KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İRANI TƏDQİQ EDƏN VARMI?

İRANI TƏDQİQ EDƏN VARMI?

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
419 0

Nardaranda məlum olaylar baş verir İran diqqət mərkəzinə keçir, Gəncədə qarışıqlıq düşür yenə İran yada düşür. Əlbəttə, şübhələnməyə əsaslar az deyil. Ancaq bu məmləkətdə İranı araşdıran mərkəz yoxdur. Qonşu dövlətdə müxtəlif siyasi və dini mərkəzlər və güclü kəşfiyyat sistemi var və hər birində dünyəvi Azərbaycanın zəifləməsini istəyən qruplar fəaliyyət göstərir. Onları yaxşı tanıyırıqmı, nə edə biləcəklərini proqnozlaşdıra bilirikmi? Heç bizdə düz-əməlli fars dili də tədris olunmur.

Rusiyada İranı araşdıran və fars dilini bilən mütəxəssislərin sayı bizdəkindən çoxdur. Bu haqda təhlükəsizliyimizə problem yaradan hadisədən sonra yox əvvəl düşünmək və preventiv addımlar atmaq lazımdır. Heç Azərbaycandakı müvafiq dövlət strutkrularının və onlara tabe hansısa araşdırma mərkəzinin bu gün də “İranda və Cənubi Azərbaycanda nə baş verir” sualı üzərində ciddi tədqiqatlar aparıldığına şübhə edirəm. İrandakı mərkəzlər bizi daha yaxşı tədqiq edir və tərəfdarlarından da yararlanırlar. Cənubi Azərbaycandakı hərəkat isə başsızdır və Bakıda bu haqda kimsə düşünmür.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir