu səviyyədə güclənməsi, regionda öz strateji siyasətini hədəfləyən ABŞ ciddi şəkildə narahat edir. Məhz Yaxın Şərqdə yeni siyasi dönəmə başlamaq üçün ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər edib. Rəsmi Əriyad , Təl-Əviv və Vaşinqton işbirliyi bu səfər çərçivəsində daha da möhkəmləndirilməsi nəzərdə tutulur. Tramp səfər çərçivəsində Səudiyyə ilə 110 milyard dollar həcmində silah ticarəti müqaviləsi bağlayacaq. Bu ölkəni özündən asılı edərək, verdiyi silahlarnan İrana qarşı Yəməndə və digər ərazilərdə istifadə ediləcəyi gözlənilir. Trampın səfəri, ABŞ-ın Yaxın Şərq siyasətində yeni pəncərənin açılması ilə nəticələnəcəyinə şübhə yoxdur. Brinci, İranla siyasi qarşıdurma yeni mərhələdə davam edəcək .İkinci, Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı müharibə şiddətlənəcək. Üçüncü, İraqda İrandan asılı olmayan yeni hakimiyyət qrulmasına çalışılacaq. Dördüncü, İraq mərkəzi hakimiyyətini zəiflətmək üçün Şimali İraqda Bərzani administrasiyasından istifadə olunacaq. Beşinci, Suriyada ABŞ maraqlarının qorunmsında Səudiyyə ilə birgə körfəz ölkələri sıx işləyəcək. Bu münaqişə, Suriyada Əsədin getməsinə qədər davam edəcək. Bu, o deməkdir ki, Suriyada sülh yaxın perspektivdə gözlənilmir.

Qeyd edim ki, bütün baş verənlər regionda ABŞ-ın maraqlarının qorunmasına, İranın sıxışdırılmasına hesablanıb.
Muhammed Asadullazade

Yorumlar