İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

İranın genişlənən regional siyasəti

İran 22 Nisan 2017
584

Ötən həftə İranın XİN başçısı Cavad Zərif Gürcüstana səfər edərək, bu ölkənin rəsmləri ilə geniş tərkibdə danışıqlar apardı. Rəsmi Tehranın genişlənən Yaxın Şərq siyasəti artıq, Cənubi Qafqazda da hiss edilməyə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan, Rusiya və İranın ortaq lahiyəsi olan “Şimal -Cənub Nəqliyyat dəhlizinin” hazırda İran tərəfində tikintisi getməkdədir. Bu nəqliyyat dəhlizi Fars köfəzi ilə Şimali Avropanı birləşdirəcək, həmçinin Hindistandan daşınacaq yüklərlə bu marşutun beynəlxalq əhəmiyyəti artacaq. Bu lahiyə Rusiya-Azərbaycan və İranın birgə ortaq lahiyəsi ilə bərabər, bu üç ölkənin regional əməkdaşlıq imkanlarını da önə çəkir. Xüsusilə Azərbaycanın Ermənistanı blokadada saxlamaq imkanlarına malikliyini təmin etmiş olur. Cənubi -Şərqi Asiyadan daşınan yüklər, İran -Azərbaycan və Rusiyadan ərazisindən keçməklə, Avropaya istiqamətlənmiş olacaq.

Görünür, bu nəqliyyat dəhlizi ilə kifayətlənməyən rəsmi Tehran, Ermənistanı və Gürcüstanı öz nəqliyyat təsir dairəsinə almaq, Türkiyə və Azərbaycandan yan keçməklə, yeni Qaradənizlə Fars körfəzini birləşdirəcək, yeni nəqliyyat dəhlizinin yaradılmasına çalışır. Bu dəhliz, Ermənistandan keçməklə, Gürcüstanın Poti limanına oradan da Bolqarıstanın Varna limanı ilə birləşdirəcək. İranın XİN rəhbəri Cavad Zərifin Tiflisdə apardığı əsas müzakirələrdə bu mövzular, əsas danışıqlar predmeti olub. Görünür, Gürcüstan və Ermənistanda bu layihənin həyata keçməsində Tehranla əməkdaşlıqda maraqlı görünür. Xüsusilə iqtisadi blokada şəraitində olan Ermənistan üçün İranın bu jesti, işğalçı ölkə üçün yeni nəfəslikdi. Vurğulamaq lazımdır ki, İran “Şimal-Cənub” Nəqliyyat dəhlizinə alternativ yaratmaqla regionda özünün geosiyasi maraqlarının artmasına hesablayıb. Azərbaycan İranla bu aspektdə danışıqlar aparsada, görünən odur ki, İran özünün Qafqaz siyasətində Ermənistana üstünlük verməkdədir.

İran həmdə, Asiyadan yüklərin Türkiyə vasitəsilə Avropaya çıxışını alternativ yolla təmin etmiş olacaq. Çünki, Türkiyə və İran hazırda geosiyasi maraqlar uğrunda mübarizə aparmaqdadır. İran, bununla Türkiyənin tranzit ölkə rolunu zəiflətməyə hesablayıb.

Hazırda Tehranın bu siyasəti, iqtisadi əməkdaşlıqda deyil, Cənubi Qafqazda işğalçı Ermənistanın tranzit ölkə rolunu artırmaq, bununlada Azərbaycana ciddi təzyiq etmək planın bir hissəsi olduğu aydın görünür. Çünki, ikinci belə bir marşutu həyata keçirmək, iqtisadi mənfəətdən çox siyasi gedişlərə hesablanıb. Ermənistan rəhbərliyi, dəfələrlə İrana səfər edərək, Tehrandan bu kimi, işlərə başlanmasını xahiş ediblər.Amma, burada Rusiyanın reaksiyasıda mühüm rol oynayacaq. Çünki, Rusiyadan yan keçməyi planlaşdırılan yüklərin Ermənistan və Gürcüstandan keçəcək, hər hansı bir beynəlxalq tranzitin qrulmasına imkan verməyəcəyi gözlənilir. Yoxsa, Rusiyanın da iştirak etdiyi “Şimal-Cənub” Nəqliyyat dəhlizi öz əhəmiyyətini azaldar. Təbii ki, Rusiya satalleti olan Ermənistanın bu cığal hərəkətlərinin qarşısında sədd qoyacağı şübhəsizdir. İran Yaxın Şərqdə və Cənubi Qafqazda çox ciddi yanlış və ikibaşlı siyasət aparmaqdadır. Yaxın Şərqdə diktator rejimləri, Qafqazda isə işğalçı ölkəni dəstəkləməkdədir.

İranın regional gərginliyi artırması, Vaşinqton tərəfindən ciddi şəkildə diqqətlə izlənilir. İranla görünür, nüvə anlaşması ləğv ediləcəyi artıq bəllidir. Bu, İrana qarşı yeni sanksiyaların artmasına səbəb olacaq, İranın regional gücünü zəiflədəcək. ABŞ-ın Yaxın Şərqdə İranı zəiflətməsi, bu ölkənin Cənubi Qafqaz siyasətini arxa plana keçirəcək. Tarix boyu, İran Qafqazda qeyri-sabitləşdirici faktor olub. Bu ölkənin yenidən gündəmə gəlməsi, R.T.Ərdoğan demişkən “fars şovinizminin” yayılmasına səbəb olur.
Muhammed Asədullazade
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun sədri

Yorumlar