Rus senatör: Türkiye’ye yönelik yaptırım tehditleriyle ABD blöf yapıyor

Peskov: Erdoğan’ı ne kadar görüyorsam eşimi de o kadar görüyorum

Rusya’da sağduyu Türkiye karşıtı provokasyonu önledi

Ermenistan’ın yeni başbakanı Türkiye için ne vaat ediyor?

İRAN-TÜRKİYƏ SİYASİ QARŞIDURMASI REALLAŞIR…

Gündem, İran, Türkiye 28 Ocak 2018
79

İran İslam Respublikası 2.5 milyard dollar hərbi büdcəsinə vəsait ayırıb. Təbii ki, İranın bu siyasəti Yaxın Şərqdə özünün hərbi-siyasi mövqeyinin güclənməsinə hesablanıb. İran Suriyada, İraqda və Yəməndə vəkalət müharibəsi aparır. Suriyada və İraqda İŞİD məğlub ediləndən sonra, İranın çətin iqtisadi durumunda hərbi büdcəsinə maliyyə ayırması, qonşu ölkələrin güclənən hərbi-siyasi hərəkətliliyinədə yönəlib.

Bu ölkədə bir ay bundan əvvəl sosial etiraz aksiyalarına rəğmən, silahlı qüvvələrə maliyyə ayrılması göstərir ki, rəsmi Tehranı daxili sosial problemlər deyil, əsas Yaxın Şərqdə siyasi-hərbi ambisiyaları maraqlandırır. Bu maliyyənin bir qismi İran Silahlı qüvvələri vasitəsi ilə Livanda və Suriyada Hizbullaha və Yəməndə döyüşən Husi qiyamçılarının dəstəklənməsinə sərf olunacaq.

Qeyd edim ki, Türkiyənin Şimali Suriyada həyata keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatları fonunda İranın hərbi büdcəsini artırması təsadüfi deyil. Suriyada geosiyasi mövqelərini bərpa etməkdə olan Türkiyənin uğurlu hərbi əməliyyatlarından sonra, Yaxın Şərqdə İranın təsirinin zəifləməsi qaçılmaz olacaq. Tehranda bunu görən rəsmilər kompleks tədbirlər almağa başlayıb.

Suriyada Türkiyə və İran İŞİD qarşı birgə hərbi əməliyyatlarda koordinasiyalı fəaliyyət göstərdiklərinə baxmayaraq, regional rəqibdirlər və hər iki ölkə Suriya üzrə tam fərqli siyasətə malikdir.

Qeyd edək ki, Suriyada hərbi fəaliyyətə haqq edən əsas dövlət Türkiyədir. Çünki, bu ölkə ilə 911 km. sərhəddə malik olması, təhlükəsizlik qayğıları, terrorizmin və separtizmin inkişafı Ankaranın Suriyada hərbi fəaliyyətini şərtləndirir. Suriyada kürd terrorizmi artıq Türkiyənin milli təhlükəsizliyini hədəfləyir. Amma, İranın bu ölkədə hərbi fəaliyyəti isə, onun regional ambissiyalarından irəli gəlir.

Hazırda Afrindən başlayaraq Menbic və İraq sərhəddinə doğru irəlləyəcəklərini qeyd edən Türkiyə prezidenti R.T.Ərdoğanın bu sözləri Tehranda narhatlıqla qarşılanır. Türkiyənin Suriyada əsas hədəfi bu ərazilərin ilhaqı deyil, Suriyanın ərazi bütövlüyünü qorumaqdı. Bunu Tehranda və Qərbdə yaxşı başa düşənlər, sadəcə Türkiyənin hərbi və regional gücündən ciddi şəkildə əndişə keçirirlər.

Göründüyü kimi, Suriyaya səfərə gələn İran xarici işlər nazirinin müavinin Əsədlə birgə Türkiyənin Afrin əməliyyatları əleyhinə bəyanatı, rəsmi Tehranın mövqeyi kimi dəyərləndirmək olar. Bu onu göstərir ki, Yaxın Şərqdə İran-Türkiyə gizli siyasi qarşıdurması açıq müstəviyə keçmək mərhələsindədir.

İranın siyasəti Suriyada Türkiyə əleyhinə formalaşacaq bir ortam yaratmaqdır. İran Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna qarşı Hizbullahı savaşa göndərə bilər. Çünki, ASO Bəşər Əsədə qarşı döyüşən dünyəvi silahlı müxalifətdi. YPG məğlub ediləndən sonra, ASO-nun yenidən hədəfi Əsəd rejimi olacaq. İran ASO-nun üzərinə gedərsə, Suriyada yeni savaş ortaya çıxmaq ehtimalı yüksəkdir.

Soçidə Suriya Milli Konqrensinin toplantısından sonra, Suriyada ümumi vəziyyətə qismən aydınlıq gətiriləcək. Soçi toplantısı Afrində Türkiyənin uğurlu hərbi əməliyyatları kölgəsində keçirilir. Bu toplantıya qatılmaq və siyasi divident qazanmağa çalışan kürdlərə Ankara böyük zərbə vurmuş oldu.
Türkiyə Afrin, Menbic və Rakkanı YPG kürd terrorçularından təmizləməli, ABŞ-la qarşıdurmaya rəğmən buna getməlidir.
MUhammed Asadullazade

Yorumlar