ARADA KALAN TÜRKİYE: AFRİN-RUSYA/ MENBİÇ-ABD

ABŞ qardaş ölkəyə terrorçular üzərindən təhdid yaradır

XVII. YÜZYILDA KIRIM HANLIĞI’NDAKİ GELİŞMELER

Հայաստանի չորրորդ նախագահի լիազորությունները

İranın Xəzərdə Azərbaycana qarşı hərbi iştirakı…

Gündem 27 Kasım 2017
32

İran Xəzər dənizində hərbi donanamsını gücləndirir.Bunu İranın Şimal Dəniz Qüvvələrinin komandanı Əhməd Reza Bakeri bəyan edib.Ə. R. Bakeri donanmaya yeni döyüş gəmisinin də veriləcəyini bildirib.Bundan əvvəl İran Hərbi-Dəniz Qüvvələrlərinin komandanı Hüseyn Xanzadi “Separ” (“Qalxan”) raket gəmisinin Xəzərə Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə 28 noyabrda daxil olacağını bildirmişdi. Onun sözlərinə görə, yaxın gələcəkdə Hərbi-Dəniz Qüvvələrinin silahlandırılmasına bir neçə gəmi və vertolyot da veriləcək.Qeyd edək ki, İran Yaxın və Orta Şərqdə hərbi fəaliyyətini artırmaqla bunu Xəzər dənizində həyata keçirməyə başlayır.
Qeyd edək ki, İran Yaxın və Orta Şərqdə hərbi fəaliyyətini artırmaqla bunu Xəzər dənizində həyata keçirməyə başlayır. Bu gün İranın Fars körfəzində, Aralıq dənizində, Hind okeanında hərbi donanmasının gəmiləri üzür. Suriya, İraq, Livan və Yəməndə vəkalət müharibəsi aparır.Həmçinin adını çəkdiyim ölkələrdə “xalq müqaviməti hərəkatı” adı altında silahlı güclər formalaşdırır. Göründüyü kimi, İranın yalnız fəaliyyəti regionda siyasi sabitsizliyə xidmət edir. İranın regionda güclənən hərbi-siyasi mövqeyi, bunu Xəzər dənizində də həyata keçirməsi, bir başa Azərbaycana təhdiddir. Nəzərə alaq ki, İran Xəzər dənizində Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürür və Xəzərin yekun statusu ilə bağlı məhz İranın aqressiyası nəticəsində müqavilənin bağlanması həyata keçirilmir.

Rəsmi Tehran Xəzər dənizində daima Azərbaycabna qarşı hərbi təzyiqlər edibdir. 2001-ci ildə bunu açıq müstəvidə həyata keçirirdi. Türkiyə hərbi hava qüvvələrinin müdaxiləsindən sonra İranın hərbi təzyiqləri dayandı. İran regionda çox aqressiv siyasət həyata keçirir və Xəzər dənizində hərbi donanamasının gücləndirməsi, məhz bundan irəli gəlir. Qeyd edim ki, Xəzərdə İrana qarşı hər hansı hərbi təhlükə yoxdur. Bundan əlavə, dənizsə İranın hər hansı iqtisadi infrasturukturu yoxdur ki, bunların mühafizəsin həyata keçirsin.
Azərbaycanın Xəzərdə hərbi gəmilərini gücləndirməsi, əsasən Xəzərdə neft-qaz infrasturukunun mühafizəsindən irəli gəlir və hərbi iştirakımız hər hansı bir ölkəyə yönəlməyib. Xəzər sülh və əməkdaşlıq dənizi olmalı və burada region ölkələri bir-birinin ərazi sularına hörmətlə yanaşmalıdır. Təsüf ki, İranın apardığı siyasət bunun əksinədir və dənizdə sülhü və əmkdaşlığı təhdidi edir.

Azərbaycan İranın bu hərbi hərəkətliliyinə qarşı öz hərbi donanmasını gücləndirməli, hərbi-texniki sahədə İsrail və ABŞ-la əməkadaşlığı dərinləşdirməlidir. Burada güclü raket və ballistik raketlərə sahib olmalıdır. Ncə ki, Rusiya və İran bunu həyata keçirir. Bəli, Rusiya və İranın hərbi donanmasının güclənməsi, bir başa Azərbaycanın Xəzərdə neft-qaz siyasətinə qarşı yönəlib.

Mwhwmmwd Asadullazade

Yorumlar