KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “İran, Rusiya və Türkiyə Suriyada maraqlarına görə yaxınlaşıblar”

“İran, Rusiya və Türkiyə Suriyada maraqlarına görə yaxınlaşıblar”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
404 0

Suriyada gərginlik hər gün daha da artır.

Qərb koalisiyası ilə yanaşı Suriyada İran, Türkiyə və Rusiyanın da ciddi maraqları var. Bəzi istisnalar olmaqla demək olar ki bu üç dövlətin mövqeyi eynidir. Bu üç dövləti hansı maraqlar birləşdirir?

Bu sualı politoloq Adıgözəl Məmmədov Ölkə.Az-da cavablandırıb:

“Hər şeydən əvvəl baş verən proseslərə, o cümlədən Türkiyənin hansı mövqedən çıxış etməsinə Azərbaycanın milli maraqları prizmasından baxmalıyıq. Türkiyənin siyasi çevrələri, hərbi mükəlləfiyyəti rəsmi Ankaranın artıq NATO ilə vidalaşmağının vaxtı çatdığı barədə qərara gəlsələr, bu onların ən təbii haqqıdır.

Son dövrlər Türkiyənin siyasəti mütəhərrikdir. Türkiyənin həyata keçirdiyi siyasətdə srategiya qurmaq üçün mərkəz nöqtəsini tapmaq olmur. Səsləndirilən fikirlər, bəyanatlar dünənlə bu gün arasında ziddiyət təşkil edir. Elə reallıqlar var ki, bu reallıqlar konteksində Türkiyənin siyasi elitası müəyyən bir qərara gəlməlidir. Türkiyə monoton bir siyasətə sahib deyil. Bu gün Türkiyənin yerləşdiyi coğrafiyada baş verən hadisələrin arxasında məhz iqtisadi və geopolitik maraqlar dayanır.

Uzun müddət idi ki, Qətər, Səudiyyə Ərəbistanı Avropaya təbii qaz və xam neft ixrac etmək üçün Suriya ərazindən istifadə etməyə çalışırdılar. Hətta bu məsələyə aid layihə var idi. Bu layihənin reallaşması Rusiyanın maraqlarına uyğun deyildi. Çünki Rusiya Avropanın təbii qaz və xam neftə görə özündən asılı qalmağını istəyirdi. Rusiya Avropaya çəkiləcək alternativ qaz və neft kəmərləri ilə bağlı layihələri qəbul etmir və istəmir. Qətər və Səudiyyə Ərəbistanından Avropaya çəkilməsi nəzərdə tutulan neft və qaz kəmərləri Rusiyanın neft və qazına alternativ idi. Bunun qarşısını almaq məsələsində Türkiyə, Rusiya və İranın maraqları birləşir.

Avropaya alternativ neft və qaz kəmərlərinin çəkilməsi Rusiyanın maraqları ilə ziddiyət təşkil edir. Suriya məsələsi həll edildikdən sonra kürd zolağının yaranması Türkiyənin maraqlarına ziddir. Kürd faktoru İran üçün də maraqlı deyil. Suriyada üç dövlət bir-birinə dəstək üçün yox, maraqları çərçivəsində yaxınlaşıblar”.

Səxavət Məmməd
Ölkə.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir